Şair Mirhaşım
Talışlının 85 illiyi
qeyd edildi
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, filologiya elmləri namizədi, Lənkəran
Dövlət Universitetinin dosenti,
əməkdar müəllim Hacı Mirhaşım
Talışlının adı təkcə Lənkəranda deyil, respublikamızın hər yerində yaxşı tanınır. Əruz
vəzninin gözəl bilicisi, XIX əsr Lənkəran ədəbi mühitinin tədqiqatçısı, şair Hacı Mirhaşım
Talışlının anadan olmasının 85,
yaradıcılığının isə 65 ili
tamam olur. Azərbaycan
ədəbiyyatının inkişafında xidmətlərinə
görə 2006-cı ildə Prezident təqaüdünə layiq
görülmüşdür. Universitetin mətbuat və informasiya xidmətindən "Səs"ə verilən məlumata görə, şair Hacı Mirhaşım Talışlının anadan olmasının 85 və
yaradıcılığının 65 illiyi
münasibətilə Lənkəran
Dövlət Universitetində geniş tədbir keçirilmişdir. Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru,
əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq,
yubilyarı təbrik etmişdir.
Tədbirdə
universitetin mətbuat və informasiya xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı
Etibar Əhədov Hacı Mirhaşım
Talışlının həyat və
yaradıcılığı haqqında məruzə
etmişdir. Sonra universitetin dosenti, filologiya elmləri namizədi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mirhüseyn Abbas, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Şahan Zeynalov və başqaları
çıxış edərək, yubiley münasibətilə
Hacı Mirhaşım Talışlını təbrik
etmiş, ona möhkəm cansağlığı və
yaradıcılığında uğurlar arzulamışlar. Şair
Hacı Mirhaşım Talışlı xoş sözlərə
görə minnətdarlığını bildirmiş,
keçdiyi həyat yolundan danışmış, bundan sonra
da qələmi ilə xalqa xidmət edəcəyini,
Ümummilli Lider Heydər Əliyev ideyalarına daim sadiq
qalacağını bildirmiş, yaradıcılıq
planlarından danışmışdır. Tədbirdə Lənkəran
ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Zümrüd
Səs.-2011.- 20 aprel.- S. 12.