Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi çərçivəsində həll ediləcək

 

İlham Əliyev: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin olunmalıdır”

 

Məlum olduğu kimi, yanvar ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirildi. İclasda bir sıra sosial-iqtisadi məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da 2009-cu ilin yekunları barədə  fikirlərə Prezident öz nitqində xüsusi yer ayırmışdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2009-cu ildə münaqişə tərəfləri arasında ikitərəfli görüşlərin keçirilməsi daha tez-tez müşahidə olunmuşdu ki, münaqişənin həlli istiqamətində daha əməli addımların atılmasına səbəb olmuşdur. Prezidentin nitqi zamanı 2009-cu ilin yekunları barədə Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırması heç təsadüfi deyildir. Xarici siyasətimizin prioritet məsələsi kimi qiymətləndirdiyi Dağlıq Qarabağ münaqişəsində praktik nəticələr əldə olunmasa da irəliləyişlərin əldə olunduğunu bildirən Prezident münaqişənin hansı yolla həll olunacağının da artıq bəlli olduğunu qeyd etdi. Prezident münaqişənin həlli yolunun məhz ötən ilin sonunda Afinada keçirilən ATƏT-in xarici işlər nazirlərinin toplantısında müəyyən olunduğunu bildirdi. Məsələnin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə ilk dəfə olaraq, Ermənistanın da qol çəkməsini böyük bir irəliləyiş kimi qeyd etdi.

Xatırladaq ki, ötən il ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan Ermənistan prezidentləri arasında altı görüş keçirilmişdir. Bir il ərzində bu qədər görüşün keçirilməsi atəşkəs imzalanandan sonra münaqişənin həlli istiqamətində böyük bir fəallıq kimi qiymətləndirilir. Lakin bütün bunlara baxmayaraq, münaqişənin həlli istiqamətində heç bir sənəd imzalanmamış bir sıra mühüm məsələlər açıq olaraq qalmışdır. Bununla belə, bir sıra məsələlərdə irəliləyişin olmasını qeyd etmək yerinə düşərdi. Belə ki, artıq mövqelərin uzlaşdırılmasında münaqişənin sülh yolu ilə həllində əməli addımlar atılıb. Burada tək Azərbaycanın Ermənistanın deyil, digər dünya region  dövlətlərinin maraqlı olması münaqişənin həllini daha da sürətləndirmiş olur. Belə ki, məsələnin həllinə ABŞ, Rusiya, Türkiyə kimi dövlətlərin maraq göstərməsi tərəfləri sülhün əldə olunmasına daha da yaxınlaşdırmış olur. Bu dövlətlərin münaqişəyə olan yüksək diqqəti artıq müaniqişənin həllində əsas maneə sayılan  Ermənistanın qeryi-konstruktiv mövqeyinin yumşalmasına şərait yaradıb. Lakin bizim bu dövlətlərdən gözlədiyimiz, Ermənistana daha güclü təzyiqlər etməklə, onu işğalçılıq mövqeyindən çəkindirməkdir.

Prezident İlham Əliyevin dediyi kimi, bu gün Ermənistana qarşı BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi 4 qətnamə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini nəzərdə tutur. Lakin Ermənistan bu qətnamələri yerinə yettirməkdən boyun qaçırır. Dünya ictimaiyyətinin Ermənistana qarşı təzyiqi məhz onun bu sanksiyaları yerinə yetirməsi ilə bağlı ola bilər.

Nazirlər Kabinetinin iclasında, həmçinin, ATƏT-in digər beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təsdiq edildiyi təqdirdə, bunun Ermənistan tərəfindən icra olunmadığını bildirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının prinsipial mövqeyinin məhz bu istiqamətdə olduğunu bildirdi. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır heç vaxt müzakirə mövzusu olmayıbdır. Ərazi bütövlüyü bu məsələ ilə məşğul olan Minsk Qrupunun bütün üzvləri tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilmişdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin olunmalıdır.

Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək, gücləndirək. Siyasi hüquqi cəhətdən, əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni heç kimdə şübhə doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu potensialımızın möhkəmələndirilməsi ilə daha da gücləndirməliyik.”

Prezidentin ordu ilə bağlı məsələyə xüsusi diqqət yetirməsi diqqətçəkən məqamlardandır. Belə ki, Prezidentin Nazirlər Kabinetinin iclasında müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Ordusunun daha da güclənməsindən xəbər verir. Bu sahədə çox vacib işlər görülüb. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə çox böyük işlər görülübdür biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da artırmalıyıq. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq.”

Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, ordumuzun gücləndirilməsini önə çəkməsi münaqişənin müharibə yolu ilə həllinin istisna edilmədiyinə biri növ işarədir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad edəcəyini bildirib.  Görünür, müharibə variantı hələ aktual olaraq qalmaqdadır. Hər halda, Prezidentin Dağlıq Qarabağ münaqişəsini ordumuzun, müdafiə sənayemizin gücləndirilməsi ilə bağlı olduğunu bildirməsi bunu deməyə əsas verir.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 29 yanvar.- S. 5.