“Birliyin mədəniyyət paytaxtları”  adlı dövlətlərarası proqram start götürüb

 

MDB məkanında tarixi-mədəni irs ili elan edilmiş 2011-ci ildə başlanan "Birliyin mədəniyyət paytaxtları" adlı dövlətlərarası proqrama əsasən, hər il birliyin mədəniyyət paytaxtları kimi seçilmiş iki şəhərdə yaradıcılıq resursları cəmləşəcəkdir. Bu statusa malik olan ilk şəhərlər Belarusun Qomel və Rusiyanın Ulyanovsk şəhəridir. Gələcəkdə MDB üzvü olan bütün dövlətlərin bu proqramda iştirak etməsi nəzərdə tutulur. Azərbaycan öz şəhərləri arasından MDB-nin mədəniyyət paytaxtı adlanmağa namizəd irəli sürəcək. MDB-nin mədəniyyət paytaxtı adlanmağa namizəd kimi öz xalq sənətləri və bənzərsizliyi ilə ad çıxarmış kiçik şəhər təqdim edilə bilər. Azərbaycanda belə namizəd Şəki, Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ, yaxud başqa bir şəhər ola bilər. MDB-nin mədəniyyət paytaxtları proqramının məqsədi dünya ictimaiyyətinin diqqətini birlik üzvü olan ölkələrin müxtəlif şəhərlərinə cəlb etməkdir. Bu şəhərlərin problemlərini, xüsusən, MDB-də Tarixi-mədəni irsin qorunub saxlanması ili elan edilmiş 2011-ci il çərçivəsində, bütün birliyin diqqətini həmin şəhərlərə cəlb etmək hesabına həll etməyə imkan yaranacaqdır.

 

 

Səs.- 2011.- 5 aprel.- S. 12.