Azərbaycan artıq təşəkkül tapmış çox mədəni cəmiyyətdir

 

Bu günlərdə Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu başa çatmışdır. Bu nüfuzlu forumun əsas ideyası mədəniyyətlər arasında dialoqun zəruri olmasıdır.

Forumun işində görkəmli siyasi, ictimaidin xadimləri, alimlər, ekspertlər, jurnalistlər, bütün dünyanı təmsil edən ziyalıların nümayəndələri iştirak etmişdir. Bakı forumunun rəsmi media tərəfdaşı olmuş Euronews telekanalının efirində bu nüfuzlu beynəlxalq tədbir haqqında verilişonun iştirakçıları - İSESKO-nun (təhsil, elm və mədəniyyət məsələləri üzrə islam təşkilatı) baş direktoru Əbdüləziz Osman əl- Tüveycri, Avropa mədəniyyət parlamentinin baş katibi Karl Erik Norman, Avropa Şurasının mədəniyyət və mədəni irs üzrə direktoru Robert Palmer, Fransa Senatının üzvü Natali Meryem Qule, Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin ilə müsahibələr göstərilmişdir. Yaşadığımız dünyada bizə nə lazımdır - sivilizasiyaların münaqişəsi, yoxsa dialoq və qarşılıqlı anlaşma? Bu, forumda səslənən əsas suallardan biri idi. Forum iştirakçılarının ümumi fikrinə görə, Azərbaycan artıq təşəkkül tapmış çoxmədəniyyətli cəmiyyətdir, burada bütün əsas dinlər dinc, yanaşı fəaliyyət göstərir. Özü də elə bir vaxtda ki, Avropa müqəddəratın təyini böhranında, mədəni müxtəliflik düyünündə çarpışır. Təəssüf ki, dünyada harmoniya bərqərar olacağı günü hələ çox gözləmək lazım gələcəkdir: son illərdə planetdə zorakılıq getdikcə artmaqdadır. Forum iştirakçılarının fikrincə, buna səbəb odur ki, siyasətçilər və din xadimləri dialoqun imkanlarından istifadə etmirlər. Dialoq isə yalnız iki tərəf olduqda mümkündür.

Forumda müzakirə edilmiş daha bir mühüm mövzu qadınların mədəni dialoqda və cəmiyyətdə rolu məsələsi idi. Məlum olduğu kimi, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququ verilmişdir. Bu baxımdan, forum iştirakçılarının fikrincə, Azərbaycan bu məsələnin müzakirə edilməsi üçün ən münasib yerlərdən biridir.

Fransa Senatının üzvü Natali Meryem Qule demişdir: "Bu gün Azərbaycanda qadınlar bütün sahələrdə təmsil olunmuşdur - həm elmdə, həm siyasətdə, həm səhiyyədə, həm də təhsildə. Mən belə hesab edirəm ki, bir sıra başqa sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan başqa ölkələr üçün yaxşı nümunə ola bilər". Gender bərabərliyi mədəniyyətlərarası dialoqda konsensus nöqtələrindən biri ola bilərmi? Bu, mürəkkəb məsələdir, lakin forum iştirakçıları bu ideyanı dəstəkləmişlər. Əbdüləziz Osman əl-Tüveycri vurğulamışdır: "Bütün kişilər və qadınlar cəmiyyətin inkişafında iştirak etmək hüququna və imkanına malik olmalıdırlar. Hər halda, bu, insanın ləyaqəti məsələsidir - biz hamımız vahid bəşəriyyətə mənsub olan insanlarıq". Verilişin sonunda qeyd edilir ki, dünyanı yaxşılığa doğru dəyişmək üçün təkcə bu barədə danışmaq azdır, lakin bəzən dialoq aparmağamüsahibini dinləməyə hazır olmağın özü müsbət rol oynaya bilər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 14 aprel.- S. 12.