Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının məktəb-studiyası xüsusi
təhsil ocağıdır
2011-ci ildən Bakı
Musiqi Akademiyasının məktəb-studiyası gənc
istedadların yaradıcılıq qabiliyyətlərini
aşkar edən yeni və müasir metodları tətbiq edərək
qəbul imtahanlarına başlayır.
Bakı Şəhər
Mədəniyyət və ''Turizm İdarəsindən
aldığımız məlumata görə, Bakı Musiqi
Akademiyasının məktəb-studiyasına 2011-12-ci tədris
illəri üzrə qəbul (müsabiqə üsulu ilə)
aşağıdakı ixtisaslar üzrə aparılır:
"Klaviş alətləri" (fortepiano, orqan, klavesin),
"Simli alətlər" (Skripka, alt, violonçel, kontrabas,
arfa), "Nəfəs alətləri" (Fleyta, klarnet, qoboy,
faqot, truba, valtorna, trombon, tuba), "Zərb alətləri"
(Azərbaycan xalq çalğı alətləri - tar,
kamança), "Vokal", "Musiqişünaslıq".
Birinci sinfə altı
yaşa çatmış uşaqların qəbulu yalnız nəzərdə
tutulduğu kimi, "Fortepiano", "Skripka",
"Violonçel", "Tar" və
"Kamança" ixtisasları üzrə aparılır.
Qəbul imtahanında musiqi qabiliyyətinin yoxlanmasından əlavə
(qulaq, ritm| və yaddaş) imtahan verən, həmçinin,
uşaq mahnısı və şeir də səsləndirməlidir.
Peşəkar səviyyədə
musiqi təhsilini ikinci sinifdən səkkizinci sinfə qədər
məktəb-studiyada davam etdirmək (əvvəlki və ya
yenidən seçilmiş ixtisas üzrə) istəyənlər
(musiqi məktəblərinin şagirdləri arasında)
üçün ifaçılıq və nəzəri musiqi
fənləri üzrə qəbul imtahanları
keçirılır. Qəbul imtahanlarına müsahibədən
(kollokvium) uğurla keçən tələbələr
buraxılır.
Kollokviumda qəbul
imtahanından öncə şagirdin təhsil
aldığı bütün fənlərdən biliyi
yoxlanılır. Buraya əvvəlki illərin proqramına
daxil olan fraqmentlərin ifası, əsər və müəllifi
haqqında qısa məlumatın verilməsi, notların
oxunması və transpozisiya biliklərinin yoxlanması, Azərbaycan
ladlarından tam kadensiyanın ifası daxildir.
Səs.- 2011.- 5 aprel.- S.
12.