Qax rayonu sürətli inkişaf yolunda

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir

 

Sürətli sosial-iqtisadi inkişaf tempini qoruyub saxlayan Azərbaycan bu sferada bütün əsas istiqamətlər üzrə qəbul edilən konkret dövlət proqramları və onlardan irəli gələn vəzifələrin icrasını təmin etmək üçün lazımi maliyyə mənbələrinin, o cümlədən, texniki imkanların vaxtında səfərbər olunmasına da xüsusi diqqət yetirir.

2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının icrası da uğurla davam etdirilir. Ölkənin regionlarında müasir infrastruktur yaradılması məsələlərinə toxunan Prezident İlham Əliyev demişdir: "Regionlarda müasir infrastrukturun yaradılması məsələsi öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır".

 

Rayonda son iki ildə 572-si daimi olmaqla 688 yeri açılıb

 

Respublikamızın bölgələrinin sürətlə inkişafına dair Dövlət Proqramı Qaxda da uğurla həyata keçirilir. Məhz bu proqramın reallaşdırılması nəticəsində rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün genişmiqyaslı işlər görülübdür. Ötən il rayonda ümumi daxili məhsul istehsalı 73 milyon manatdan çox olubdur ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Əsas kapitaldan investisiyaya yönəldilmiş tikinti-quraşdırma işləri sahəsində 18832 min manatlıq işlər görülübdür. Bu isə əvvəlki ildəkindən 130,1 faiz çox deməkdir. Əhaliyə göstərilən nəqliyyat rabitə xidmətləri 115,1 faiz, topdan pərakəndə satış xidməti 109,8 faiz artıbdır. Bütün regionlarda olduğu kimi, əhalinin işlə təminatı prioritet olaraq Qax rayonunda da əsasdır. Bu baxımdan son iki ildə rayonda açılan 688 yeni yerindən 572-si daimidir.

 

İnfrastruktur abadlıq işlərinin müvəffəqiyyətli nəticələri

 

Respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonrakı mərhələlər, keçid dövrü Qax rayonunun sosial-iqtisadi həyatına da özünəməxsus təsir göstərmişdir. Ötən il rayonda daxili imkanlar hesabına 41350 manat dəyərində abadlıq tikinti işi aparılıbdır. İçəri- bazar küçəsində  tətbiqi xalq sənətləri  ustaları üçün 12 ədəd otaqdan ibarət olan emalatxana binasında işıq qaz xətləri çəkilib, milli memarlıq üslubunda bulaq tikilib.  Küçənin işıqlanması üçün 6 ədəd müasir tipli 2 plafonlu işıq dirəyi, açıq səma altında olan teatr səhnəsinə 8 ədəd projektor, 17 ədəd spot işıqlar, teatr divarlarının işıqlanması üçün 28 ədəd limuniset işıqları,  12 ədəd yerüstü neon işıqlar quraşdırılmışdır. Nəsimi parkında Nəsimi heykəlinin memarlıq elementlərinin işıqlandırılması üçün 5 ədəd projektor 10 ədəd müasir tipli park işıqları quraşdırılaraq işıqlandırma sistemi yenidən bərpa olunubdur. Ümumilikdə, ötən il 33070 manat həcmində abadlıq tikinti işləri aparılıbdır.

Həmçinin, Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun Qax-Güllük hissəsində 30 min manatlıq əsaslı təmir işi aparılıb, yolların cari təmiri saxlanması üçün 127 min manat vəsait xərclənibdir. Eyni zamanda, Kürmük çayının məcrasında 78 kubmetr qabyon bənd qurulub, 1335 min kubmetr daşqın selə qarşı çay məcralarının təmizlənməsi işi aparılıb. Mövcud bəndlərin təmirinə  36 min manat vəsait xərclənmişdir. Dövlət vəsaiti hesabına rayonun Heydər Əliyev prospektində İdman Kompleksində DSMF Qax rayon şöbəsinin inzibati binasında tikinti işləri davam etdirilibdir. Rayon Paylayıcı Elektrik Şəbəkəsinin binası əsaslı təmir edilmişdir. Respublika Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına Əmbərçay kəndində Qarabağ müharibəsi əlili üçün 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi tikilərək istifadəyə verilibdir. Qaxbaş kəndi ərazisində  9 mərtəbəli 40 mənzilli  yaşayış binasının, "İş mərkəzin" konfrans zalının, "Səngər Qala" İstirahət Mərkəzində 4 mərtəbəli mehmanxana binasının   Qarabaldır kəndi ərazisində Süd məhsulları emalı müəssisəsinin, Qaxingiloy kəndi ərzisində ticarət mehmanxana binasının şəhərin "Gənclik" massivində 1 ədəd 4 mərtəbəli yaşayış evinin tikinti işləri davam etdirilib.

 

Təhsildə modern standartlar

 

Dövlət Proqramına əsasən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində, bütün bölgələrdə olduğu kimi, Qax rayonunda da uğurlu işlər aparılıb. Rayonda ötən ildə Təhsil Nazirliyinin vəsaiti hesabına 180 şagird yerlik Qıpçaq  kənd tam orta məktəbinin, 360  şagird yerlik Zəyəm kənd tam orta məktəbinin Əlibəyli kənd tam orta  məktəbinin binalarının tikintisi, Səhiyyə Nazirliyin vəsaiti hesabına Əlibəyli kəndində 15 çarpayılıq kənd xəstəxanasının Güllük, Qıpçaq kənd həkim məntəqələrinin tikintisi  nəzərdə tutulubdur.

 

Kənd təsərrüfatı məhsullarında artım müşahidə edilir

 

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı sahəsində ötən ilin keçən dövrü ərzində taxılçılığın, tütünçülüyün, heyvandarlıq məhsullarının emalının inkişaf etdirilməsi, toxumçuluq, tingçilik sahələrində, barama istehsalının artırılması, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilibdir. Həmçinin, ötən ildə 400 hektar sahədə yonca, 250 hektar sahədə tərəvəz, 150 hektar sahədə vələmir, 60 hektar sahədə bostan, 300 hektar sahədə tütün əkini üçün hazırlıq işləri başa çatdırılıb, 355 hektar sahəni təmin edəcək həcmdə şitilliklər salınıbdır. Ölkə Prezidenti İlham Əliyev cənablarının "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağları mineral gübrələrin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi fiziki şəxslərdə  böyük ruh yüksəkliyi yaradıb. Bu baxımdan da rayonda məhsul istehsalçılarına güzəştli qiymətlərlə satılmaq üçün 225 tona qədər azot, 40 ton fosfor gübrəsi alınıb, suvarma kanalları hidrotexniki qurğular işlək vəziyyətə gətirilibdir. 300 hektar sahədə kartof, 650 hektar sahədə tərəvəz, 150 hektar sahədə bostan, 2000 hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılmış bu sahələrdə hazırlıq işləri başa çatmaq üzrədir.

Ümumiyyətlə, bütün bu işlər, onu deməyə əsas verir ki, Qax rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili xarici siyasət xəttini birmənalı olaraq, dəstəkləyir müdafiə edirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 20 aprel.- S. 8.