Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi divanı

 

Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Azadə Musabəylinin "Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi divanı" kitabı iki cilddə "Elm və təhsil" nəşriyyatında nəşr edilmişdir. Ümumi həcmi 962 səhifə olan əsərdə XVI əsrdə Bağdadda yaranan Azərbaycan ədəbiyyatı şərh edilmiş, M.Füzulidən sonra Bağdadın yetişdirdiyi ən böyük Azərbaycan şairi Ruhinin poetik irsi əlyazma qaynaqları əsasında əhatəli şəkildə araşdırılmışdır. Kitaba divanın dünyanın müxtəlif əlyazma mərkəzlərində mühafizə edilən 7 nüsxəsi əsasında hazırlanmış elmi-tənqidi mətninin transfoneliterasiyası daxil edilmişdir. Qeyd edək ki, bu kitab Ruhi Bağdadinin divanının Azərbaycanda təkmilləşdirilmiş ikinci nəşridir.

 

 

Zümrüd

 

Səs.-2011.- 15 aprel.- S. 12.