Azərbaycanda təhsil dünya standartlarına uyğun qurulur

 

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq bölgələrdə yeni məktəb binaları istifadəyə verilir

 

Azərbaycanın sosial-iqtisadi inkişafı əhalinin yaşayış durumunun yaxşılaşmasına ölkədə yenidənqurma-abadlıq işlərinin genişlənməsinə gətirib çıxarır. Bu inkişaf ölkənin bütün sahələrində baş verən ciddi dönüşlərlə xarakterizə olunur. Səhiyyə, təhsil, mədəniyyət digər sahələrdə aparılan məqsədyönlü siyasət ölkənin imicinin artmasına, dünya dövlətləri sırasında nüfuzunun yüksəlməsinə gətirib çıxarıb.

Bu günlərdə ölkə Prezidenti İlham  Əliyevin Bakı şəhərində Nizami Suraxanı rayonlarında ümumtəhsil məktəb binalarının tikintisi ilə bağlı imzaladığı sərəncamlar da təhsilin inkişafına yönəlmişdir. Hər iki məktəbin tikintisinə ehtiyat fondundan vəsait ayrılmışdır.

Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan dəyişikliklər özünü büruzə verir. Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən, respublikamızda təhsil sahəsində böyük nailiyyətlər əldə olunub. Bu proqram çərçivəsində ölkəmizdə gedən yeniləşmə hər kəsin diqqətindədir. Son zamanlar həm paytaxtımızda, həm bölgələrdə görülən işlər buna əyani sübutdur. Təhsil sistemində baş verən dönüş məhz Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur.

Proqram çərçivəsində qısa zaman məsafəsində Azərbaycanın kənd məktəblərinin maddi-texniki bazasının vəziyyəti yaxşılaşdırılaraq, yeni təhsil ocaqları istifadəyə verilib. Fond öz vəsaiti hesabına məktəblərin bir hissəsini tikdirərək, onları lazımi avadanlıqla təmin edir.

Təkcə Qəbələ rayonunda ümumilikdə ötən 7 il ərzində 22 kənddə yeni məktəb binası tikilib. Belə ki, şəhər 1 4 nömrəli, Çuxur Qəbələ, Nic qəsəbə 4 saylı, Zalam, Böyük Pirəlli Çarxana kənd məktəbləri əsaslı təmir olunaraq, təhsil ocaqları ən müasir avadanlıqla təchiz edilib. Hazırda rayonun Nic qəsəbəsində 3 saylı məktəb üçün dövlət vəsaiti hesabına 360 yerlik, Heydər Əliyev Fondunun dəstəyi ilə 2 saylı məktəb üçün 400 yerlik yeni binaların inşası davam etdirilir. Rayonun 24 məktəbi qazanxanalar vasitəsilə qızdırılır. Rayonun 40 məktəbində kompyuter kabineti yaradılıb. Qəbələ məktəbliləri, ümumilikdə, 450 kompyuterdən istifadə edir. Hazırda rayonun məktəblərində çalışan pedaqoji işçilərin 77 faizi ali təhsillidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq son illər Ağdaş rayonunda da ümumtəhsil məktəbləri üçün yeni binaların inşası əsaslı təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.

Ötən 3 ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaş rayon ərazisində Pirkəkə kənd məktəbi Habil Əliyev adına Musiqi Məktəbi üçün yeni binalar tikilərək, Maqsud Şeyxzadə adına Gimnaziya əsaslı təmir edilir. Bundan əlavə, dövlət vəsaiti hesabına rayonun Kotavan, Kükəl, Yuxarı Ləki, Qaradeyin Gürcuva kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib, M.İsayev adına Lisey, şəhər 3 saylı Ləki qəsəbəsindəki 6 saylı məktəb binaları əsaslı təmir olunub. Həmçinin, şəhər 3 saylı orta, Güvəkənd, Dəhnəxəlil, Mürsəl, Yuxarı Ləki kənd tam orta, Yenikənd Nehrəxəlil kənd ümumi orta məktəbləri üçün 840 şagird yerlik 42 əlavə sinif otağı tikilmiş, 13 ümumtəhsil məktəbində müasir istilik sistemləri quraşdırılıb. Bu günədək rayonun təhsil müəssisələrinə 480 kompyuter verilərək, 15 ümumtəhsil məktəbində kompyuterlərin internetə bağlantısı təmin edilib. Rayonun ümumtəhsil məktəblərindən ali orta ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2003-cü illə müqayisədə 5 dəfə artıb. 2010-cu ildə rayonda məktəblərin ümumi orta təhsil pilləsini bitirmiş 1.446 məzundan 271-i orta ixtisas məktəblərinə, tam orta təhsil pilləsini bitirmiş 790 məzundan 400-ü qəbul imtahanlarında iştirak etmiş, onların 201-i ali məktəblərə qəbul olunub. Bu göstəricilər Azərbaycan da təhsil səviyyəsin yüksəlməsinədə fondun həyata keçirdiyi məqsədli fəaliyyəti ilə əlaqədardır.

Heydər Əliyev Fondunun təhsilə göstərdiyi bu diqqət Azərbaycanın gələcək inkişafına yönəlib. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında gerçəkləşən layihələr Azərbaycan gənclərinin dünyaya inteqrasiya olunmasında əvəzsiz xidmətə malikdir.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 5 aprel.- S. 4.