Azərbaycanın Avropa Şurasına üzvlüyünün
9 ili tamam olur
“Avropa Şurası Azərbaycana nə qədər
gərəkdirsə, Azərbaycan da Avropa Şurasına bir o
qədər lazımdır”- Heydər Əliyev
Azərbaycan müstəqillik
qanadıqdan sonra, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatların üzvü
seçilib. Ölkəmiz
Avropa məkanında olduğundan, əksər Avropa təşkilatlarının
üzvüdür. Avropada,
eləcə də, dünyada ən nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. 2001-ci il
yanvarın 25-də Azərbaycan
Avropa Şurasının
bərabərhüquqlu üzvü
seçildi. Həmin il bu beynəlxalq
təşkilatın Strasburqda
yerləşən qərargahı
qarşısında ümummilli
lider Heydər Əliyevin iştirakı ilə dövlət bayrağımız yüksəldildi.
Bununla da Azərbaycanın həyatında
yeni, Avropaya inteqrasiya mərhələsi
başlandı.
Ötən 9 ildə ölkəmiz Avropa Şurasının tamhüquqlu
üzvü kimi fəaliyyət göstərdi.
Hətta bir sıra məsələlərdə
digər üzv dövlətlərə nümunə
kimi göstərildi. Bəs Avropa Şurasına üzvlük
bizə nə verdi, Azərbaycan bu təşkilata üzv olmaqla nə qazandı? AŞ humanitar və xeyriyyə deyil, konkret məqsədləri,
üzvlük şərtləri
olan nüfuzlu beynəlxalq təşkilatdır.
Ona görə də ölkəmiz təşkilata qəbul olarkən, müəyyən
siyasi-hüquqi öhdəliklər
götürməklə bərabər,
hər il üzvlük haqqı da ödəyir.
2001-ci il yanvarın
25-də Strasburqda Azərbaycanın
Avropa Şurasına üzv qəbul olunmasına həsr edilmiş rəsmi mərasimdə ümummilli
liderimiz Heydər Əliyev çıxış
edərək, ümumavropa
dəyərləri xəzinəsinə
töhfələrimizi verməyə
hazır olduğumuzu bildirdi.
Heydər Əliyevin böyük uzaqgörənliklə
söylədiyi bu fikir, zaman keçdikcə,
təsdiqini tapdı və Azərbaycan Avropa Şurasının inkişafına layiqli töhfəsini verdi. Azərbaycan artıq Avropa ailəsində özünə möhkəm
yer tutmuş və burada kifayət qədər böyük nüfuz sahibidir. Azərbaycan nümayəndə heyətinin
Avropa Şurası Parlament Assambleyasındakı
9 illik fəaliyyəti
də bunu aydın göstərir. Bu, ölkəmizin beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də Ermənistanın təcavüzkar siyasətini
ifşa etməyə,
saxta erməni təbliğatının qarşısını
almağa imkan yaradıb.
2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının
sədr müavini və büro üzvü seçilməsi
isə Azərbaycanın
təşkilat çərçivəsində
əldə etdiyi ən böyük uğurlardan biri oldu. Yeni statusla
fəaliyyətə başlayan
İlham Əliyevin ilk addımı da məhz Ermənistanın
təcavüzkar siyasətinin
nəticələrini beynəlxalq
aləmə çatdırmaqdan
ibarət idi. Müzakirələr zamanı
Ermənistanın Azərbaycana
qarşı təcavüzkar
siyasəti pisləndi
və bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyan edildi.
AŞPA-nın 2003-cü il yaz
sessiyasında isə
“Avropada muxtar vilayətlərin təcrübəsi”
mövzusunda müzakirələr
zamanı məhz İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü
pozmaq səlahiyyətinə
malik olmadığı
kimi mühüm və prinsipial bir müddəa sənədə əlavə olundu. Bu, faktik olaraq,
Dağlıq Qarabağdakı
separatçı rejimin
tələbləri qarşısına
sədd çəkən
çox mühüm amil oldu.
Bu siyasi təşkilatın
rəhbərliyi tərəfindən
nümayəndə heyətimizin
təkidi ilə
2005-ci ildə Ermənistana
işğalçı damğası
vuruldu. Belə ki, həmin
ilin yanvarın
25-də qəbul edilmiş
1416 saylı qətnamənin
ilk maddəsində Ermənistan “Azərbaycan ərazilərini işğal
etmiş dövlət”,
“Azərbaycanlılara qarşı
etnik təmizləmələr
aparmış ölkə”,
Dağlıq Qarabağda
yaranmış rejim isə separatçı elan edilib. Bunlar işğalçı
Ermənistanın siyasi
nüfuzuna vurulmuş
ciddi zərbələrdir
və bu proses indi də
davam etməkdədir.
2001-ci il aprelin
24-də Azərbaycan nümayəndə
heyəti AŞ tribunasından
Ermənistanın azərbaycanlılara
qarşı soyqırımı
siyasəti yeritdiyini, işğal olunmuş Azərbaycan ərazilərində,
o cümlədən, Dağlıq Qarabağda narkotik maddələri istehsal və ixrac etdiyini, bu yolla əldə
etdiyi vəsaitlə ordu saxladığını, müasir
silahlar aldığını,
terrorçuların təlim
mərkəzlərini yaratdığını
əsaslandırılmış şəkildə bütün
Avropaya bildirdi.
Həmin ilin may ayında AŞ Nazirlər Komitəsinin
108-ci sessiyası Azərbaycanın
təşəbbüsü ilə Avropa dövlətlərinin, o cümlədən, Azərbaycanın
ərazi bütövlüyünü
təsdiq edən xüsusi kommunikeni qəbul etdi. Bir ay sonra
isə AŞPA-nın
sessiyasında İlham
Əliyev Ermənistanın
Azərbaycanın işğal
olunmuş ərazilərində
tarix və mədəniyyət abidələrini
dağıtmasını, təbiəti
amansızcasına məhv
etməsini faktlarla ifşa etdi. Bu təşkilatın Nazirlər Komitəsinə
müraciət edildi ki, təcavüzkar Ermənistanın AŞ prinsiplərinə
zidd olaraq, Azərbaycanın ərazi
bütövlüyünü tanımamasına münasibət
bildirilsin.
Həmin müraciət 46 ölkə nümayəndəsinin
iştirakı ilə
müzakirə edildi. NK-nın bü məsələ ilə bağlı qərarında
deyilirdi: “...Xalqların
öz müqəddəratını
təyin etmək hüququna, dövlətlərin
ərazi bütövlüyünə
dair normalara uyğun olaraq, hörmət edilməlidir.
Torpaq əldə etmək məqsədilə
gücdən istifadə
qəbuledilməzdir və
ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz”.
AŞPA-nın hər bir sessiyası AŞ ilə Azərbaycan arasında əməkdaşlığın
genişlənməsində mühüm əhəmiyyət
kəsb edir. Bu gün demokratik inkişaf yolunu seçən Azərbaycan,
öz dəyərlərini
Avropa prinsiplərinə
yaxınlaşdırmaq istiqamətində
ciddi addımlar atır. İstər söz, mətbuat azadlığı, istər
insan hüquqlarının
qorunması, istərsə
də seçkilərin
dünya standartlarına
uyğun keçirilməsi
yönümündə Azərbaycan
mühüm uğurlara
imza atıb. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə demokratik ölkə imici qazanıb, həyata keçirilən
demokratik islahatlara görə nümunəvi
dövlət kimi qeyd olunur.
Azərbaycanın müstəqil
siyasətini yüksək
dəyərləndirən AŞ PA-nın rəsmiləri bu fikri hər
zaman bildirirlər ki, qurum demokratiya
yolu ilə Avropaya inteqrasiya edən ölkəmizlə
əməkdaşlıqda maraqlıdır.
Ümumiyyətlə, qeyd etmək olar ki, AŞ-a üzvlük
Azərbaycan üçün
böyük imkanlar yaradıb və ölkəmiz bu imkanlardan maksimum istifadə edib. Azərbaycan qurum qarşısında götürdüyü
öhdəlikləri yüksək
səviyyədə yerinə
yetirməyə çalışır.
Təşkilatla rasional
əməkdaşlıq bu
gün də uğurla davam edir. 9 ilin yekunu
olaraq, demək olar ki, Azərbaycan
AŞ üçün önəmli
dövlətdir.
Elçin Bayramlı
Səs.- 2010.- 26 yanvar.- S. 8.