Qeyri-neft sektoruna ayrılan xarici vəsaitlər çoxalır
"Xarici investisiyaların cəlb edilməsi
üçün Azərbaycanın çox gözəl
imkanları var".
Azərbaycan sosial-iqtisadi tərəqqi sahəsində
özünəməxsus mütərəqqi
bir modelin əsasını yaradaraq,
günü-gündən qüdrətlənən
bir ölkəyə çevrilib. Son 18 il ərzində Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan uğurlar əldə edib. Təbii ki, bu nailiyyətlərə çətin və ağır proseslərdən sonra nail olunub. Ölkə
Prezidenti İlham Əliyev cənabları da müstəqilliyimizin ilk illərinin ölkəmiz və xalqımız üçün
çox ağır keçdiyini bildirmişdir:
"Müstəqilliyimizin ilk
illəri ölkəmiz
və xalqımız üçün çox ağır keçmiş,
xaos, böhran, anarxiya illəri kimi yadda qalmışdır.
Bizim müstəqil siyasətimiz Azərbaycan xalqının maraqlarına
tam cavab verir. Azərbaycan müstəqil dövlət
kimi dünya xəritəsində öz
yerini tuta bilmişdir."
Müstəqil Azərbaycanın
qurucusu, ölkəmizi
məhv olmaq təhlükəsindən xilas
edən Ümummilli Liderimiz Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir
ki, Azərbaycan bu gün dünyanın
söz sahiblərindən
birinə çevrilib.
Hazırda Ümummilli Liderimiz
Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə
davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi və iqtisadi qüdrətinə görə
regionun lider ölkəsinə çevirib.
Ümumiyyətlə, iqtisadi
və siyasi baxımdan, son 7 il ərzində Azərbaycan böyük uğurlara nail olub. Prezident İlham Əliyev
tərəfindən uğurla
davam etdirilən siyasət nəticəsində
bu illərdə makroiqtisadi sabitlik qorunub saxlanılmış,
qeyri-neft sahələrinin,
regionların inkişafı
sürətlənmiş, strateji
valyuta ehtiyatlarının
səmərəli istifadəsi
təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı
artırılmış,
konservativ xarici borclanma strategiyası həyata keçirilmişdir.
Qeyri-neft sektoruna ayrılan xarici vəsaitlər çoxalır
Son illərin, xüsusən də, qlobal iqtisadi böhranın qabarıq şəkildə
büruzə verdiyi dövrün təhlili bir daha göstərir
ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması
baxımından dünyanın
ən cəlbedici ölkələrindən biri
kimi çıxış
edir. Elə bu səbəbdən də xarici investorların Azərbaycana
marağı kifayət
qədər böyükdür
və ölkəmizə
qarşıdakı dövr
ərzində də yatırılacaq sərmayələrin
həcmi milyardlarla dollar həcmində ölçüləcək. Bunun başlıca
səbəbləri, əlbəttə
ki, Azərbaycanda investisiya mühitinin əlverişliliyi, investorların
hüquqlarının qanunvericilik
əsasında yüksək
səviyyədə qorunması,
ölkəmizin etibarlı
tərəfdaş olduğunu
dəfələrlə təsdiqləməsi,
sərmayələrin yönəldildiyi
sahələrdə
cəzbedici mənfəətlər
əldə olunması
və bu qəbildən olan digər amillərdir. Prezident İlham Əliyev bununla əlaqədar çıxışlarında
bildirmişdir: "Xarici
investisiyaların cəlb
edilməsi üçün
Azərbaycanın çox
gözəl imkanları
var. Biz özümüzü etibarlı
tərəfdaş kimi
göstərdik və
Azərbaycan xarici investisiyalar üçün
çox cəlbedici ölkədir".
Yaradılan şəraitin nəticəsidir
ki, dünyanın aparıcı investisiya şirkətləri, maliyyə
qurumları ölkəmizə
sərmayə yatırmaqda
davam edir, etibarlı tərəfdaş
olan Azərbaycana irihəcmli kreditlər ayırır. Son 7 ilin təcrübəsi isə burada daha bir önəmli
məqamı üzə
çıxarır ki,
bu da qeyri-neft
sektoruna daha çox investisiya yatırılması ilə
bağlıdır. Bu
arada Avropa Yenidənqurma və İnkişaf Bankı
2010-cu ildə Azərbaycan
iqtisadiyyatına 200 milyon
dollardan artıq sərmayə yatırdı.
Enerji sektoru yenə investorların xüsusi diqqətindədir
Ölkəmizin nəhəng
enerji ehtiyatlarına malik olması və qlobal enerji təhlükəsizliyinin
təmin edilməsində
xüsusi çəkisinin
artması isə həmişəki kimi bu sahəni xarici investorlar üçün cəlbedici
etməkdədir. Azərbaycan
hökuməti ilə
xarici şirkətlər
arasında imzalanmış
PSA (Production Shearing Agreement) tipli neft-qaz müqavilələri
üzrə ölkəmizə
60 milyard dollar həcmində investisiyaların
qoyulması nəzərdə
tutulub. Artıq göstərilən məbləğin
yarısından çoxu
indiyə kimi neft və qaz
yataqlarının işlənməsi
üçün yatırılıb.
Təkcə 15 il ərzində
"Azəri-Çıraq-Günəşli"
yataqları blokunun işlənməsi üzrə
investisiyaların həcmi
21 milyard 395 milyon dollar, bonuslar, akrhesabı və pay ödənişləri
413 milyon dollar təşkil edib. "Əsrin müqaviləsi"
ilə yanaşı, digər əhəmiyyətli
layihə hesab olunan "Şahdəniz"
yatağının işlənməsi məqsədilə
yatırılan investisiyaların
həcmi artıq 5,5 milyard dollar, bonuslar, akrhesabı və pay ödənişləri
isə təxminən
88 milyon dollar təşkil edib”.
Prezident İlham Əliyev çıxışlarında
bildirib ki, respublikamız güclü
maliyyə resurslarına
malikdir və bölgədə ən iri kommunikasiya-infrastruktur layihələrinin reallaşmasının
təşəbbüskarıdır: "Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz
bütün lazımi
işləri görmüşük
və böyük sərmayələrin qoyuluşuna
da hazırıq. Hesab edirəm ki, bu il
və ondan sonrakı illərdə Azərbaycanın energetika,
neft-qaz, xüsusilə,
qaz sektoruna milyardlarla dollar vəsait qoyulacaqdır. Həm ölkə iqtisadiyyatı, həm də özəl sektor buna hazır
olmalıdır".
Prezident bundan sonra da dövlət
xətti ilə dövlət investisiya proqramlarının icra ediləcəyini də söyləyib: "Hər
il dövlət büdcəsindən böyük
məbləğdə vəsait
ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük
həcmdə investisiyalar
qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün
də bunun böyük əhəmiyyəti
var".
Göründüyü kimi,
Prezident İlham Əliyev son 7 ildə ölkə əhalisinin rifahının
yüksəlməsi, ərzaq
təhlükəsizliyinin təmin
edilməsi, sahibkarlığın
inkişafı və ən əsası qeyri-neft sektorunun inkişafı üçün
böyük səylər
göstərir. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın
icrası hökumətin
qarşısında ən
əsas vəzifə olaraq qoyulub. Şübhə yoxdur ki, bu vəzifələrin
yerinə yetirilməsi
ölkəmizin tarazlı
inkişafını təmin
edəcək.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 7 aprel.- S. 8.