Almaniyanın Köln şəhərində Azərbaycan Gecəsi

 

Almaniyanın Köln şəhərində bu şəhərdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə Azərbaycan Gecəsi keçirilmişdir. Azərbaycan Gecəsinin proqramı öz janr rəngarəngliyi ilə seçilirdi. Axşama toplaşan qonaqlar Azərbaycan xalq rəqslərinə tamaşa etmiş, Cenk Sancakın təqdimatında Azərbaycan poeziyasından parçalar dinləmiş, Azərbaycan mahnılarının sədaları altında şənlənmişlər. Gecənin qonağı, hazırda Türkiyədə yaşayan, əsli Cənubi Azərbaycandan olan müğənni Cavid Təbrizli və Kölndə yaşayan Pəri Hadıqızı xalq mahnılarını qonaqlara təqdim etmiş, Savaş Nartın rəhbərliyi altında Köln "Qafqaz Dansları" rəqs qrupu Azərbaycan rəqslərinin ustalıqla ifa etmişdir.Azərbaycan milli mətbəxinin nümunələri ilə bəzədilmiş bayram süfrəsi təqdim olunan tədbirdə Köln və şəhərin ətrafında yaşayan çoxlu sayda azərbaycanlı iştirak etmişdir.

 

 

Səs.- 2011.- 8 aprel.- S. 15.