Yeni Azərbaycan Partiyası ölkənin ən nüfuzlu aparıcı siyasi qüvvəsidir

 

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.

YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov gündəliyə daxil edilən məsələlər barədə məlumat verib. Z.Qaralov qarşıdan YAP-ın yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü gəldiyini bu tədbirlərin ciddi siyasi-mənəvi hazırlıq tələb etdiyini dilə gətirib.

Z.Qaralov onu da vurğulayıb ki, Ulu Öndərin doğum günü ilə bağlı keçiriləcək tədbirlər çoxşaxəli cəmiyyətin bütün təbəqələrini əhatə edəcək. Ulu Öndər Heydər Əliyevin müxtəlif tədbirlərdəki nitqlərindən sitatlar gətirən YAP Səbail rayon təşkilatının sədri böyük siyasətçinin həyatı ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verib, partiyanın yaranmasında müasir Azərbaycan dövlətinin formalaşmasında göstərdiyi xidmətlərdən ətraflı söz açıbdır: "Təşkil ediləcək tədbirlərdə Ulu Öndərin dövlətçilik fəaliyyətinin müxtəlif çalarlarının müasir gəncliyə çatdırılmasına xüsusi diqqət yetirilməlidir". 

İclasda çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin müxtəlif məqamlarını xatırlatmış, Onun müasir dövlətçiliyimizin formalaşması inkişafı, xalqımızın maddi rifahının yaxşılaşması istiqamətindəki əvəzsiz xidmətlərini qeyd ediblər. Bildiriblər ki, yetişməkdə olan gənc nəsil bu tarixə xüsusi diqqətlə yanaşmalı Ulu Öndər Heydər Əliyevin zəngin irsini mükəmməl mənimsəməlidir. Çıxış edənlər onu da söyləyiblər ki, Ulu Öndərin müəyyən etdiyi siyasi-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir Azərbaycan regionun lider dövlətinə çevrilibdir.

İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlərin təşkili barədə rəy təkliflərini səsləndiriblər.

İclasda daha sonra "Kukla teatrı" ilk ərazi təşkilatının onun sədrinin təsdiqi, "Sahil bulvar" "Dənizkənarı bulvar" ilk ərazi təşkilatlarının müəyyən müddətə birgə fəaliyyət göstərməsinə razılıq məsələlərinə baxılıb müvafiq razılıq qərarı verilib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 7 aprel.- S. 7.