"Təhrir"
Beynəlxalq Kitab Sərgisi
Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsindən qəzetimizə verilən məlumata
görə, Qahirədə keçirilmiş "Təhrir"
Beynəlxalq Kitab Sərgisi ndə ölkəmizin tarixi, mədəniyyəti,
incəsənəti, musiqisi, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü, erməni terrorizmi,
Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi
fəaliyyəti, Azərbaycanın iqtisadiyyatı, neft tarixi və
müasir neft-qaz sənayesinin inkişafı və s. barədə
ərəb, ingilis, fransız, rus və digər dillərdə
olan kitab və digər çap materialları nümayiş
etdirilib. Sərgidə 100-dən artıq çap şirkəti,
Azərbaycan, ABŞ, İtaliya və Polşanın Qahirədəki
səfirlikləri təmsil olunub. Sərginin
açılışında iştirak edən Misirin mədəniyyət
naziri Emad Əbu Ğazi Azərbaycan guşəsi ilə
tanış olub. Səfirə Azərbaycan kitabları
haqqında məlumat verilib. Sərgi çərçivəsində
ölkəmizə aid mədəniyyət guşəsi
yaradılmış və burada Azərbaycan xalçaları,
musiqi alətləri və qədim məişət əşyaları
nümayiş etdirilib. Sərgidə Azərbaycan barədə
nümayiş olunan kitab və çap materialları sərgi
iştirakçılarının xüsusi marağına səbəb
olub. Sərgi çərçivəsində
iştirakçılara Azərbaycan haqqında 200-dən
artıq kitab, jurnal və digər çap materialları
paylanıb.
Zümrüd
Səs.- 2011.- 9 aprel.- S. 11.