Uğurlu enerji siyasəti müsbət nəticəsini verməkdədir
Azərbaycan öz enerji təhlükəsizliyini tam
şəkildə təmin edəcək
Azərbaycan dövlətinin
apardığı enerji
siyasəti nəticəsində
ölkə yeni tarixi mərhələyə
qədəm qoyubdur. Belə ki, qloballaşan
dünyada artan neft gəlirləri dövlətlərin iqtisadi
siyasətinin müəyyənləşdirilməsində
həlledici rol oynayır. Neftlə zəngin Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə bu gəlirlərdən
səmərəli istifadə
edilir. Məhz buna görə də, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin daxili enerji tələbatının
təmin edilməsinə
xüsusi əhəmiyyət
verir. “Azərbaycanın
çox güclü energetika potensialı olacaqdır. Azərbaycan öz enerji təhlükəsizliyini tam
şəkildə təmin
edəcəkdir” - deyən
dövlət rəhbəri
bəyanatlarını bu
məqsədə xidmət
edən müəssisələrin
açılışı ilə sübuta yetirir.
Xüsusilə, müasir tipli modul elektrik
stansiyalarının tikilib
istifadəyə verilməsi
bunun bariz nəticəsidir. Məlum
olduğu kimi, ölkənin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada
elektrik enerjisinə olan tələbatın tam təmin olunması deməkdir. Müasir “Şimal” elektrik stansiyasının istifadəyə
verilməsi və respublikanın müxtəlif
bölgələrində 7 modul tipli elektrik
stansiyasının tikilməsi,
sistem əhəmiyyətli
elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması
energetika sahəsində
yeni yüksəlişin
başlanğıcını qoydu.
Məlum olduğu kimi, ölkə Prezidentinin tapşırığına
əsasən, respublikanın
qaz almayan rayonlarının təchizatının
bərpası istiqamətində
də işlər davam etdirilir. Hazırda ölkənin qazlaşdırılması
85 faizə çatdırılıb,
bütün rayon mərkəzlərinin qazla
təchizatı təmin
olunubdur. 13 illik fasilədən sonra Naxçıvana təbii qazın verilməsi, ölkənin ən ucqar bölgələri sayılan Lerik və Yardımlı rayonlarının qazlaşdırılması başa
çatdırılıb, həmin
rayon mərkəzlərinə
təbii qaz verilibdir. Həyata keçirilən tədbirlər
sayəsində qazla təmin olunan əhali abunəçilərinin
sayı 1 milyon 143 mini keçərək, rayonların sayı isə 54-ə yaxındır.
Beləliklə də,
əlavə olaraq, 268
min 172 əhali abunəçisinin və
19 inzibati-ərazi bölgəsinin
qazla təminatı bərpa edilibdir.
Hazırda Azərbaycan özünü
elektrik enerjisi, neft və qazla
tam təmin edir. İqtisadiyyatın məhz bu real
sektoru vasitəsilə
ölkə təkcə
öz regionuna deyil, həm də daha uzaq
qonşularına, məsələn,
Avropa İttifaqı ölkələrinə sabitləşdirici
təsir göstərir.
Prezident İlham Əliyevin vurğuladığı
kimi, indi qarşıda duran ən mühüm vəzifə neft gəlirlərinin səmərəli
istifadəsini təmin
etməklə qeyri-neft
sektorunun inkişafını
sürətləndirmək və sosial problemləri həll etməkdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayır. Avropa Birliyi ilə Azərbaycan arasında enerji məsələləri üzrə
strateji tərəfdaşlığa
dair anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir.
Artıq
“Şahdəniz” yatağından
qazın hasilatına başlanılıb və
hazırda yataqdan gün ərzində 23 milyon kubmetr qaz, 6 min ton
kondensat hasil olunur. Ölkəmiz hər il Rusiyadan
alınan 5 milyard kubmetrə qədər idxal qazından azad olmuş, əhalinin və iqtisadiyyatın bütün
sahələrinin ehtiyacını
tam ödəməklə
bərabər xeyli qaz ixrac potensialı
yaradıb.
2010-cu ilin dövlət büdcəsi isə Azərbaycanın keyfiyyətcə
yeni mərhələdə
davamlı inkişafı
üçün yaxşı
imkanlar açır. Büdcə layihəsi hazırlanarkən
dövlətin inkişafı
üçün elmi əsaslar üzərində
müəyyən edilmiş
strateji xəttə uyğun olaraq dövlət büdcəsinin
sosial və investisiya yönümlülüyünün
təmin edilməsinə,
əhalinin aztəminatlı
təbəqəsinin sosial
təminatının gücləndirilməsinə, ölkənin müdafiə
potensialının, iqtisadi,
enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə,
sahibkarlığın inkişafına
dəstək verilməsinə,
qəbul olunmuş məqsədli dövlət
proqramlarının maliyyələşdirilməsinə
xüsusi diqqət yetirilibdir. Sosialyönümlü
xərclərin büdcədəki
xüsusi çəkisi
34,4 faiz (3 milyard 878 milyon manat) olmaqla
cari illə müqayisədə 1,8 faiz
çoxdur.
Azərbaycanda sahibkarlığın
inkişafı, biznes mühitinin təkmilləşdirilməsi
istiqamətində aparılan
islahatlar beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir.
Respublikanın sosial-iqtisadi
həyatında regionların
rolu yüksəldikcə,
bütövlükdə, sahibkarlığın,
sərmayə mühitinin
yaxşılaşması üçün
yeni imkanlar açılır. “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nda sahibkarlığa dövlət
tərəfindən maliyyə
dəstəyinin gücləndirilməsinə
xüsusi diqqətin yetirilməsi, ölkənin
sahibkarlıq subyektlərinə
ayrılan vəsaitin həcminin artırılması
da təqdir olunur. Xatırlatmaq yerinə düşər ki, birinci regional
inkişaf proqramının
icrası dövründə
Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına
ölkə üzrə
6,991 sahibkarlıq subyektinə,
ümumilikdə, 323,4 milyon
manat kredit verilibdir.
Azərbaycan iqtisadiyyatının
digər xarakterik xüsusiyyətlərindən biri
də investisiya fəallığının yüksək
olması ilə bağlıdır. Ümumilikdə,
son 10 ildə Azərbaycan iqtisadiyyatına
33 milyard dollardan çox investisiya cəlb edilib. Bu gün investisiyaların
ümumi həcmində
daxili sərmayələrin
xüsusi çəkisi
34,3 faiz təşkil edir. Bu, yerli
investorların potensialının
güclənməsinin, sərmayə
qoymaq imkanlarının
genişlənməsinin əyani
göstəricisidir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 27 yanvar.- S. 7.