Azərbaycan
Dövlət Neft Akademiyası
YAP ilk partiya təşkilatının
yığıncağı keçirildi
Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü
ərəfəsində YAP-ın sıralarına daxil olan şəxslərə
vəsiqələr təqdim
edildi
Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycanın müstəqilliyinin
bərpasının 20 illiyi
ilə bağlı akademiyanın ilk partiya təşkilatının yığıncağı
keçirildi.
Tədbiri giriş sözü
ilə ADNA-da YAP ilk təşkilatının sədri,
dosent Tamilla Naibova açaraq Ulu Öndərin milli dövlət quruculuğu siyasətindən
danışdı. O bildirdi
ki, dahi öndər Heydər Əliyev məqsədyönlü
müdrik, uzaqgörən
siyasəti ilə Azərbaycanın müstəqilliyini
əbədiləşdirdi: "Müstəqilliyi əldə
etmək asandır, lakin onu qorumaq,
əbədiləşdirmək qat-qat çətindir. Bu çətinliyə Ulu Öndər sinə gəldi. Ona görə ki, o, Azərbaycanımızın dünənini,
bu gününü və sabahını hamıdan yaxşı görürdü. Dünyanın ən mötəbər siyasi institutları və elmi qurumları,
görkəmli şəxsiyyətlər
və dövlət başçıları Ulu
Öndər Heydər
Əliyev cənablarını
siyasət elminin ustadı kimi qəbul edirdi. Onun nəhəng siyasi, diplomatik fəaliyyəti sayəsində Azərbaycan
Respublikası dünya
dövlətləri tərəfindən
tanındı, bütün
dünyaya suverenliyini bəyan etdi. Yeni əsrin və minilliyin başlanğıcında
Azərbaycan dünyanın
sivil ölkələri
cərgəsində öz
yerini tapdı".
Tamilla xanım Ulu Öndərin siyasətini
həm ölkənin daxilində, həm də ölkədən kənarda Prezidentimiz İlham Əliyev cənablarının uğurla
davam etdirdiyini bildirdi: "Bunu radikal müxalifətin üzvləri
də başa düşür, anlayır.
Lakin onların başçılarının
amalı qurmaq, yaratmaq yox, dağıtmaqdır.
Son günlər radikal müxalifət partiyalarının 20-dən çox rayon təşkilatı
fəaliyyətlərinə xitam verdi. 1000-dən çox insan müxalifət partiyalarından
istefa verdi
Bu tendensiya təbii ki bundan sonra
da davam edəcək".
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət Həsənova
ilk olaraq bu ali təhsil
ocağında 2009-cu ildə
baş vermiş terror
aktı zamanı baş verən faciə qurbanlarını
xatırladı və
faciənin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. İştirakçılar ayağa durub
faciə qurbanlarının
xatirəsini yad etdilər. M.Həsənova
təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan gənclər siyasətinin, Onun layiqli davamçısı,
möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini bildirdi. Məhz ona görə
də bu gün gənclərimiz Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir. Prezidentimiz
gənclərə böyük
önəm verir, onlar ölkənin ictimai-siyasi həyatında
fəal iştirak edir və
Millət vəkili onu da qeyd etdi
ki, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı
YAP Nəsimi rayon təşkilatına
üzv olan gənclər fəallıq
göstərdilər. Müasir Azərbaycan
gəncləri qətiyyətli
addımlar atır, dünyada baş verən proseslərə məntiqlə münasibət
bildirirlər. "Bizim partiya sıralarımızda
gənclərdən ibarət
ordu var" - deyən Məlahət Həsənova gənclərin
məqsədyönlü addımını
təqdirəlayiq hesab
etdi.
Tədbirdə YAP-ın sıralarına daxil olan 20 nəfərə
partiyanın vəsiqələri
təqdim edildi və yeni təqdim
edilən ərizələr
qəbul olundu.
Tədbirdə çıxış edən
akademiyanın təlim-tərbiyə
işləri üzrə
prorektoru Qasım Məmmədov və başqaları gənclərə
uğurlar diləyib, onları təbrik etdilər. Dövlət müstəqilliyinin qorunmasında, Ümummilli
Lider Heydər Əliyev ideologiyasının
davamçısı kimi
həyatda cəsarətli,
iradəli, mətin olmalarını arzuladılar.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 20 aprel.- S. 6.