Soçi görüşü
Qarabağ düyünü
üçün ümidvericidir
Vahid Əhmədov: “Ölkə Prezidenti torpaqların
qaytarılması məsələsində davamlı
şəkildə prinsipial mövqe nümayiş etdirir”
Məlum olduğu kimi, yanvar ayının
25-də Soçidə Azərbaycan,
Rusiya və Ermənistan prezidentləri
arasında növbəti
görüş keçirildi.
Rusiyanın “Krasnaya Polyana” otelinin “Qəbullar evi”ndə keçirilən görüşdə
prezidentlər Dağlıq
Qarabağ münaqişəsinin
həlli prosesini müzakirə etdilər.
Təəssüf doğuran
odur ki, bəzi siyasətçilər,
əgər belə ziddiyyətli fikirlər söyləyənlərə siyasətçi
demək olarsa, Soçi görüşü
ilə bağlı ictimaiyyətdə əks-fikirlər
yaratmağa çalışırlar.
Amma millət vəkili Vahid Əhmədov açıqlamasında
Soçi görüşünün
Qarabağ düyünü
üçün ümidverici
olduğunu bildirdi.
- Əvvəla qeyd edim ki, görüşdən
bir gün əvvəl RF prezidentinin mətbuat xidməti bəyanat yayaraq, bildirmişdi ki, Rusiyanın münaqişənin
həllindəki mövqeyi
tərəflərə hər
hansı bir təkidetmə prinsipinə
əsaslanmır. Rusiya
da bu problemin
həll olunmasına çalışdığını bildirir. Elə RF prezidentinin mətbuat xidmətinin bəyanatında
deyilən fikirlər bunu təsdiqləyir: “Biz son həll
mərhələsində əsil
məsuliyyətin Azərbaycan
və erməni xalqına aid olduğu fərziyyəsiylə
hərəkət edirik.
Hər hansı bir razılaşmanı qəbul etməyə və razılaşmanın
təminatçısı olmağa
hazırıq. Problemin
həllinin, Qafqazda sabitliyin təmin edilməsinə və vəziyyətin normallaşmasına
yardımçı köməkçi
olacağı kimi, böhranəvvəli mövcud
olan güclər tarazlığının yenidən
yaradılmasında iştirak
edəcəyinə inanırıq”.
Digər bir məqam isə, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində Azərbaycan
və Ermənistan prezidentləri arasında keçirilən hər bir görüşdə irəliyə doğru bir addımın atıldığının şahidi
oluruq. Bu görüşə də
belə yanaşırıq.
Qeyd edim ki, bəzi mətbuat
səhifələrində Soçi
görüşü ilə
bağlı qeyri-obyektiv
fikirlər səslənir.
Deyilənlərlə razılaşmıram. Çünki bu faktı unutmaq olmaz ki, Azərbaycan
Prezidenti İlham Əliyev dəfələrlə
bəyan edib ki, əgər hiss etsəm ki, danışıqların
bundan sonrakı perspektivi görünmür
və bu danışıqlar yalnız
danışıqlar xatirinə,
yaxud da hansısa mövqeləri gizlətmək məqsədilə aparılır,
o zaman mən
bu danışıqları
dayandıracağam və
buna getməyəcəyəm.
Ölkə Prezidentinin
bu fikri hər birimizə, ümumiyyətlə, bütün
ictimaiyyətə böyük
ümid verir.
Amma ermənilər, görünür, bununla razılaşmır və
öz təkliflərini
irəli sürürlər.
Elə buna görə də, məsələnin həlli
uzanır. Doğrudur,
Soçi görüşünün
nəticələri haqqında
əlimizdə ciddi məlumat yoxdur. Qeyd edim ki,
bu prezidentlərin üçtərəfli formatda
keçirdiyi sayca 5-ci
görüşdür. İlk
belə görüş
2008-ci ilin noyabrında
keçirilib, görüşdən
sonra hər üç prezident Moskva Bəyannaməsi imzalayıblar. Prezidentlərin növbəti üçtərəfli
görüşü 2009-cu ilin iyununda Sankt-Peterburqda,
üçüncü görüşləri
bir ay sonra
Moskvada, dördüncü
isə ötən ilin oktyabrında Kişinyovda MDB dövlət
başçılarının sammiti çərçivəsində
keçirilib. 2009-cu ildə
Azərbaycan və Ermənistan prezidentlərinin
6 ikitərəfli
görüşü olub
ki, onlardan ikisi Rusiya prezidentinin
iştirakı ilə
keçirilib.
Bildirim ki, keçirilən
bu görüşlərin
böyük əhəmiyyəti
var. Çünki hər bir görüşdə
müəyyən məsələlər
müzakirə olunur, təkliflər irəli sürülür. Digər
bir tərəfdən
isə, torpaqların müharibə yolu ilə qaytarılmasına
Avropa Şurası da etiraz edir.
Amma ölkə Prezidenti dəfələrlə
vurğulayır ki, torpaqlarımız sülh
yolu ilə qaytarılmasa, o zaman ən real
variant müharibə variantı olacaqdır. Bu isə, o
deməkdir ki, ölkə Prezidenti torpaqların qaytarılması
məsələsində davamlı
şəkildə prinsipial
mövqe nümayiş
etdirir. Ona görə də, prezidentlər arasında belə görüşlərin
keçirilməsi müsbət
haldır.
- Vahid müəllim, bəzi ekspertlər keçirilən görüşlərin
bir-birindən fərqli
olmadığını söyləyirlər. Sizcə, bu cür fikrə
gəlmək nə dərəcədə doğrudur?
- Əvvəl də vurğuladığım kimi,
hər bir görüşdə yeni bir fikir və
ya təkliflər irəli sürülür,
müzakirə edilir. Eyni zamanda, hər
keçirilən görüş
cəmiyyətdə müəyyən
müsbət fikirlər
yaradır, bu sahədə ölkə rəhbərliyi tərəfindən
ciddi işlərin aparıldığı bildirilir.
Qeyd edim ki, son illər
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində çox
ciddi işlər gedir. Elə bu problem üzərində aparılan
işlərin aktivliyinin
nəticəsidir ki, Ermənistan-Türkiyə arasında
sərhədlərin açılması
ilə bağlı Azərbaycan tərəfinin
çox ciddi etirazı müsbət nəticə ilə başa çatdı. Belə ki, Türkiyə
dövlət rəhbərləri
elan etdilər ki, Dağlıq Qarabağ münaqişəsi
həll olunmayana qədər sərhədlərin
açılması mümkünsüzdür.
Bu isə, bir daha onu
təsdiqləyir ki, Türkiyə dövləti
bütün məsələlərdə
Azərbaycanla birdir. Digər bir tərəfdən, ABŞ Türkiyəyə
təzyiq edərək,
tələb edir ki, sərhədlər açılsın. Bildiyiniz
kimi, bu gün Ermənistanda iqtisadi vəziyyət olduqca gərgindir. Ermənistanda vəziyyətin
gərginləşməsi isə
bu dövlətlərlə
əlaqələrə də
müəyyən təsir
göstərir. Ona görə də, ABŞ istəyir ki, sərhədlər açılsın.
Lakin sərhədlərin
açılması, yuxarıda
dediyim kimi, yalnız Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır. Doğrudur,
Rusiyanın baş naziri Vladimir Putin bu məsələlərin
bir-biri ilə əlaqələndirilməsi tərəfdarı
olmadığını bildirib.
Lakin ölkə Prezidentimiz bu məsələlərin bir-birilə
əlaqəli olduğunu
söyləyib. Sərhədlər
nə vaxt bağlandı? Kəlbəcər
işğal olunanda, yəni Azərbaycan torpaqları işğal olunduqdan sonra sərhədlər bağlandı.
Ona görə də, sərhədlərin
açılması, ancaq
bu problemin həllindən sonra reallaşa bilər. Ona görə də, hər bir keçirilən görüşü müsbət
qiymətləndirirəm. Çünki
keçirilən hər
bir görüş zamanı Dağlıq Qarabağ probleminin həllində ümidverici
addım atılır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 28 yanvar.- S. 5.