Davamlı sosial-iqtisadi inkişaf

 

2011-ci ilin birinci üç ayının yekunları Səbail rayonunda müzakirə olunmuşdur

 

Ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə  Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr dünən Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.

İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci il birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  həsr olunan iclası barədə ətraflı məlumat verdi. A.Əsgərov qeyd edərək bildirdi ki, son 7 il ərzində ölkədə ümumi daxili məhsul  təxminən 3 dəfə, cari ilin birinci rübündə  iqtisadi artım 1,6 faiz artıb, qeyri-neft sektorunda artım 5,6 faiz olubdur: "İlin əvvəlindən inflyasiya 9,1 faiz təşkil edib, əhalinin pul gəlirləri 16 faizdən çox artıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları 34,2 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasətin nəticəsidir".

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov onu da vurğuladı ki, 2011-ci ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 5.068,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edilibdir.  Nəqliyyat müəssisələri tərəfindən   151,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 41,1 faiz çox nəqliyyat, rabitə müəssisələri tərəfindən 190,7 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 9,5 faiz çox rabitə xidmətləri göstərilibdir: "Bütün maliyyə mənbələri hesabına 468,3 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən   12,7 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 129,8 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilibdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz artaraq 62,2 milyon manata, pulu xidmətlərin həcmi isə 6,8 faiz artaraq 67,6 milyon manata çatıbdır".

Səbail rayon icra başçısı rayonda çalışan işçilərin sayının 88.668 nəfər, orta aylıq əmək haqqı məğləğinin isə 851,4 manat olduğunu söylədi. A.Əsgərov cari ilin birinci rübü ərzində Səbail rayonu ərazisində 255 yeni yerinin açıldığını bildirdi: "Açılan yerlərinin hamısı daimi yerləridir. Ümumilikdə, 2003-cü ilin noyabrından 2011-ci ilin aprel ayının 1-dək rayonda 33439 yeri açılmışdır ki, bunlardan 32571 yeri daimidir". 

Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işlərinin müvəffəqiyyətlə davam etdirildiyini söyləyən Səbail rayon icra başçısı ilin birinci rübündə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Bakıelektrikşəbəkə" ASC-nin mərkəzi dispetçer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın açılışının olduğunu söylədi: "Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının,  "Üç qüllə", "Four Seasons", "Mariott" və "Hilton" kimi 5 ulduzlu mehmanxanalarının, 6 saylı məktəbin yeni binasının, Oksford məktəbi üçün yeni tədris korpusunun, "Azneft" meydanında, Bülbül prospektində, Neftçilər prospektində 4 yeni yeraltı keçidin  tikintisi, Dövlət Musiqili Komediya Teatrının və  Mahnı Teatrının binasının, Səadət Sarayının  binasının, Azərbaycan Dövlət İqtisad Universitetinin İstiqlaliyyət küçəsi 6 ünvandakı binasının əsaslı təmiri aparılır. Bakı Dənizkənarı Parkının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işləri  davam etdirilir".

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 16 aprel.- S. 13.