Azərbaycan folkloru elmi mübadilə və elmi yeniliklərdən yararlanır

 

Xarici ölkələrdə əlaqə sektoru planına əsasən, folklor əlaqələrinin genişləndirmək məqsədi ilə il ərzində bir sıra tədbirləri həyata keçirmişdir. Belə ki, xarici ölkələrin elmi müəssisələri ilə birlikdə elmi toplantılar keçirmiş, xarici ölkələrdə keçirilən elmi simpoziumlarda institutun əməkdaşları iştirak etmiş, xaricdə yaşayan alimlərin və folklor toplayıcıları institumuza dəvət almışdır.

Yola saldığımız il Azərbaycan Folklor İnstitutu üçün əlamətdar bir il olaraq yadda qalmışdır. İnstitutun ilin yekunları ilə bağlı nəticəsinə əsasən, institut il ərizində Bolu şəhərində Abant İzzet Baysal Universiteti Bolu Halk Kültürünü Araştırma və Uyqulama Mərkəzi və Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutu ilə birgə Uluslararası Koroğlu, Bolu tarihkültürü simpoziumunu keçirmişdir. AMEA təcrübəli elmi təşkilatları ilə müqayisədə ən gənc institutun belə bir simpozium təşkil edə bilməsini uğurlu saymaq olar. Bu simpoziumda institutun əməkdaşlarının məruzəsi dinlənilmişdi.

İnstitutun əməkdaşlarının elmi fəaliyyəti yalnız respublikamızda deyil, xaricdə də yüksək qiymətləndirilir. Belə ki, onlardan iki nəfəri xarici ölkələrin mükafatlarına layiq görülmüşlər. “Qorqudşünaslıq” şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru Ramiz Əskərov Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin 2008-ci ildəki işinə görə “Türk dünyası xidmət ödülü”nə layiq görülmüşdür. Aşıq yaradıcılığı şöbəsinin böyük elmi işçisi Mahmud Allahmanlı Krım Respublikasında Bəkir Çobanzadə adına beynəlxalq mükafata layiq görülmüşdür. Mahmud Allahmanlı bu mükafata layiq görülmüş ilk xarici ölkə vətəndaşıdır. Türk xalqlarının folkloru şöbəsinin böyük elmi işçisi Adil Cəmil Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında xidmətinə görə Çingiz Aytmatov adına Akademiyaya üzv seçilib.

Folklor İnstitutu Türkiyə Hüseyn Qazi Kültür və Sənət Vakfı ilə birlikdə Füzuli irsində milli-mənəvi dəyərləri daha dərindən tədqiq etmək, problemə bu günün elmi tələbləri səviyyəsində yanaşmaq və əldə olan elmi nəticələri qardaş ölkənin alimləri ilə bölüşmək və s. məqsədilə Ankarada geniş elmi simpozium keçirmişdir. “Füzulisimpoziumunda Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti və s. ölkələrdən 50-yə yaxın nümayəndə qatılıb. Simpoziumun materiallarının Türkiyədə ayrıca kitab halında çıxması da nəzərdə tutulmuşdur.

AMEA Folklor İnstitutu elmi və mədəni əlaqələrin inkişafı, elmi mübadilə və elmi yeniliklərdən qarşılıqlı yararlanmaqeyri-maddi irsmizin təbliği məqsədilə Türkiyə Cümhuriyyəti Abant İzzət Baysal Universiteti və Özbəkistan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutu ilə birlikdə Bolu şəhərində “Uluslararası Koroğlu, Bolu: tarix və mədəniyyət simpoziumukeçirmişdir. Simpoziumun işində Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Özbəkistan, Tatarıstan, İran İslam Respublikası, Almaniya, Amerika Birləşmiş Ştatları, Moldova, Türkmənistan, Polşa, Dağıstan və başqa ölkələrdən 100-dən artıq nümayəndə iştirak etmişdir. Simpozium yerli televiziya kanalı ilə birbaşa yayımlanmış, mətbuat səhifələrində konfransla bağlı çoxsaylı məqalələr dərc edilmişdir. Konfransın materialları iki cild kitab halında çap olunacaqdır.

AMEA Folklor İnstitutu elmi və mədəni əlaqələrin inkişafı məqsədilə Dərbənd şəhər və rayon icra hakimiyyətləri, DR Mədəniyyət Nazirliyi Dövlət Xalq Yaradıcılıq Evi, RF-nin YUNESKO məsələləri üzrə Komissiyası, REA Dağıstan Elmi Mərkəzi Q.Tadasi adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutu ilə birgə Dərbənd şəhərində Aşıq Mahnı və Musiqisi Festivalı keçirmişdir. Festivalın elmi iclasında, sənətşünaslıq doktoru Rafiq İmrani “Qədim folklorun musiqi örnəkləri milli mədəniyyətin təcəssümü kimi”, Nailə Rəhimbəyli “Ənənəvi aşıq sənəti və Azərbaycan bəstəkarlarının simfonik yaradıcılığı” mövzularında məruzələr etmişlər.

AMEA Folklor İnstitutu 2009-cu ildə xarici ölkələrdə keçirilmiş tədbirlərdə fəal iştirak etmişdir. Aşqabadda Türkmənistan Milli-Mədəniyyət Mərkəzi “Miras”ın təşkil etdiyi “Səlcuqlar dövrünün ədəbiyyatı və mədəniyyəti” beynəlxalq simpoziumunda, Ankarada Hüseyn Gazi Kültür ve senet Vekfinin təşkil etdiyi Uluslararasi Füzuli Sempoziumunda, Abant İzzet Baysal Universitesi Bolu Halk Kültürünü Araştırma və Uygulama Mərkəzi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Folklor İnstitutu, Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birgə təşkil etdikləri Uluslararası Koroğlu, Bolu tarihkültürü sempoziumunda  YUNESKO-nun xətti ilə ParisStrasburqda keçirilmiş Azərbaycan aşıqlarının konsertində, YUNESKO-nun xətti ilə ParisStrasburqda keçirilmiş Azərbaycan aşıqlarının konsertində, Mahaçqalada Rusiya EA Dağıstan Elmi Mərkəzi Q.Tadasi adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun təşkil etdiyi “Mədəniyyət kontekstində folklor” konfransında, Dərbənd şəhərində “Heydər Əliyev - xalqlar dostluğu siyasəti: Azərbaycan-Dağıstan” beynəlxalq konfransda, Mahaçqalada Rusiya EA Dağıstan Elmi Mərkəzi Q.Tadasi adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun təşkil etdiyi “Mədəniyyət kontekstində folklor” konfransında və s. mötəbər tədbirlərin iştirakçısı olmuşdur.

Təbrizdə keçirilən Səttərxanin ev-muzeyinin açılışı və Məşrutəyə həsr olunmuş sempoziumda iştirakı eləcə də, Gürcüstanda keçirilən Aşıq Əmrah Gülməmmədovun həyat və yaradıcılığına həsr olunmuş tədbir intitutun xarici ölkələrlə əməkdaşlığına müsbət təsirini göstərmişdir.

AMEA Folklor İnstitutunu bütün bunlarla yanaşı olaraq, bir sıra xarci dövlətlərdə kitabların nəşrinə də müvəffəq olmuşdur ki, bunun nəticəsində Azərbaycan folklor sənətinə maraq daha da artmışdır.   Belə ki, institutun xətti ilə Hüseyn İsmayılovun KazandaAzerbaydjanskoe aşıkskoe iskusstvo”, “Voprosı russkoy literaturı v Azerbaydjanskoy literaturovedenii”, Füzuli Bayatın İstanbuldaTürk Destancılık Tarihi Bağlamında Koroğlu Destanı (Türk Dünyasının Köroğlu Fenomenolojisi)”, “Ana Hatlarıyla Türk Şamanlığı”, Rafik İmraninin Təbrizdə “Tarixi musiqiye Azərbaycan (Azərbaycan Musiqi Tarixi - ən qədim dövrdən günümüzə qədər)”, Əziz Ələkbərlinin İstanbuldaKadim Oğuz Yurdu (Ermənistan)” “Yeni zamanlar”, AMEA Folklor İnstitutu və Macarıstanın Avropa Folklor İnstitutunun əməkdaşlğının nəticəsi kimi daha 2 kitab macar dilində Budapeştdə nəşr olunub.

Kitabi - Dədə Qorqud. Azərbaycan qəhrəmanlıq eposu”, “Koroğlu. Azərbaycan qəhrəmanlıq eposu” kitabları Budapeştdə çap edilmişdir. Xarici ölkə mətbuatında çap olunan məqalələrin siyahısı da az deyildir. Belə ki, Hüseyn İsmayılovun “Azərbaycan folklorunun çağdaş durumu” (Ankara), A.Xəlilovun “Türk genologiyasi oğuz kissasinin gurluş birligi hökümünde  Selcuklar Dövrünin Edebiyatimedeniyeti atlı halkalar maslahati” (Leterature and culture of the Seljuk epoch international scientific conference” (Aşkabat), S.RzasoyunOğuz MitiOnun Azerbaycan Mitolojik Düşünce Tarihinde Yeri” (Turan Stratejik Araştırmalar Mərkəzi Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi), “Oquzskiy mif i oquzskaya istoriya” (Nauçnoe prilojenie mejdunarodnoqo nauçno-pedaqoqiçeskoqo jurnala Ministerstvo Obrazovanii i Nauki Ruspubliki Kazaxstan), İ.Vəliyevin “Azərbaycanda Cocuk Edebiyatının Çağdaş DurumuÖzellikleri” (Türkiye-Bodrum), “Azerbaycan Şiirinde KöçKöçmenlik Konusu: Sorunun Yaranması və İşlenme Özellikleri”(Almanya-Hamburq), “Ermeni probleminin yaradılması ve tecavuzkar teşkilatların fealiyyetinde rus çarizminin ve imperialist kuvvetlerin rolu (ermeni yazarlarının eserleri esasında)”(jurnal “Vestnik Tyurkskoqo Mira”. Maxaçkala) nəşr edilmişdir. Bu məqalələr vasitəsi ilə folklorşünas alimlərin Azərbaycan mədəniyyəti, tarixi, dünya dövlətlərində milli mədəniyyətimizin təbliğinə nail olmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2010.- 23 yanvar.- S. 12.