Şəhidlərin xatirəsi anıldı
20 Yanvar əli silahsız xalqın torpaq,
müstəqillik uğrunda apardığı azadlıq
mübarizəsi idi
Yanvar faciəsinin bütün
AMEA müəssisələrində qeyd olunması haqqında AMEA Rəyasət
Heyətinin mövcud qərarına uyğun olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında
faciə qurbanlarının
xatirəsini anma mərasimi keçirildi.
Mərasimdə çıxış
edən rəsədxananın
əməkdaşları bildirdilər
ki, Azərbaycan tarixinə qara hərflərlə yazılmış
20 Yanvar faciəsi unudulmamalıdır. “Bu, əli silahsız xalqın torpaq, vətən, müstəqillik
uğrunda apardığı
azadlıq mübarizəsi
idi”.
Tədbirdə çıxış edənlər vaxt ötdükcə hadisələrə
daha düzgün qiymət verməyin mümkünlüyünü önə
çəkərək, bizdən
fərqli olaraq, ermənilər, bu münaqişəyə təşkilatlanmış
formada, xaricdən onlara edilən dəstəklə başladığını
ifadə etdilər.
Qeyd olundu ki, o dövrdə
Azərbaycan haqqında
informasiya boşluğunun
mövcud olması məsələni daha da mürəkkəbləşdirirdi.
Azərbaycanlıların tarixi
Azərbaycan torpaqları
olan indiki Ermənistan ərazisindən
qovulması barəsində
bir kəlmə belə qeyd etməyən o vaxtkı SSRİ mətbuatı
və ədəbiyyatında,
əksinə, müntəzəm
olaraq, “erməni əzabkeşliyi” işıqlandırılırdı.
Tədbirin sonunda çıxış
edən Şamaxı Astrofizika Rəsədxanasının direktor
müavini, fizika-riyaziyyat
elmləri namizədi Elçin Babayev bildirdi ki, baş
verən hadisə nə qədər təhlil olunsa da, hələ də bizə məlum olmayan qaranlıq məqamlar mövcuddur:”Lakin bir şey məlumdur
ki, ermənilər və onların havadarları bu münaqişədə Azərbaycanı
alətə çevirə
bilmədilər”.
Rəsədxananın əməkdaşları
Şəhidlər Xiyabanını
ziyarət etdilər və şəhidlərin
məzarları üzərinə
gül dəstələri
qoydular.
NƏZAKƏT
Səs.- 2010.- 20 yanvar.- S. 11.