"Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu"

 

Sona Vəliyeva: "Böyük şəxsiyyətlər məhz ailədən aldığı tərbiyə əsasında formalaşıb"

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin icrasına başladığı ilk layihə "Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu" mövzusu ildə bağlı mətbuat konfransı keçirildi.

"Kaspi" qəzetinin rəhbəri, Milli TeleviziyaRadio Şurasının üzvü, publisist, şairə Sona Vəliyeva layihə barədə ətraflı məlumat verərək, bildirdi ki, bu layihələr silsilə xarakter daşıyacaq: "Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 ili, "Kaspi" qəzetinin 130 ili  tamam olur. Layihə çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın ötən dövr ərzində müxtəlif istiqamətlər üzrə qazandığı uğurlara nəzər salınacaq, fikir mübadiləsi aparılacaq".

S.Vəliyeva, həmçinin, Azərbaycan ailəsinin dövlətin, cəmiyyətin həyatında mühüm rolunun olduğunu bildirdi: "Dövlətimizin bu sahəyə diqqət və  qayğısının bariz nümunəsi kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Ailə kiçik bir dövlətdir. Böyük şəxsiyyətlər məhz ailədən aldığı tərbiyə əsasında formalaşıb. Bu mənada, onun bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, Vətəninə, torpağına, elinə bağlılığı məhz ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında dayanır. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, milli-mənəvi dəyərlər qorunmalıdır. Milli-mənəvi dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. İnsanın kamilləşməsi ailədən başlayır".

S.Vəliyeva vurğuladı ki, klassiklərimizin əsərlərində anaya verilən dəyər, övlad münasibətləri, milli-mənəvi dəyərlərimiz yüksək səviyyədə qorunur: "Bu kimi misalları xeyli sadalamaq olar. Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, qadın böyük varlıqdır.  Qadınların cəmiyyətdə rolu yüksək səviyyədədir. Qadın anadır. O cəmiyətimiz, dövlətimiz üçün layiqli övlad böyüdüb, tərbiyə edir.      Dünyaya inteqrasiya prosesinin uğurla həyata keçirildiyi bir vaxtda Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı istiqamətində mühüm addımlar atır. Ulu Öndər Heydər Əliyev bildirirdi ki,  biz demokratik, dünyəvi, svilizasiyalı  dövlət quraraq,  bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin  xalqımız üçünmilli  mentalitetimiz üçün, mənəviyyatımız üçün  uyğun cəhətlərini götürüb, tətbiq edərək heç vaxt dinimizdən,  adən-ənənələrimizdən ayrıla və imtina edə bilmərik".

S.Vəliyeva Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra keçdiyi inkişaf yoluna ətraflı nəzər salaraq, icrasına başlanan layihə çərçivəsində ilk olaraq bu mövzunun seçilməsinin xüsusi məna kəsb etdiyini diqqətə çatdırdı: "Bizi düşündürən ilk məsələ budur- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasına ehtiyac nədən yarandı, ailə dövlətin siyasətində niyə əsas yer tutur, bu gün komitə hansı işləri görür. Bu suallar barədə düşünərkən müəyyən ardıcılığı həyata keçirməyi vacib bildim. Birincisi, Azərbaycan ailəsi müstəqillik illərində çox mühüm uğurlara nail olub. 80-ci illərin sonundan başlayaraq milli azadlıq hərəkatının başlanması, ilk müstəqillik illərimiz, keçid dövrümüasir dövrə qədər Azərbaycan ailəsi mühüm yol keçib. Bunun ən başlıcası onun müstəqilliyi idi. Müstəqilliyin hər zaman arzusunda olan Azərbaycan gənci, vətəndaşı minlərlə şəhid verərək, bu istəyinə qovuşdu. Vətən və torpaq uğrunda canlarından keçənlər şəhidlik zirvəsinə ucaldılar. İkinci istiqamət budur ki, sovetlər birliyi dövründə bir beynəlmiləlçilik prinsipi mövcud idi. Sonda bu beynəlmiləlçiliyin  acı nəticəsini gördük. Mənfur qonşularımızın  əsassız torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarandı, 20 faiz torpağımız işğal edildi, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşdü. Azərbaycan ailəsi bu dövr ərzində çox böyük nailiyyətlər əldə edib. İntellektual səviyyəsi yüksəldi. Təhsilimiz, elmimiz bu dövrdə böyük tərəqqi dövrünü yaşadı. Bu tərəqqi Avropanın 100 illərlə əldə etdiyi elmi tərəqqiyə bərabərdir. Yeni təfəkkürlü, yeni dünyagörüşlü  gənclərin dövlət quruculuğu prosesinə qoşulması müsbət haldır".

S.Vəliyeva onu da vurğuladı ki, müxtəlif mövzularda keçirilən tədbirlərdə bu ardıcıllıqlara xüsusi diqqət yönəldilərək, geniş fikir mübadiləsi aparılacaq: "Cəmiyyətin özəyi olan ailəyə dövlətin diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. Şərəfli, güclü ailənin formalaşması, güclü dövlətin formalaşması deməkdir".

Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öncə "Kaspi" qəzetini 130 illik yubleyi münasibətilə təbrik etdi, həyata keçirdiyi layihənin əhəmiyyətini vurğuladı. İlk olaraq bu mövzuya müraciət etməsini yüksək dəyərləndirdibildirdi ki, ailə cəmiyyətin əsas özəyidir, daim dövlətin  xüsusi himayəsindədir. 

H.Hüseynova bugünkü uğurların əldə olunmasında birgə fəaliyyətin rolunu xüsusi qeyd etdi. Bildirdi ki, dövlətin uğurlu siyasəti nəticəsində qarşıya qoyulan bütün vəzifələr yüksək səviyyədə həyata keçirilir. Komitənin son  beş ildə gördüyü işlərdən danışan H.Hüseynova qeyd etdi ki, uğurlarla yanaşı, problemlər də var. Onların həlli istiqamətində zəruri addımlar atılır. Əsas diqqət son beş ildə qəbul olunan iki qanuna - "Gender bərabərliyi" və "Məişət zorakılığı haqqında" qanuna yönəldildi.

H.Hüseynova çıxışında bu fikrixüsusi qeyd etdi ki, bu gün problemlərin həllində maarifləndirmə işinin yüksək səviyyədə təşkili mühüm rol oynayır. Bu işdə mətbuat fəallıq nümayiş etdirməlidir.

Tədbirin sonunda "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova media nümayəndələrini maraqlandıran sualları cavablandırdılar.

 

 

R.KAMALQIZI

 

Səs.- 2011.- 22 aprel.- S. 9.