“Hakimiyyəti ələ keçirmək naminə, gəlin, bütün şəxsiyyətimizi ayaqlar altına atmayaq"

 

Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidovun SİA-ya müsahibəsi

 

- Ölkədə son günlərdə müxalifətin keçirdiyi aksiyaları, bu aksiyalara daha çox gənclərin cəlb olunmasını və xaricdən dəstək almalarını necə qiymətləndirirsiniz?

- Bunlar çox ciddi məsələlərdir. Ümumiyyətlə, təxribatlar, iğtişaşlar törətmək, stabilliyi pozmaq kimi mexanizmlərdən istifadə etmək halları tək bizim dövlətə yox, o cümlədən, digər dövlətlərə qarşı da istifadə edilib. Bu faktın özü pis bir amildir. Bütün insanlar və xüsusən də, gənclər başa düşməlidir ki, bu gün Azərbaycanda bu mexanizmin tətbiq olunması, hansı yolla olur-olsun, hakimiyyətə gəlmək məqsədi daşıyır. Belə ki, onlar ölkədə xaos yaratmaq, stabilliyi pozmaqla hakimiyyəti ələ keçirmək məqsədi güdürlər. Bu, çox çirkin texnologiyadır. Demokratiyanı daha da inkişaf etdirmək üçün müxtəlif mexanizmlər, yeni modellərdən istifadə etmək olar. Xaos yaratmaq, xüsusən, gəncləri buraya cəlb etmək, onların beynini zəhərləmək öz xalqına, öz millətinə qarşı xəyanət kimi qiymətləndirilməlidir. Bunlar Azərbaycan xalqının, ictimaiyyətinin qınağına haqlı olaraq səbəb olur.

Bu gün bütün xalqın müxtəlif sahələrində olan insanlara başa salmaq lazımdır ki, bu gün əgər Qərbin və ya başqa, Azərbaycanı sevməyən dövlətlərin, təşkilatların köməyi ilə pul alıb stabilliyi pozmaq istəyən qüvvələr, ilk növbədə, Azərbaycan xalqının, dövlətinin əleyhinə yönədilən maraqlardır. Hər hansı pul elə-belə verilmir və bunların qarşısında hesabatlar, tələblər qoyulurbu gün müxalifət xaricdən aldığı bu pullara hər hansı öhdəliklə cavab verməlidir. Yəni, bu öhdəliklər də, təbii ki, Azərbaycanda iğtişaşların, xaos şəraitinin yaradılmasına, stabilliyin pozulmasına yönəldilməlidir ki, bununla da onlar aldıqları pulların hesabatını vermiş olurlar. Bütün bunlar təhlükəli amillərdirbu, xalqa izah edilməlidir.

Bu gün Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətləri, dünya dövlətləri qarşısında imicimizi bir gündə müxalifətin iğtişaşı, gəncləri zəhərlərməsi ilə poza bilmərik. Ən əsası isə qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizi təhlükə altına qoya bilmərik. Ona görə də bütün müxalifət nümayəndələri, onlara qoşulan gənclərə üzümü tutub demək istəyirəm ki, milli birliyimiz, milli şüurumuzun formalaşması naminə, müstəqilliyimizin qorunub saxlanması inkişafı naminə öz siyasi mübarizəsində başqa yol, demokratik sivil yol seçin. Bu gün Əli Kərimovlar, İsa Qəmbərovlar bilməlidirlər ki, bu, mübarizə yolu deyil. Bu vətəndaş müharibəsinə çağırış yoludur. Biz öz ağır problemimizi, torpaqlarımızın geri qaytarılmasını  əsaslı şəkildə təmin edə bilməmişik, dünya dövlətlərinin ikili standartlı oyunları hələ bizə imkan verməyib ki, biz öz problemlərimizi həll edək. Gəlin indi milli birliyimiz uğrunda çağırışlar edək, dünya azərbaycanlılarının birləşməsinə, formalaşmasına çağıraq, amma vətəndaş müharibəsi, qardaş qırğınına yox. Hakimiyyəti ələ keçirmək naminə gəlin bütün şəxsiyyətimizi ayaqlar altına atmayaq. Müxalifət birmənalı olaraq bilməlidir ki, onların apardıqları fəaliyyətin arxasında vətənə, xalqa xəyanət durur. Nəyinsə xatirinə bu xəyanətə getmək lazım deyil. Gəlin bu çirkin pulları qoyaq qırağa. Mübarizə üçün başqa yol seçək, açıq dialoqa çıxaq. Bu gün sivil qaydada İsa Qəmbərov, Əli Kərimov, müxalifətin digər bloku dövlət rəhbərinə müraciət etsinlər. Bir stol arxasında Prezident onlarla görüşməyə hazırdır. Azərbaycançılıq, dövlətçilik, Heydər Əliyevçilik naminə onların bütün təkliflərinə baxmağa hazırdır. Prezident yalnız iqtidarın deyil, 9 milyonluq Azərbaycanın, 50 milyonluq azərbaycanlıların Prezidentidir. Mən ona görə əminəm ki, Heydər Əliyev irsinin davamçısı olan İlham Əliyev müxalifətlə dialoqa getməyə hazırdır.

- Liviyada baş verən hadisələrdən sonra BMT qətnamə çıxardı və bu qətnamənin dərhal icrasına başladı. Bəs 20 ildir, Azərbaycanın işğal olunmuş torpaqlarından ermənilərin qeyd-şərtsiz çıxarılmasını özündə əks etdirən BMT-nin 4 qətnaməsi niyə hələ də icra olunmur?

- Mən bunu tarix boyu Azərbaycana qarşı aparılan qeyri-normal siyasətin təzahürü kimi görürəm. Hələ 1918-ci ilə qədər Azərbaycana qarşı onun ərazisinin bölünməsi siyasəti aparılıb. Azərbaycan və türk dövlətinə qarşı birmənalı şəkildə maraqlı dövlətlərin maraqları çərçivəsində soyqırımı siyasəti aparılıb, Azərbaycan və türk xalqları genosidə məruz qalıblar. Azərbaycan torpaqları daim parçalanıb. 1813-ci il "Gülüstan" 1828-cü il "Türkmənçay" sülh müqaviləri zəminində Azərbaycan torpaqları bölünüb, məqsədli şəkildə bütün Azərbaycan ərazilərinə ermənilər yerləşdirilib, çar Rusiyasında oktyabr inqilabına qədər bu siyasət həyata keçirilib. Bu gün Ermənistan adlanan bütün dövlətin ərazisi heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi torpaqlarıdır. Bunu artıq təkcə Azərbaycan deyil, bütün dünya ölkələri də bilir. Ermənistan dövlətini yaradaraq çar Rusiyası öz məqsədlərinə nail olmağa çalışıb. Hazırda da Rusiyanın bu siyasəti davam etdirir. 1988-1993-cü ilə qədər Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsinin törədilməsi bu siyasətin davamı olaraq qəbul edilir. 1993-cu ildə bu siyasət sona çatıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Ermənilərin bu siyasətinin qarşısı alındı. Onun beynəlxalq imici, xarici dövlətlərə təsir edə bilməsi və ideologiyası əsas verdi ki, vətəndaş müharibəsi saxlanılsın və eyni zamanda, Azərbaycanı birmənalı şəkildə parçalamaqdan xilas etdi. Azərbaycanın güclü inkişaf strategiyasını işləyib hazırladı ki, bu Azərbaycanın daha qüdrətlənməsinə, çiçəklənməsinə gətirib çıxarıb.

Azərbaycnın başına açılan bütün bu oyunlar dünya dövlətləri tərəfindən iki standartlı oyunlar tərəfindən həyata keçirilib. ATƏT deyilən bir qurum yaradılıb ki, o da problemlərin həllində ədalətli mövqe tutsun. Bu ədalətli mövqe Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxarsın. Amma biz bunların əksini gördük. Bu günə kimi ATƏT, ABŞ iki standartlı oyun oynayaraq, buna düzgün yanaşmayıb və ya yanaşmaq istəməyib. Buna görə münaqişə öz həllini tapmayıb. Haqlı olaraq BMT adlı quruma Azərbaycan xalqı adından belə bir sual vermək olar. Əgər bugün Liviya ya başqa ərəb ölkələrində BMT tərəfindən qəbul edilən qətnamələr bir gün ərzində öz həllinin  tapırsa, bu 20 il ərzində nə üçün BMT-nin qəbul etdiyi 4 qətnamə öz icrasını tapmayıb? Mən heç təsəvvür edə bilmirəm ki, BMT bu suala necə cavab verə bilər? Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar hüquqi qiymət alıb. Ancaq heç bir qəbul olunan qərarlar, heç bir ATƏT-in apardığı mövqelər nəinki öz həllini tapmır, hətta bu istiqamətdə ciddi bir addımın şahidi olmamışıq. Bunları da deməyə əsas verir ki, artıq beynəlxalq təşkilatlar ya bu məsələni həll etməyə maraqlı və ya gücündə deyillər.

Artıq Qarabağ probleminin həlli yollarının öz xalqımızın gücündə, Prezidentimizin iradəsində, bütün dünya azərbaycanlılarının maraqları çərçivəsində görürük bu yolda cənab Prezidenti dəstəyirik.

- Ermənilərin Azərbaycan ərazisi olan Xankəndidə aeroport tikməsinə və bu yaxınlarda Yerevandan Xankəndiyə reys təşkil edəcəyi və Sarkisyanın bu reysdə ilk sərnişin olacağı haqda bəyənatlara münasibətiniz necədir?

- Xankəndidə aeroport tikilməsində ilk məqsəd Azərbaycana axır vaxtlar münaqişənin həlli ilə bağlı cənab Prezidentin çıxışları, eləcə də, Azərbayacan xalqının belə bir addım atılarsa, buna qarşı hansı mövqe tutmalarını müəyyənləşdirməkdir. İkincisi Ermənistan artıq dərəcədə özünə arxayın bir şəkildə Dağlıq Qarabağ, Azərbaycanla bağlı xarici siyasət aparır. Bu siyasətin arxasında, təbii ki, böyük güclü dövlətlər durur. Onların əli Ermənistanın üstündədir. Onları bu yola təhrik etməyə, dəstək verməyə, arxalarında durmağa sövq edən amillərdir ki, Ermənistan sərbəst hərəkət edir. Ancaq Ermənistan prezidentinin Xankəndiyə uçacaq təyyarənin ilk sərnişinin özü olacağı ilə bağlı çıxışı mənim üçün gülünc göründü. Çünki doğrudan da bu bu barədə Azərbaycanda dövlətinin öz mövqeyi varheç bir hava qanunlarına uyğun olmayan formada həyata keçirilərsə, Azərbaycan dövləti öz hava məkanını qorumağı beynəlxalq standartlara uyğun formada edəcək. Eləcə də Azərbaycanın tərkib hissəsi olan Qarabağ hava məkanımızın pozulmasına imkan verməyəcəyik.

- Rəcəb Tayyib Ərdoğanın dünən AŞPA-nın Fransada keçirilən iclasında Azərbaycanı müdafiə xarakterli çıxışını necə qiymətləndirirsiniz?

- Bütün dövrlərdə Türkiyə-Azərbaycanın qardaşlıq dostluq münasibətləri yüksək olub. Hər zaman iki qardaş tük milləti olaraq qonşuluq zəminində yaşamışıq. Əsrlər boyu da bizim dostluğumuz pozulmayacaq. Çünki bizim dostluğumuzun,qardaşlığımızı tarixi kökləri var. Elə 1918-ci ildən də türklər erməni qırğınlarında, basqınlarında bizlərə öz qoşunları ilə kömək olublar. Bu gün də beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan ədalətsiz mövqeyin, məsələlərin həll olunmamasında Türkiyə dövlətinin də çox böyük narahatlığı var. Türkiyə dəfələrlə çıxışı edərək özünün xarici siyasətində də Azərbaycana qarşı dünya dövlətlərini diqqətli olmağa çağırıb, münaqişənin sülh yolu ilə həll olunmasını istəyib. Əks təqdirdə, Türkiyənin Azərbaycana müxtəlif sahələrdə yardımlar edəcəyi, onu bir millət iki dövlət kimi qoruyacağına təminat verib. Bu güno siyasəti davam edirlər. Ərdoğanın çıxışı da dünya ictimaiyyətinə bir daha sübutdur ki, doğrudan da, Dağlıq Qarabağ Azərbaycana qaytarılmayınca heç bir Ermənistan Türkiyə əlaqələri mövcud ola bilməyəcək. Beynəlxalq təşkilatların ikili standartları hamını bezdirib. O cümlədən, Azərbaycanın doğma müttəfiqi olan Türkiyəni də bezdirməyə bilməz. Bizə qarşı aparılan ədalətsiz mövqe bu günöz həllini tapmayıb. Bu, bir növ Ərdoğanın dünya ölkələrinin düzgün siyasət aparmağa borclu olmalarına bir mesajı idi. Artıq bu problemin həlli yolunda ciddi addımlar atmağın vaxtı çatıb. Birmənalı şəkildə Azərbaycana hətta hərbi yardımlar belə lazım gəlsə, Türkiyənin onun arxasında dayandığını bəyan edən Ərdoğan bugün Dağlıq Qarabağ probleminin başqa formatda həyata keçirilməsinə hazır olduğunu da bəyan etdi. Bu da Azərbaycanın bu istiqamətdə gələcəkdə hansı addımlar atacağından çox şeyin asılı olduğunu bizə bir daha bəyan etdi.

Ərdoğanın çıxışı bütün dünya azərbaycanlılarının, dünya türklərinin ürəyindən olan bir çıxış idi. Bu çıxışla Ərdoğan türk xalqlarının gözündə bir daha ucaldı. Onun vətəndaş mövqeyinibiz alqışlayırıq.

 

 

Səs.- 2011.- 19 aprel.- S. 10.