ADPU-da 20 Yanvar faciəsi anıldı

 

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Yığıncaq ADPU-nun Böyük Akt zalında baş tutdu. Tədbirdən öncə isə ADPU-nun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov tədbir iştirakçılarını salamladı. ADPU-da keçirilən tədbirin Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə ölkəmizdə 20 Yanvar faciəsinin 20-ci ildönümünə dair tədbirlər planı çərçivəsində keçirilən silsilə tədbirlərin biri olduğunu qeyd etdi. Qeyd edək ki, həmin sərəncamda respublikamızın şəhər rayonlarında, o cümlədən, idarə təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin  - konfrans, yığıncaq mühazirələrin  keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı  işıqlandırılması, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə , televiziya kanallarında İnternet səhifələrində 20 Yanvar faciəsi barədə materiallara geniş yer ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin sərəncamda 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımların verilməsi, Şəhidlər Xiyabanında təmizlik-abadlıq işlərinin aparılması bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərslərin keçirilməsi öz əksini tapmışdır.

Rektor çıxışı zamanı, həmçinin, onu da bildirdi ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planını təsdiqləmişdir. Tədbirlər planına müvafiq olaraq, bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Y.Məmmədov onu da qeyd etdi ki, yanvarın 14-dən 19-dək universitetin bütün fakültə şöbələrində 20 Yanvar hadisələri barədə xüsusi söhbətlər aparılmış, xüsusi qəzetlər, bülletenlər buraxılmış, stendlər, guşələr yaradılmış, bu mövzuda məxsusi mühazirələr təşkil edilmişdir. Eləcə , bütün yanvar ayı ərzində universitetin kompyuter mərkəzi İnternet şəbəkəsinə saytına 20 Yanvar faciəsini əks etdirən materiallar daxil etmişdir.

Rektor 20 Yanvar faciəsindən danışarkən, bu hadisəyə verilən hüquqi-siyasi qiymətə xüsusi toxundu. “Təsadüfi deyil ki, bu faciəyə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra verildi. Yeri gəlmişkən, ulu öndərimiz Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, Azərbaycanın o vaxtkı riyakar ikiüzlü rəhbərliyindən fərqli olaraq, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymətin verilməsi üçün böyük qətiyyət prinsipiallıq nümayiş etdirmişdi. Belə ki, hələ 1990-cı il noyabr ayının 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması haqqında qərar qəbul etdi. Bu, əslində, həmin hadisəyə verilən ilk hüquqi-siyasi qiymət idi. Qərarda faciədə məsuliyyət daşıyan şəxslər adbaad göstərilir onların birbaşa məsuliyyət daşıdıqları qeyd olunurdu. Göründüyü kimi, 20 Yanvar faciəsinə obyektiv hüquqi-siyasi qiymətin verilməsi xalqımızın millətsevər oğlu Heydər Əliyevi həmişə narahat etmişdi. Məhz bunun nəticəsində 20 Yanvar faciəsinin hərtərəfli, əhatəli dolğun qiyməti xalqımızın dahi oğlu Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə verildi. 1994-cü il yanvarın 5-də Ümummilli Liderimiz müvafiq sərəncam imzaladı ki, həmin  sərəncamda   da  faciənin   respublika   miqyasında   geniş araşdırılması tövsiyə olunurdu.

Ulu Öndərimizin 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək, həlak olmuş vətəndaşlara “20 Yanvar şəhidi fəxri adı verilməsi haqqında” 17 mart 2000-ci il tarixli fərmanı “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 15 yanvar 2003-cü il tarixli sərəncamı həmin hörmət ehtiramın bariz nümunəsi kimi qiymətləndirilir. Həmçinin, Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş siyasi kursu çox uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin bütövlükdə, bu kateqoriyadan olan şəxslərin ailələrinə dövlət səviyyəsində qayğı köməkliyin göstərilməsi onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.”

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da  tədbir iştirakçılarını salamlayaraq, onun keçirilmə əhəmiyyətindən danışdı. O bildirdi ki, 20 Yanvar faciəsinə həsr olunmuş belə tədbirlərin keçirilməsi, onun tandılmasında yaddaşlarda həkk olunmasında mühüm rola malikdir. A.Əsgərov 20 Yanvar faciəsini Müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi kimi qiymətləndirərək, bu tarixin matəm günü olması ilə yanaşı, tarixə şərəfli bir səhifə kimi düşdüyünü qeyd etdi. O, həmçinin, bildirdi ki, bu tarixi qeyd etmək onun haqqında gələcək nəsillərə məlumat vermək bizim borcumuzdur. Bu hadisəni törədənlərin cəzalandırılmasının vacib olduğunu bildirən icra başçısı bu istiqamətdə dövlətimiz tərəfindən əməli addımların atıldığını qeyd etdi.

A.Əsgərov çıxışı zamanı 20 Yanvar faciəsinin tarixinə nəzər salaraq, o dövrdə SSRİ tərkibində dövlətlərin müstəqilləşməsi prosesinin getdiyini bildirdi. Onların hər birində bu müstəqilləşməyə qarşı da müxtəlif formalarda cəza tədbirləri həyata keçirilirdi. Lakin bu cəza tədbirlərindən ən dəhşətlisi Azərbaycanda yanvarın 19-dan 20-nə keçən gecə törədildi. Faciənin başlıca səbəbi Azərbaycanın müstəqilliyini boğmaq idi.

A.Əsgərov da çıxışı zamanı ümumilli lider Heydər Əliyevin bu hadisəyə siyasi hüquqi qiymət verilməsində oynadığı mühüm roldan danışaraq, onun bu sahədə gördüyü işlərin danılmaz olduğunu bildirdi. Şəhidlərimizin olmasına baxmayaraq, müstəqilliyimizin əldə olunmasının bizim tariximizin yeni səhifəsinin açılmasına şərait yaratdığını bildirən A.Əsgərov müstəqilliyimizin banilərinin məhz şəhidlər olduğunu  xüsusilə vurğuladı.

Çıxışının sonunda A.Əsgərov ADPU-nun kollektivinə onu bu tədbirdə iştiraka dəvət etdiklərinə görə  təşəkkürünü bildirdi. Daha sonra tədbir 20 Yanvar faciəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirildi.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 20 yanvar.- S. 12.