Bosniya və Herseqovinada yaşayan və təhsil alan Azərbaycan gəncləri Azərbaycan Prezidenti
İlham Əliyevə
müraciət etdilər
Bosniya və Herseqovinada yaşayan və təhsil alan Azərbaycan gəncləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdilər.
Müraciət müəllifləri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına, regionda aparıcı dövlətə çevrilməsinə yönəlmiş siyasi kursu birmənalı dəstəklədiklərini bildirmiş və bu istiqamətdə öz üzərinə düşən öhdəlikləri hər zaman vicdan, məsuliyyət və sədaqətlə həyata keçirməyə hazır olduqlarını qeyd etmişlər.
Müraciətdə deyilir: "Sizin milli mənafeyə söykənən ardıcıl siyasətiniz nəticəsində Azərbaycanımız dünya birliyində nüfuzlu yer tutmuşdur".
Balkanlarda baş vermiş dəhşətli müharibələr və qarşıdurmaların ağır nəticələrinin hələ də tam aradan qaldırılmasının mümkün olmadığını vurğulayan müraciət müəllifləri Prezident İlham Əliyevin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətin nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin haqlı mövqeyini daha da gücləndirdiyini bildirmişlər.
Qeyd olunmuşdur ki, Balkanlarda müsəlman icmasının kontakt yaşadığı Bosniyada və Herseqovinadakı xorvat, serb və boşnaqlar öz ölkələrinin gələcəyinin sabitliyi üçün məhz Azərbaycan modelinin yaradılması arzusundadırlar. Bu fikirləri ölkə rəsmləri, siyasətçilər və sadə insanlar ən müxtəlif tədbirlərdə, beynəlxalq konfranslarda, kütləvi informasiya vasitələrində tez-tez səsləndirirdilər. Bu isə azərbaycanlılarda haqlı qürur hissi yaradır. Bu bir daha Azərbaycanda milli dəyələrin, yüksəlişin və bütövlükdə müdrik siyasi kursun aparıldığının sübutudur.
Müraciətdə deyilir: "Son
zamanlar Azərbaycanda mövcud olan
inkişafı, tərəqqini, sabitliyi və əmin-amanlığı
qəbul etməyən, öz çirkin niyyətlərinə
çatmaq üçün
xalq arasında çaşqınlıq yaratmaq istəyən böyük Azərbaycan xalqının
maraqlarını əks etdirməyən fərdlərin,
qrupların demoqrafik dəyərlərə zidd fəaliyyətləri
bizdə ciddi narazılıq, etiraz və qəzəb hissi
yaratmışdır. Biz, təxribat xarakterli bu cür meyilləri beynəlxalq
aləmdə ölkəmizin imicinə zərbə vurmaq, mövcud siyasi-iqtisadi sabitliyə kölgə salmaq və xaricdə Azərbaycan dövlətinin əleyhinə
çalışan işğalçı ermənilərin, əli
kərimlilərin, isa qəmbərlilərin
və digərlərin iyrənc maraqlarına
xidmət edən addım kimi qiymətləndirir və bu dağıdıcı cəhdlərə qarşı dünya
ölkələrində yaşayan
Azərbaycan gənclərini mübarizə aparmağa
çağırırıq".
Səs.- 2011.- 13 aprel.- S. 5.