Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edildi

 

Dünən Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirildi. İlk öncə, mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdikləri şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Mərasimi giriş sözü ilə açan ƏMDK-nin sədri Kərəm Həsənov 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırlatdı. O, 20 il əvvəl, müstəqillik suverenlik uğrunda istiqlal mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən danışdı. Qeyd etdi ki, qanlı şənbə günü bizim təkcə faciə günümüz deyil, həm tariximizin şanlı səhifəsidir: Azərbaycanın milli-azadlıq hərəkatının yüksəliş zirvəsi günüdür. 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız dərk etdiyimiz gündür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəman oğul qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı oldu. Dinc insanlar sovet ordusunun müasir silahlarla silahlanmış hissələrinin təcavüzünə məruz qalmışlar. Həmin gün yaddaşlara sovet-kommunist rejiminin Azərbaycan xalqının milli-azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunmuşdur. 20 Yanvardan sonrakı günlərdə Bakıda qırğın davam etdirildi. Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülkü şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil evi, 80 avtomaşını, o cümlədən, təcili yardım maşınlarını, külli miqdarda şəxsi dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəydi. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın uşaq var idi”.

Komitə sədri onu da vurğuladı ki, bütün ömrü boyu xalqın yanında olan ulu öndərimiz Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı: “Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı”.

Mərasimdə çıxış edən digər natiqlər qeyd etdi ki, 20 Yanvar günü öz faciəviliyi ilə yanaşı, xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir: “Faciə xalqımızın milli-azadlıq uğrunda mübarizəsinin şanlı səhifəsidir. Təpədən-dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. 20 Yanvar hadisələri xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri oldu. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqlarını yaddaşlarından heç zaman silməyəcəklər”.

 

 

Sevinc NƏZƏROVA

 

Səs.- 2010.- 20 yanvar.- S. 10.