Qeyri-neft sektorunun inkişafı dəstəklənir
AYİB: “ 2009-cu ildə Azərbaycanda iqtisadi artım
9,3% səviyyəsində olub və bu göstərici
yüksək nailiyyətdir”
Azərbaycanda neft hasilatının pik dövrünün 2012-ci ildə
müşahidə olunacağı,
daha sonra isə azalacağı gözlənilir. Bu, nəticədə, ÜDM-ə
mənfi təsir göstərə bilər.
Məhz buna görə, Azərbaycan qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirməlidir”,- deyə Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) region üzrə
böyük iqtisadçısı
Tanita Taci bildirib.
AYİB yetkilisi,
onu da bildirib
ki, Azərbaycanda neft hasilatının artırılması üçün
potensial mövcuddur. Qeyd edək ki, 2009-cu il ərzində Azərbaycanın
neft hasilatı rekord həddə çataraq, 50,4 milyon ton təşkil edib.
AYİB 2010-cu il
üçün Azərbaycanda
inflyasiyanın gözlənilən
səviyyəsi ilə
bağlı da proqnoz hazırlayıb. Xanım Tacinin “APA-Economics”ə verdiyi məlumata görə, 2010-cu ildə
Azərbaycanda inflyasiyanın
səviyyəsi 6,5% təşkil
edəcək və bundan sonrakı illərdə artacaq: “İnflyasiya səviyyəsinin
artması, əsasən,
enerji daşıyıcılarının
qiymətinin artması,
həmçinin enerjidaşıyıcıları
istehlakçılarının tələbatının
yüksəlməsi ilə
bağlıdır”.
Keçid Dövrü Hesabatını təqdim edən AYİB-in region üzrə böyük iqtisadçısı
Anita Taci qeyd edib ki,
2009-cu ildə Azərbaycanda
iqtisadi artım 9,3% səviyyəsində olub və bu göstərici
yüksək nailiyyətdir:
“Bu ilin sonunda isə Azərbaycanda ÜDM-in artım tempinin 9% olacağı proqnozlaşdırılır.
Əgər bu göstərici reallaşarsa,
Azərbaycan regionda ən yüksək iqtisadi artıma malik olan ölkəyə
çevriləcək. Gələn
il isə Azərbaycanda ÜDM-in artım tempinin 8%-ə bərabər olacağı proqnozlaşdırılır”.
Ümumiyyətlə, 2010-cu ildə
regionda iqtisadiyyatın
artacağını bildirən
A.Taci onu da qeyd edib
ki, qlobal maliyyə böhranından
sonra artım templərinin sürətlə
bərpası yalnız
diversifikasiyanın həyata
keçirilməsindən asılıdır:
“Azərbaycanda diversifikasiya
bir qədər zəifdir və hökumət bu barədə düşünməlidir”.
İqtisadi İnkişaf Nazirliyi İqtisadi Siyasət Analizi və Proqnozlar Departamentinin direktoru Ədalət Muradov ölkənin iqtisadi inkişafından məlumat
verib və qeyd edib ki,
2009-cu ildə davam etmiş böhran Azərbaycandan da yan keçməyib və ölkəni sınaqdan keçirib: “Lakin buna baxmayaraq,
Azərbaycan böhrandan
minimum itkilərlə
çıxa bilib. Belə ki, bir
sıra qonşu ölkələrdə milli
pul vahidinin devalvasiyası baş verib, Azərbaycanda isə manat sabit qalıb. Mərkəzi Bank tərəfindən uçot
dərəcəsi 15%-dən
2%-ə endirilib, likvidlik 1,5 mlrd. manata çatdırılıb”.
Nazirlik rəsmisi, həmçinin, qeyd edib ki, Beynəlxalq
Valyuta Fondu tərəfindən 2010-cu ildə
Azərbaycanda iqtisadi artım tempinin 7,4%, Asiya İnkişaf Bankı tərəfindən
isə 4,5% olacağı
proqnozlaşdırılır.
Yeri gəlmişkən, 2010-cu ildə dövlət büdcəsinin artımının
dünya birjalarında
cari ildə neftin qiymətindən asılı olacağını
da qeyd etmək
lazımdır. 29 analitikin
mövqeyini təmsil edən “Reuters” ekspertləri bəyan edir ki, 2010-cu ildə xam neftin
bir barrelinin orta illik qiymətinin $77,5 olacağını
gözləyir. ABŞ Energetika
Departamentinin ekspertlərinin
fikrincə isə,
2010-cu ildə neftin qiyməti $80, 2011-ci ildə
isə $84-ə qədər
bahalaşacaq.Göründüyü kimi, cari ildə
Azərbaycanın gəlirləri
daha da artacaq
və ilin yekununa görə, büdcə kəsiri olmayacaq. Burada əsas səbəblərdən
biri neftin istehsalının qiymətinin
artmasıdırsa, digər
səbəb qeyri-neft sektorunda inkişafın sürətlənməsidir.
Elçin Bayramlı
Səs.- 2010.- 28 yanvar.- S. 7.