Gənclik təxribatçı
çağırışları qətiyyətlə rədd
edir
Əli Əhmədov: "Ölkə
gənclərinin fəal bir hissəsi olan YAP-ın
gəncləri respublikanın ictimai-siyasi həyatında
yaxından iştirak edir və bundan sonra da edəcəklər"
Dünən Yeni Azərbaycan Partiyasının
Nizami rayon təşkilatının qərargahında
YAP Sədrinin müavini,
İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Gənclər
Birliyinin fəalları
ilə görüş
keçirib. Görüşdə
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, partiyanın Nizami rayon təşkilatının
sədri, millət vəkili Sədaqət Vəliyeva və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.
YAP İcra katibi Ə.Əhmədov çıxışı
zamanı bildirib ki, hazırda Azərbaycan gəncliyinə
böyük diqqət
yetirilir: "Ölkəmizdə
gənclər siyasətinin
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Hazırda bu siyasət ölkə Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycan hökuməti
gəncliyin inkişafı
ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək
təhsil alması, öz bilik və
bacarıqlarını, potensiallarını
nümayiş etdirmək
üçün müvafiq
addımlar atır. Bildiyiniz kimi, hökumətimiz tərəfindən
gənclərimizin dünyanın
ən nüfuzlu ali məktəblərində
təhsil almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini
uğurla başa vuraraq, dövlətimizin inkişafı istiqamətində
öz töhfələrini
verəcəklər. Gənclər
bizim gələcəyimizdir
və ölkəmizin
sabahı onlarla bağlıdır".
Ə.Əhmədov çıxışında
onu da qeyd
edib ki, bu gün Azərbaycan
gəncliyi ölkə
Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə
inkişaf edir. Məhz bunun nəticəsidir ki, bu gün
gənclərimiz Azərbaycan
Prezidenti İlham Əliyevin ətrafında
sıx birləşərək,
onlara göstərilən
etimadı yüksək
səviyyədə doğrultmağa
çalışır və
bu istiqamətdə səylərini davam etdirirlər.
YAP Sədrinin müavini
Ə.Əhmədov, həmçinin
çıxışında vurğulayıb ki, gənclər yüksək təhsil almaq, müxtəlif faydalı işlərlə
məşğul olmaqla
yanaşı, ölkəmizin
ictimai-siyasi həyatında
da fəal iştirak etməlidir:
"Ölkəmizin ən
güclü siyasi qüvvəsi olan YAP
bu amilə böyük önəm verir. Son 20 ildə
ölkə əhalisinin
sayı 2 milyon nəfər artıb və yaş tərkibi baxımından
gənclərin sayı
xüsusi çəkiyə
malikdir. 1990-cı illərin
əvvəlində Azərbaycanda
əhalinin sayı 7 milyon idisə, indi bu göstərici
9 milyonu ötüb. Demoqrafik göstəricilər
baxımından gənclərin
mövqeyi yüksəkdir.
Təbii ki, insan amili hər
bir cəmiyyətin başlıca potensialıdır,
hər bir millətin sərvətidir,
dəyəridir. Azərbaycan
gəncliyi yaxşı
təhsil almış,
müasir texnologiyaya yiyələnən, istedadlı
gənclikdir. Bu isə etibarlı gələcək deməkdir.
Ancaq bununla yanaşı, biz istəyirik ki, belə gənclər ölkənin ictimai-siyasi həyatında da fəal olsunlar. Hazırda YAP
üzvlərinin sayı
530 minə çatıb
ki, onların da 40 faizini məhz
gənclər təşkil
edir. Ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərə böyük önəm verir, dövlət başçısının təşəbbüsü
ilə ölkədə
həyata keçirilən
gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycanın ən fəal gəncləri isə məhz YAP-ın sıralarındadır.
Son vaxtlar YAP Gənclər Birliyinin fəaliyyəti xeyli genişlənib. Ölkənin
ictimai-siyasi həyatında
partiyanın gəncləri
fəal iştirak edirlər. Beləliklə,
onlar ölkə Prezidentinin həyata keçirdiyi siyasətə
dəstək olurlar".
YAP Sədrinin müavini
Ə.Əhmədovun sözlərinə
görə, dünya dəyişir, inkişaf edir, yeni texnologiyalar
yaranır: "Bu gün nəinki
Azərbaycan, bütün
dünya gənclərinin
maraq göstərdiyi sosial şəbəkələr
formalaşıb. Ölkəmizin
bütün gəncləri
kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə
fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Bununla gənclərin cəmiyyətə inteqrasiyası
sürətlənir, ictimai
fikrə təsir imkanları artır. Nəticədə gənclərlə
işin yeni məqamları meydana çıxır. Bütövlükdə,
hesab edirik ki, ölkə gənclərinin fəal bir hissəsi olan YAP-ın gəncləri respublikanın
ictimai-siyasi həyatında
yaxından iştirak edir və bundan
sonra da edəcəklər."
Ə.Əhmədov bəzi hallarda Azərbaycan gənclərinin beyninin müxtəlif qüvvələr
tərəfindən zəhərləndiyini,
onların razılaşdırılmamış
küçə yürüşlərinə,
mitinqlərə cəlb
olunduğunu da vurğulayıb: "Biz, əlbəttə ki, bunu istəmirik. Bəzi qüvvələr
gənclərdən öz
məqsədlərinə çatmaq
üçün vasitə
kimi istifadə etmək istəyirlər. Müxalifətçilərin aprelin
2-də keçirmək istədiyi
aksiya da bu qəbildəndir. Bu aksiyaya da
gəncləri cəlb
etmək niyyətindədirlər".
YAP Sədrinin müavini
Ə.Əhmədov gənc
YAP-çılara həmin
çirkin niyyətlərə
alət olmamaq istiqamətində tələbə
dostları, digər gənclərlə iş aparmağı tövsiyə
edib: "Sabahkı və indiyədək olan aksiyalara qoşulan gənclərin çoxu ya təsadüfən orda iştirak ediblər, ya da aksiya
keçirənlərin əsil
niyyətini bilməyiblər.
Bu səbəbdən onları bu yoldan döndərə bilərik".
Tədbirdə YAP Nizami rayon
gənclər birliyinin
sədri Əli Pənahov, gənclərdən
Lamiyə Əhmədova,
Gülnar Rəsulova, Vahid Məmmədzadə və başqaları çıxış edərək,
Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı
düzgün və məqsədyönlü
siyasətini bundan sonra da dəstəkləyəcəklərini
və bu kursa sadiq qalacaqlarını
vurğuladılar.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 2 aprel.- S. 5.