Tərtər
inkişaf və tərəqqi yolunda
Rayonda ümumi məhsul
istehsalının həcmi 4,3 dəfə artaraq 186,8 milyon
manata çatıb Dövlət Proqramı çərçivəsində
əldə olunan nailiyyətlər
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla yerinə yetirilməsinə dair təhlilin aparılması çərçivəsində mətbuat nümayəndələri regionlara səfərlər edir, inkişaf və tərəqqi proseslərini diqqətlə izləyirlər. Bu dəfə təqdim etdiyimiz məqalədə biz Tərtər rayonunda görülən işlər və yeniliklər haqqında ilkin məlumatlarımızı oxucularımıza təqdim edirik. Regionların sosial-iqtisadi inkişafına dair Birinci və İkinci Dövlət proqramlarından irəli gələn vəzifələr Tərtər rayonunda da uğurla həyata keçirilməkdədir. Belə ki, 2004-2010-cu illər ərazində rayonun sürətli sosial-iqtisadi inkişafı təmin edilibdir. Belə ki, ötən il 1791,3 min manat dəyərində sənaye, 18 milyon 160 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunubdur. 141,9 min manatlıq rabitə, 46 milyon 67 min manatlıq ticarət, 6 milyon 856,4 min manat pullu xidmətlər göstərilmiş, əhalinin gəlirləri 79 milyon 854 min manat təşkil edibdir. Rayonun sənaye müəssisələrində 540,2 min manatlıq məhsul istehsal olunaraq satılıb. Ümumi məhsul istehsalının həcmi 4,3 dəfə artaraq 186,8 milyon manata çatıb. Həmin dövrdə sənaye məhsulu istehsalı 2,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 3 dəfə artmışdır. Həmin müddətdə əsas kapitala yönəldilən investisiyaların həcmi 30,9 dəfə artaraq, 57,9 milyon manat, o cümlədən, tikinti-quraşdırma işlərinin həcmi 18,5 dəfə artaraq 37 milyon manat təşkil edibdir. Ötən il rayonda 30389 hektar sahədə əkin aparılıb ki, bunun da 16696,9 hektarını taxıl, 191 hektarını dənlik qarğıdalı, 2 hektarını darı, 164 hektarını lobya, 1209 hektarını pambıq, 379 hektarını şəkər çuğunduru, 5 hektarını soya, 463 hektarını günəbaxan, 445 hektarını kartof, 910,5 hektarını tərəvəz və 9924 hektarını yem bitkiləri təşkil edir.
Sosial mənşəli
infrastrukturun müasir standartlara
uyğunlaşdırılması
Rayonda sosial mənşəli infrastrukturun
müasir standartlara uyğunlaşdırılması istiqamətində
görülən işlər, mütəmadi olaraq uğurla həyata
keçirilməkdədir. Bu baxımdan rayonun Tərtər və
Sarıcalı qidalandırıcı yarımstansiyalarında
transformatorlar, yağ açarları, portallar rənglənib,
güc transformatorlarının 9 ədədi əsaslı və
42 ədədi cari, 17,21 kilometr yüksək gərginlikli və
17,5 kilometr aşağı gərginlikli hava xətləri əsaslı
və cari təmir edilibdir. Məcburi köçkünlərə
xidmət edən şəbəkələrdə 10296,34 min
manat dəyərində təmir işləri
aparılıbdır. Yaşayış məntəqələrinin
qazlaşdırılması və əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması üçün
ardıcıl tədbirlər görülübdür. Rayonun
"Dördyol" adlanan ərazisində qazpaylayıcı
stansiya quraşdırılmışdır. 15 kilometr magistral
qaz kəməri, Qaynaq, Qapanlı və Qazyan kəndlərində
29,3 kilometr qaz kəməri çəkilibdir. Tərtər
şəhərinin içməli su şəbəkəsinin
yenidən qurulması və kanalizasiya şəbəkəsinin
yaradılması üçün layihə-smeta sənədləri
hazırlanıb. Əhaliyə göstərilən rabitə
xidmətinin səviyyəsinin yüksəldilməsi
üçün 2 genişzolaqlı avadanlıq
quraşdırılmışdır. Hazırda 16 abonent bundan
istifadə edir. Qovşaqda 96 yerlik 2 liman istifadəyə
verilmiş və hazırda 84 abonent bu xidmətdən istifadə
edir. İlin sonunadək
5 koordinat tipli ATS-in elektron ATS-lə əvəz edilməsi nəzərdə
tutulub.
Abadlaşdırma sistemində yeniliklər
Bu sahədə
görülən işlər nəticəsində
yolların, körpülərin, yolkənarı obyektlərin
tikintisində müasir standartlara cavab verən modernləşmə
buraya gələn hər bir insanda yenilik ab-havası
yaradır. Belə ki, Bərdə-İstisu avtomobil yolunun
11-18-ci kilometrliyində Tərtərçay üzərində
körpülərin dayaqlarını yuyulmadan qorumaq
üçün 1203 min kubmetr dayaqbərkitmə işləri
aparılıb. 8289 kvadratmetr yollarda əmələ gəlmiş
çalalar asfalt-beton örtüyü ilə təmir
edilmişdir. 1126 işarə dirəyi
basdırılmış, qış mövsümündə
80 kilometr yol qardan təmizlənmiş, 814 kubmetr qum səpilib,
yollarda əmələ gəlmiş 18 min kvadratmetr
çalalar qum-çınqılla doldurulub və 96 min
kvadratmetr yolların çiyin hissələri avtoqreyderlə
hamarlanıbdır. Goranboy-Tərtər magistral avtomobil yolunun
36-cı kilometrliyində asfalt-beton örtüyü və səki
qoyulub, Cəmilli-Dəmirçilər kəndlərarası
avtomobil yolu qum-çınqılla tikilib. Bələdiyyələrin
vəsaiti hesabına kənddaxili 41 kilometr yerli əhəmiyyətli
yollar qum-çınqılla cari təmir edilərək, əhalinin
istifadəsinə verilibdir.
Təhsil və səhiyyənin
inkişafı bu rayonda da sərgilənir
Tərtər
rayonunda hazırda 220 şagird yerlik Sarıcalı kənd orta
məktəbinin tikintisində son tamamlama işləri
aparılır. 80 şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbinin
tikintisi sürətlə gedir. Təhsil Nazirliyi tərəfindən
Seydimli kənd orta, yerli büdcə vəsaiti hesabına
Qaynaq kənd əsas, Qaraağacı kənd orta məktəblərinin
əsaslı, şəhər 3 saylı əsas, Hüsənli
kənd orta, Kovdadıq kənd ibtidai məktəblərinin və
məktəbdənkənar iş mərkəzinin cari təmir
edilməsi üçün təşkilati tədbirlər
görülür. Digər ümumtəhsil məktəblərində
daxili imkanlar hesabına cari təmir işləri
aparılır. İlin birinci yarısında 56 parta, 50
yazı lövhəsi, 145 stul, 26 müəllim stolu, 30 kitab
şkafı, 13 kreslo, 3 paralel qol, 1 turnik, 2 tenis stolu, 25 valeybol
və 40 futbol topu, 4 valeybol və 28 futbol toru, 5 ədəd
kompyuter, 2 ədəd printer alınaraq məktəblərə
paylanmışdır. Azərbaycan Respublikası Milli Elmlər
Akademiyasından şəhər 2 saylı məktəb-liseyə
müasir tələblərə cavab verən kimya
laboratoriyası göndərilmişdir.
Rayonda, həmçinin,
əhaliyə səhiyyə xidmətinin səviyyəsinin
yüksəldilməsi sahəsində də müsbət
işlər görülməkdədir. Bu baxımdan 54 min 529
manat dəyərində dərman preparatları və
sarğı materilları, 10 min 430 manat dəyərində bərk
və 3 min 120 manat dəyərində yumşaq inventar
alınaraq, rayonun səhiyyə müəssisələrinə
paylanılıbdır. İmtiyazlı və güzəştli
şərtlərlə tibbi xidmət almaq hüququna malik xəstələrə
27 min 577 manat dəyərində pulsuz dərman preparatları
verilib. 1385 xəstə stasionar şəraitdə müalicə
olunub, 123 nəfər xəstə hərtərəfli
müayinə və müalicə olunmaq üçün
respublikanın ayrı-ayrı klinik xəstəxanalarına
göndərilibdir.
Göstərilən
uğurlar onu deməyə əsas verir ki, qarşıdakı
müddət ərzində də rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi,
infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin
yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi,
2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin yerinə yetirilməsi
üçün bütün qüvvələr səfərbər
ediləcəkdir.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 12 aprel.- S. 8.