Türkiyənin Əmək
və Sosial Müdafiə
Nazirliyinin nümayəndə heyəti
Heydər Əliyev Fondunda olub
Azərbaycanda səfərdə
olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin
nümayəndə heyəti aprelin 14-də
Heydər Əliyev Fondunda
olmuşdur. Qonaqlara Azərbaycan
xalqının ümummilli liderinin
xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin
irsini öyrənmək
və təbliğ etməklə
yanaşı, həm də müxtəlif sosial-iqtisadi,
mədəni layihələr
həyata keçirməklə Azərbaycanın tərəqqisinə,
mədəniyyəti və tarixinin təbliğinə kömək
edir. Qonaqlar fenomen şəxsiyyət Heydər
Əliyevin şəxsi arxivindən götürülmüş
və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının müxtəlif məqamlarını
əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan
eksponatlarla tanış olmuş, görkəmli siyasi
xadimin uşaqlıq və gənclik illərinə, keçmiş SSRİ-nin rəhbərlərindən biri
kimi genişmiqyaslı
fəaliyyətinə dair materiallara,
Azərbaycan-Türkiyə əlaqələrini əks etdirən
fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
keçdiyi ərazilərin
maketinə xüsusi maraq göstərmişlər. Türkiyənin
əmək və sosial müdafiə
nazirinin müavini Əhməd Zahteroğulları
Fondun xatirə kitabına ürək sözlərini
yazmışdır. Qonaqlar Fondla tanışlıqdan
zəngin təəssüratla ayrılmışlar.
Səs.- 2011.- 15 aprel.- S. 4.