Masallı inkişaf yollarında

 

Rayondakı sahibkarlara 4 milyon 440 min manat güzəştli kredit verilib

 

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq siyasəti nəticəsində ölkəmizdə hərtərəfli inkişafda Masallı rayonu da müsbət nəticələr əldə edib.

 

Rayonda modernləşən infrastruktur siyasəti

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, respublikamızın digər rayonlarında olduğu kimi, Masallı rayonunda da uğurla həyata keçirilir. RİH-in məlumatına görə, Masallı rayonunda inkişaf tempi daha da artıb, insanların rifah halı maddi vəziyyəti yüksəlib. Belə ki, əhalinin elektrik enerjisi təbii qazla təchizatı istiqamətində aparılan işlər nəticəsində ötən il 4 kənddə qaz xətlərinin təmir-bərpa işləri yekunlaşıb, təbii qazın verilməsi təmin olunub. Həmçinin, Masallı Avtomatik Qaz Paylayıcı Stansiyasından Masallı şəhərinin mərkəzinə daşıyıcı qaz kəmərləri çəkilib, şəhərdaxili paylayıcı xətlərin çəkilişi davam etdirilir. Şəhər mərkəzi ilə paralel olaraq, Musaküçə-Gəyəçöl, Musaküçə-Lürən-Qızılavar, Təzə Alvadı-Qızılağac kəndləri istiqamətlərində daşıyıcı kəmərlər çəkilib. Bu prosesin davamı olaraq, Muğan zonasındakı kəndlərin qazlaşdırılmasına başlanılacaq. Hal-hazırda rayonda təbii qazdan istifadə edənlərin sayı 1680 abonent artaraq, ümumilikdə, 16 min 627 abonentə çatıb.

 

Masallıda müasir turizmin inkişafı

 

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı ölkədə turizm sektorunun inkişaf etdirmək məqsdini qarşıya qoymuşdur. Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün münbit şəraitin mövcudluğu baxımından Masallıda turizmin inkişafı üçün gözəl zəmin var. Rayonun ərazisindən Viləşçay, Qodmançay, Göytəpəçay, Mətəlçay və s. çaylar axır.Viləşçayın maili düzənliyə çıxdığı çox mənzərəli yerdə sututumu 46 mln. kubmetr olan "Viləşçay" su anbarı yaradılmışdır. Həmçinin, gözəl və füsunkar təbiətə malik, dağlarla əhatə olunan, nadir ağaclara malik yaşıl meşə örtüyü, saf suları ilə zəngin Masallıda 30-a yaxın turist obyekti qeydə alınaraq üç turist marşrutu üzrə fəaliyyət göstərirlər. 26 turist obyekti xüsusi razılıq (lisenziya) almışdır. Həmin turizm istirahət mərkəzlərində 1100-ə yaxın yer vardır. Bunlardan 70-i lüks, 660-ı 1-ci dərəcəli, 320-si turist dərəcəli nömrələrdir. Turistlərə 65 ölkə əhəmiyyətli, 49 yerli əhəmiyyətli tarix və mədəni abidələr, 3 park, 2 muzey və R.Tağıyev adına tarix-diyarşünaslıq muzeyi xidmət göstərir. "İsti su" Fatmeyi- Zəhra şəfa müalicə sanatoriyası və istirahət mərkəzi dəri və oynaq, qadın xəstəlikləri, böyrək yolları və s. xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir. Dəştvənd, "İsti su" , "Gülüstan", "Gölüstü" turist mərkəzlərində və ailə istirahət parkında turist qonaqların mənalı istirahəti, müxtəlif idman növləri əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılmışdır.

 

Son yeddi il ərzində rayon üzrə 17 min 635 yeni yeri açılıb

 

"Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə əlaqədar rayonda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində müəyyən işlər görülübdür. Əhalinin işlə təmin edilməsi məsələsi mühüm amil olduğu üçün bu problemə daha çox diqqət yetirilir. Məhz bu baxımdan da son yeddi il ərzində rayon üzrə 17 min 635 yeni yeri, o cümlədən, 2010-cu ildə 1530 yeni yeri açılıbdır. Ötən ildə rayonun gəlirlər proqnozu 95 faiz icra olunub, xərclərin icrasına isə 94 faiz sərf edilibdir. Ötən il, həmçinin, sosial-iqtisadi nəticələrinə görə rayon üçün uğurlu il olub. Belə ki, il ərzində ümumi məhsul istehsalı və göstərilən xidmətlərin həcmi əvvəlki ilə nisbətən 12,8 faiz artaraq 388508,7 min manata çatıbdır. Adam başına düşən maddi gəlirləri 14,5 faiz artaraq 1931 manata, hər bir işçiyə hesablanan orta aylıq əmək haqqı isə əvvəlki ilə nisbətən 11 faiz artaraq 212 manata çatıbdır.

 

Rayonda tikinti-quruculuq işlərinə ümumilikdə 1 milyon 725 min manatlıq vəsait sərf olunub

 

İl ərzində rayonda tikinti-abadlıq quruculuq sahəsində xeyli işlər görülübdür ki, buna da 17 milyon 400 min manat investisiya yönəldilibdir. İstehsal təyinatlı obyektlərin inşasında 3 milyon 242 min manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində isə 14 milyon 156 min 300 manat investisiya qoyuluşu həyata keçirilib. Ən yaddaqalan hadisə isə Masallı şəhərinin mərkəzində "Dövlət bayrağı meydanı"nın təntənəli açılışı olub. Eyni zamanda, rayonda ümumi sahəsi 118 min 535 kvadratmetr olan yaşayış evləri istifadəyə verilib, Masallı şəhərinin daxili yollarına 2,3 km asfalt örtük döşənib.

Həmçinin, rayonun ümumtəhsil məktəblərində tədrisin yaxşılaşdırılması və yeni tədris ocaqlarının tikilməsi sahəsində xeyli işlər görülmüşdür. Belə ki, keçən il ərzində Masallı şəhərində 640 şagird yerlik Digah orta məktəbi 480 şagird yerlik Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı orta məktəb binası tikilib istifadəyə verilib. Eyni zamanda, Mollaoba kənd orta məktəbində yeni idman zalı tikilmiş, Ərkivan və Qızılağac orta məktəblərində isə xeyriyyəçilərin köməyi ilə təmir işləri aparılıb. Hal-hazırda Yelağac Hüseynhacılı kəndlərində hər biri 180 şagird yerlik olmaqla iki məktəb binasının tikintisi davam etdirilir. Yaxın günlərdə qəzalı vəziyyətdə olan Qodman Xıl kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılması nəzərdə tutulmuşdur.

 

Rayonda 14 min 406 nəfər fermer fiziki şəxsə 820 min 488 manat dəyərində yardım verilib

 

"Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncama uyğun olaraq istehsalçılara məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağları mineral gübrələrin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsi nəticəsində rayonda 14 min 406 nəfər fermer fiziki şəxsə 820 min 488 manat dəyərində yardımın verilməsi həyata keçirilibdir. Rayonda 16600 ha sahəyəyə şum vurularaq 11800 ha payızlıq əkin aparılıb ki, onun da 11000 ha-nı taxıl əkini təşkil edir. Ötən illə müqayisədə 2000 ha-dan artıq şum vurulub, 750 ha-dan artıq taxıl, 200 ha-dan artıq kartof əkini aparılıb. Ötən il  mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı da uğurlu olub. Belə ki, iri buynuzlu mal-qaranın sayı 69 min 199 başa, xırda buynuzlu mal-qaranın sayı 74 min 637 başa çatıbdır. Bu dövrdə diri çəkidə 5 min 485 ton ət, 42 min 223 ton süd, 51 milyon 578 min ədəd yumurta, 98,2 ton yun istehsal edilib.

Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Masallı rayonunda böyük uğurla reallaşır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 14 aprel.- S. 8.