"Ensemble Ascolta" ansamblının Bakı səfəri

 

Almaniyanın "Ensemble Ascolta" ansamblı Bakıda keçirilən Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında konsert proqramı ilə çıxış edib. "Klangfarben und Lichtmusik" ("Tembr işıq") adlı konsertdə XX əsrin əvvəlində çəkilmiş eksperimental ruhlu səssiz, qısametrajlı filmlər üçün yazılmış xüsusi əsərlər ifa olunub. Titus Engelin dirijorluq etdiyi konsertdə Markus Şvind trombda, Endryu Digbi trombonda, Hubert Steiner bas gitarada, Martin Homan Boris Müller zərb alətlərində, Florian Holeşer pianoda, Erik Borgir violonçeldə ifa ediblər. Əvvəllər Almaniyada da bir çox festivallarda nümayiş etdirilən vizual elementlərlə zəngin konsert dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edim ki, festival aprelin 8-dək davam edəcək.

 

 

Zümrüd

 

Səs.- 2011.- 6 aprel.- S. 12.