Azərbaycanda turizm sektoru dövlətimizin xüsusi diqqət yetirdiyi sahələrdən biridir

 

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun yap.org.az-a müsahibəsi

 

- Cəfər müəllim, 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi dövlətimizin turizm sahəsinə göstərdiyi xüsusi diqqətin nümunəsidir. Azərbaycan Turizm İnstitutu bu sahənin inkişafında nə dərəcədə rol oynayır?

- Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib. Amma Tanrı tərəfindən Azərbaycana bəxş olunan bu gözəllikləri, bu nemətləri turizm məhsuluna çevirmək lazımdır. Dövlətimiz turizmin inkişafı istiqamətində vacib addımlar atmaqdadır. Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi üçün mütəxəssislərin olması da vacib şərtlərdən biridir. Hazırda turizm mütəxəssislərinin yetişdirilməsinə ehtiyac, tələbat mövcuddur. Bu ehtiyacı dəyərləndirərək ölkə rəhbərliyi müstəqil Azərbaycanda Turizm İnstitutunun yaradılmasın qərar verdi. Dövlət rəhbərliyinin qərarı əsasında 2006-cı ildə Azərbaycan Turizm İnstitutu açıldı.

Həmin dövrdən institutun fəaliyyəti başlanıb. Yaranan zaman bir fakültə iki kafedra strukturu ilə işə başladıq. O zaman ilk olaraq 200 tələbə 3 ixtisas üzrə bu təhsil ocağına qəbul olunmuşdu. Sonrakı dövrlərdə bu say səkkizə, doqquza çatdırıldı onların sırasında ilk dəfə turizm otelçilik ixtisası üzrə qəbul həyata keçirildi. Hazırda 1300 tələbə 14 ixtisas üzrə bakalavr təhsili alır. Bu ildən etibarən biz magistr pilləsi üzrə qəbul elan etdik. 30-a yaxın tələbə magistratura təhsili alır. Bununla yanaşı, institutumuzda doktorantura təhsili ilə bağlı işlər aparırıq payızda doktoranturaya da qəbul elan edəcəyik.

Bildiyiniz kimi, ötən il Turizm İnstitutunun ilk buraxılışını etdik 74 nəfər məzunumuz oldu. Onlardan 14 nəfəri Azərbaycanda ilk dəfə ikili diplom aldı. Həmin tələbələr bizim partnyor universitet- Avstriyanın bir ali məktəbinin diplomunu aldılar. Hesab edirəm ki, bizim məzunlarımız peşələrinə uyğun uğurlu fəaliyyət göstərə biləcəklər.

- Necə hesab edirsiniz, Azərbaycan Turizm İnstitutu bu sahədə mütəxəssis boşluğunu doldura biləcəkmi?

- Turizm sahəsində ayrıca bir ali təhsil müəssisəsinin yaradılması bu sahədə mütəxəssis boşluğunu doldurmaq ehtiyacını ödəmək məqsədinə xidmət edir. Bu, yeni Azərbaycan üçün çox önəmli bir sahədir. Turizm sahəsi qeyri-neft sektorunun ən önəmli sahələrindən biridir. Nəticə etibarı ilə bir müddətdən sonra turizm dövlət büdcəsinin əhəmiyyətli bir hissəsini doldurmaq qabiliyyətində olan bir sektordur. Turizmin özü əhəmiyyətli dərəcədə insanlarla işləmək məsələsi olduğu üçün burada kadr amili çox önəmlidir. Çünki burada xidmət, işin təşkili məsələləri s. vacib məqamlar mövcuddur. Biz, ali məktəb olaraq menecer hazırlayırıq, amma turizmin birbaşa insanlarla ünsiyyətdə olan əhəmiyyətli hissəsi xidmət personalıdır ki, bu da peşə məktəbləri səviyyəsində hazırlanmalıdır. Təəssüf ki, belə təcrübə ölkəmizdə yox səviyyəsindədir. Amma məsələ ilə bağlı Turizm İnstitutunun nəzdində peşə məktəblərinin yaradılması nəzərdə tutulub artıq bu istiqamətdə işlərə başlanılıb. Fəaliyyətə başlayandan sonra həmin məktəblərin regionlarda da şəbəkələrin yaradılması beləliklə , xidmət personalının peşəkar hazırlığına kömək etməyi düşünürük. Amma bu, bir-iki ilin içində baş verə biləcək bir proses deyil. Bu, böyük artmaqda olan sənaye sahəsidir müəyyən qədər vaxtdan sonra ciddi nəticələrini verməyə başlayacaq. Burada ənənəvi üsullarla yanaşı, modern fəaliyyət ortaya qoyulmalıdır. Bu sahədə çalışan sahibkarların özləri bu işdə maraqlı olmalıdırlar, kadrların hazırlanması məsələsi dəstəklənməlidir. Buna görə , bu istiqamətdə dövlət-özəl sektor əməkdaşlığı güclənməlidir. Biz həmin peşə məktəblərində bu əməkdaşlıqdan da istifadə etməyi planlaşdırırıq.

- Ümumiyyətlə, turizm şirkətləri ilə institut arasında əlaqələr necədir? Şirkətlər bu ali məktəbin imkanlarından səmərəli istifadə edə bilirmi?

- İldə iki dəfə institutda böyük əmək yarmarkası keçirilir. Məşğulluq mərkəzləri ayrı-ayrı şirkətlər bu yarmarkalarda iştirak edirlər. Bundan başqa, fərdi surətdə böyük turizm qurumları öz təqdimatlarını edirlər, bizim tələbələrimiz həmin şirkətlərə təcrübə keçməyə gedirlər. Bizim bu şirkətlərin hamısı ilə əlaqələrimiz var. Digər tərəfdən, bu əlaqələr işəgötürənlərlə axtaranlar arasında körpülər yaradır. Əvvəllər bu məsələdə şirkətlər tərəfindən bir az biganə yanaşma halları var idi. Bu da şirkətlərin azlığı ucbatından idi. Turistlər üçün, istirahət etmək istəyən insanlar üçün seçim imkanı o qədər çox deyildi. Tədricən artıq turizm şirkətlərinin, istirahət mərkəzlərinin sayı çoxalır. Bu, isə ciddi rəqabətə əsas yaradır. Demək, artıq bazarda iləsə fərqlənməlisən. Bunu isə keyfiyyətli xidmətin təşkili ilə həyata keçirmək olar. Ona görə , turizm şirkətlərinin rəhbərliyi bu məqama ciddi diqqət yetirməkdədirlər.

- Bəs bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi işi hansı səviyyədədir? Başqa ölkələrin müvafiq ali məktəbləri ilə əlaqələr qurulurmu?

- Turizmin inkişafına nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi olduqca vacibdir. Bu sahə qapalı bir sahə deyil və hansısa bir coğrafi çərçivə ilə əhatə oluna bilməz. Bu sənaye sahəsində dünya standartları özünü daha açıq şəkildə göstərir. Daxili turistlərlə yanaşı, xaricdən gələn turistələrin də cəlb olunması üçün bu standartları yaratmaq lazımdır. Başqa bir məsələ isə xüsusi maraq turizmi deyilən bir məsələ var ki, məsələn, turistlər hansısa bir kənddə olan yaşam tərzinə baxmağa gəlirlər. Hətta o halda da ekoturizm dediyimiz bu anlayışla tanış olmaq üçün də müəyyən infrastrukturlar yaxşı olmalıdır-yollar rahat olmalıdır, xidmətlər normal olmalıdır və s. Fikrimcə, yekun olaraq bu işlərin kökündə həm əhalinin maariflənməsi, həm də peşəkar kadrların olması vacibdir. Biz bu işə başlayanda tədris standartlarımız da yox idi. Bir sıra vasitələrlə biz Avropa təhsil standartlarını öyrəndik və hazırda tətbiq edirik. Bu baza əsasında yeni turizmotelçilik ixtisasının proqramını hazırladıq. Digər tərəfdən də, ali məktəbimizdə dərs deyəcək müəllimlərin çatışmazlığı problemi var idi. Hazırda xaricdən müəllimlər dəvət edirik, ikili təhsil proqramı həyata keçirilən qruplarda tələbələr təhsillərini ingilis dilində keçirlər. Həmin dərsləri tədris edən müəllimlərin bəziləri qardaş Türkiyədən gəlir, eləcə də, institumuza xarici mütəxəsisləri dəvət edirik. Hazırda dünyanın 16 universiteti ilə əlaqələrimiz var və həmin ali məktəblərdə də təcrübələr keçirik. Yay dövründə tələbələrimiz ölkə daxilində və xaricində təcrübələr keçirlər. Biz yerli özəllikləri saxlamaqla beynəlxalq təcrübələri öyrənməyə üstünlük veririk.

- Cəfər müəllim, institutda "Turizm ili" ilə əlaqədar hansı tədbirlər həyata keçiriləcək?

- İnstitutumuz tərəfindən "Turizm ili" çərçivəsində bir çox işlərin görülməsi nəzərdə tutulur. Prezident İlham Əliyev 2011-ci ili ölkəmizdə "Turizm ili" elan etdikdən sonra institutda işçi qrupu şəklində toplandıq və biz görəcəyimiz işlərlə bağlı tədbirlər planı hazırladıq. Bu barədə hazırladığımız təklifləri Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdik. Nazirliyin nəzdində yaradılmış işçi qrupu bu təklifləri nəzərdən keçirdiyekun olaraq Nazirlər Kabinetinə təqdim olunası bir əhəmiyyətli sənəd hazırlandı. Ümumiyyətlə, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Biz bu məsələ ilə bağlı institumuzda bir sıra tədbirləri də həyata keçirməyi nəzərdə tuturuq. 2011-ci ilin "Turizm ili" elan olunması məsuliyyətimizin artırılması ilə yanaşı, bizim işimizə də bir dəstək deməkdir. Hazırda bütün ölkə öz diqqətini bu məsələyə fokuslaşdırır. Yeri gəlmişkən, biz turizm sahəsində çoxsaylı layihələr həyata keçiririk. Bu layihələrdən biri Gədəbəy rayonunun digital xəritəsinin yaradılması ilə bağlıdır. Bundan başqa, həmin rayonda vaxtilə mövcud olan Simenslərin mis mədənlərinin bərpası və həmin ərazilərin turistik məqsədlə istifadəsi nəzərdə tutulur. Biz bu məsələyə "Simens" şirkətini də cəlb etmək fikrindəyik. Bu yaxınlarda Almaniyadan böyük bir nümayəndə heyəti də paytaxtımıza gələcək. Onlarla bəzi məsələlər müzakirə ediləcək. Bu da həmin müzakirə olunan məsələlərdən biri olacaq. Bundan başqa, "Turizm ili" çərçivəsində regionlara da diqqət daha da artacaq. Onu da qeyd etmək istəyirəm ki, "Turizm ili" bizə həm tədris planlarımızın təkmilləşdirilməsi, həm də turizmin inkişafı ilə bağlı planların həyata keçirilməsinə kömək edəcək.

 

 

Səs.- 2011.- 13 aprel.- S. 9.