Dövlət Neft Fondu 2009-cu ilin yekunlarına dair mətbuat konfransı keçirib

 

Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov fondun 2009-cu il üzrə fəaliyyət proqramına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Ş.Mövsümov bildirib ki, 2009-cu il ərzində Neft Fondunun büdcə gəlirləri 8 milyard 176,7 milyon manat, büdcə xərcləri isə 5 milyard 294, 5 milyon manat təşkil edib.

O həmçinin qeyd edib ki, fondun 2009-cu il büdcəsinin gəlir hissəsi 97,8%, xərc hissəsi isə 99,5 % yerinə yetirilib: “2009-cu il ərzində Dövlət Neft Fondunun neft qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 870,8 milyon manat, o cümlədən mənfəət neftinin qazının satışından 7 milyard 702,6 milyon manat, Heydər Əliyev adına Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividentlərdən 15,8 milyon manat, tranzit gəlirlərindən 8,9 milyon manat, akr hesabı ödənişlərdən 1,1 milyon manat, bonus ödənişlərindən 0,8 milyon manat xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,6 milyon manat təşkil edib”.

Onun sözlərinə görə, ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunamsından əldə olunan gəlir 305,9 milyon manata bərabər olub. Bundan başqa o qeyd edib ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı fondun büdcədənkənar gəlirləri 97,6 milyon manat təşkil edib.

Şahmar Mövsümovun sözlərinə görə, hesabat dövrü ərzində neft fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 4 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.

Qaçqın məcburi köçkün ailələrinin məskunlaşdırılması sosial məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəməri çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə isə müvafiq olaraq 130 milyon manat 120 milyon manat ayrılıb. 22,1 milyon manat Bakı-Tibilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə yönəldilib”,-deyə Şahmar Mövsümov vurğulayıb.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə neft fondundan 7,9 milyon manat vəsait ayrıldığını deyən fondun icraçı direktoru 2009-cu il ərzində fondun idarə edilməsi ilə bağlı xərcələrin isə 9,6 milyon manat olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2010-cu il yanvarın 1-də fondun aktivləri 2009-cu ilin əvvəlinə (11 milyard 219,2 milyon ABŞ dolları) nisəbətən 32,8 % artaraq 11 milyard 966,5 milyon manata (14,900,4 ABŞ dolları) bərabər olub.

 

 

Səs.- 2010.- 27 yanvar.- S. 7.