"Molla Nəsrəddin" mollanəsrəddinçilər" mövzusunda ədəbi məclis keçirilib

 

Cəlil Məmmədquluzadənin ev-muzeyində "Molla Nəsrəddin" mollanəsrəddinçilər" mövzusunda ədəbi məclis keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin tədqiqatçıları, yazıçı-publisistlər, jurnalistlər, karikaturaçı rəssamlar, İctimai-Siyasi Universitetin MİU-nin tələbələri, Bakı şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları da iştirak ediblər. Tədbirdə Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti, "Molla Nəsrəddin" jurnalının nəşri tarixi, mollanəsrəddinçi ədib, şair rəssamlar haqqında çıxışlar dinlənilib. Azərbaycan Milli Dövlət Arxivinin direktoru Ataxan Paşayev "Milli Dövlət Arxivinin fondlarında Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərə aid materiallar haqqında", "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov "Molla Nəsrəddin müasirlərimiz", Karikaturaçı rəssam, "Kirpi" jurnalının rəssamı Hafis Nəsiroğlu "Mollanəsrəddinçi karikatura məktəbinin davamçıları", Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən "Dərnək" üzvləri (dərnəyin rəhbəri Xanım İsmayılova) Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərin əsərlərindən hazırladıqları kompozisiya ilə çıxış ediblər. Tədbir iştirakçıları muzeyin əsas fondlarının materiallarından hazırladıqları "Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin" səyyar sərgisi ilə tanış olublar.

 

 

Zümrüd

 

Səs.- 2011.- 15 aprel.- S. 12.