Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təbliğ olunacaq

 

Dünən paytaxtımızda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başladı. Bu forum beynəlxalq aləmdə, ilk növbədə, qarşılıqlı faydalı iqtisadi, siyasi, elmi, texnoloji əlbəttə ki, mədəni əməkdaşlıq üçün əlverişlidir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyalar mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır. İqtisadi, siyasi digər sahələrdə ikitərəfli əməkdaşlığın potensialını artırmaqla yanaşı, mədəni mübadilə də əhəmiyyətli komponentdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu onun bütün iştirakçıları üçün mədəniyyət, incəsənət və din sahələrində yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Dünyanın nüfuzlu Euronews televiziya kanalı Bakıda öz işinə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün əsas media tərəfdaşı kimi çıxış etməsi bu tədbirin möhtəşəmliyindən və ona göstərilən beynəlxalq marağın yüksək səviyyəsindən xəbər verir. Bununla bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews televiziyası arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, telekanal forumda çəkiliş aparacaq və tədbirdən sonra verilişi 1 həftə ərzində 20 dildə 20 dəfə nümayiş etdirəcək. Aprelin 7-dən 9-dək Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı, xüsusi mədəni proqram da təşkil ediləcək. Bu proqram da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunacaq. Mədəni proqram çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə "Yəhudi, xristian müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda" adlı sərgi keçiriləcək. Sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcək. Artıq Avstriyanın Azərbaycandakı səfirliyi ilə bu istiqamətdə aparılır. Eyni zamanda, tədbir çərçivəsində YUNESKO, Avropa Şurası AŞ-nin Sivilizasiyalar Alyansının birgə sərgisi də açılacaq.

 

 

Zümrüd

 

Səs.- 2011.- 8 aprel.- S. 15.