"İnsan Biosfer" jurnalının 6-cı sayı təqdim edilib

 

AMEA Rəyasət Heyətində YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan Biosfer) Komitəsinin illik nəşri olan "İnsan Biosfer" jurnalının 6-cı sayı təqdim edilib.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov Azərbaycanda insan biosfer probleminin öyrənilməsinin tarixini xatırladaraq bildirib ki, bu, akademik Həsən Əliyevin adı ilə bağlıdır. "Azərbaycan təbiətinin, torpağının suyunun mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir".

Azərbaycan dövlətinin qeyd edilən problemin həllinə yönələn siyasətindən danışan M.Kərimov son illərdə həmin siyasətin nəticəsi olaraq ekoloji problemlərin həllinə ayrılan investisiyanın həcmində əsaslı dəyişikliyin baş verdiyini, 2000-ci illə müqayisədə bu vəsaitin həcminin 50 dəfə artdığını qeyd edib. "Son illər meşə zolaqları, yaşıllıqlar salınıb ölkə ərazisinin on faizi mühafizə zonası kimi qorunur. Nəhayət, dövlətin ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi siyasətin davamı olaraq 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edildi".

Akademik M.Kərimov dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların da ölkənin ekoloji problemlərinə geniş diqqət yetirdiklərini, xüsusilə, Heydər Əliyev Fondu fondun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunun danılmaz olduğunu qeyd etdi. Nəşrin sonuncu sayının ekoloji sivilizasiya, davamlı inkişaf ətraf mühitə həsr olunduğunu qeyd edən AMEA prezidenti ölkəmizin ekoloji sivilizasiya anlayışının yaranmasında iştirak edən ölkələrdən biri olduğunu bildirib.

YUNESKO-nun Azərbaycan Milli MaB Komitəsinin birinci katibi Günay Əfəndiyeva qurumun ekoloji problemlərin həllinə böyük önəm verdiyini bildirib.

Ekoloji sivilizasiya anlayışının əsas aspektlərinin demoqrafik vəziyyət istehlak mədəniyyəti ilə bağlı olduğunu bildirən jurnalın baş redaktoru, akademik Urxan Ələkbərovun fikrincə, bu anlayışın formalaşması, ilk növbədə, təhsillə bağlıdır.

YUNESKO-nun MaB proqramının sədr müavini Valeri Neronovun sözlərinə görə, Azərbaycan bu proqramın həyata keçirilməsində aparıcı dövlətlərdən biridir.

Təhsil nazirinin müavini, professor İradə Hüseynova nazirliyin qeyd olunan problemlə bağlı orta məktəblər üçün "Davamlı inkişaf" dərsliyini hazırladığını, problemlə bağlı bütün müsbət təklifləri dəstəklədiyini YUNESKO ilə əməkdaşlığa hazır olduğunu bildirib.

 

 

Zümrüd

 

Səs.- 2011.- 15 aprel.- S. 12.