Ucarın uğur və inkişaf strategiyası
Regionların sosial iqtisadi
inkişafına dair Dövlət Proqramı Ucar rayonunda
uğurla həyata keçirilir
İlk
onilliyini yaşadığımız XXI əsr Azərbaycanın
əksər bölgələri kimi Ucar rayonunun da tarixinə
sürətli inkişaf və intibah dövrü kimi daxil olub.
Xüsusilə, regional inkişaf üzrə Dövlət
Proqramlarının uğurlu icrası sayəsində bu rayonda
da sürətli abadlıq-quruculuq işləri həyata
keçirilib, müasir infrastruktur yaradılıb. RİH-dən
verilən məlumata görə, rayonda qazanılan uğurların
məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin
üzərində pərvəriş tapması xüsusi qeyd
edilməlidir.
Bunun
nəticəsidir ki, rayonda ümumi daxili məhsul istehsalı
4,0, kənd təsərrüfatı məhsulları
istehsalının həcmi 5,1, pərakəndə əmtəə
dövriyyəsi 5,2, büdcə gəlirləri 4,8, əhalinin
pul gəlirləri 8,1, orta aylıq əmək haqqı 11,4
faiz artmış, yoxsulluq səviyyəsi 12 faizdən 9,1 faizə
enib. Həmçinin, əvvəlki illərdə olduğu
kimi, ötən il rayonda sahibkarlığın inkişaf
etdirilməsi diqqət mərkəzində
saxlanılmış, sahibkarlara dövlət
qayğısı davam etdirilib, bu məqsədlə il ərzində
2034 nəfər sahibkara cəmi 2752,6 min manat kredit verilibdir ki,
bundan 2257,6 min manatı özəl banklar tərəfindən
ödənilibdir. Eyni zamanda, görülmüş tədbirlər
nəticəsində ötən il ərzində 629 iş yeri
açılıb, bundan 302-si daimi, 327-si müvəqqəti və
mövsümi işlər olubdur.
Ümumiyyətlə,
ikinci Dövlət Proqramının icrasının
başlanıldığı 2009-2010-cu illər ərzində
yeni açılmış 1466 iş yerlərinin 585-i daimi
işlər olub.
Ucar müasir tərəqqi yollarında
Bu
gün tarixi keçmişini və təbii gözəlliyini
qoruyub saxlayan Ucar rayonu Prezident İlham Əliyevin rəhbərliyilə
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
reallaşdırılması nəticəsində keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə
Prezidenti cənab İlham Əliyevin 2004-cü il 11 fevral
tarixli 24 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
reallaşdırılması nəticəsində ölkə
üzrə müxtəlif istiqamətlərdə xeyli işlər
görülüb. Belə ki, rayonda abadlıq və quruculuq
işləri diqqət mərkəzində saxlanılıb,
Heydər Əliyev Mərkəzinin, rayon mərkəzi xəstəxanasının,
Şahmat məktəbinin, 3 orta məktəbin tikintiləri və
Rayon Uşaq Xəstəxanasının əsaslı təmiri
davam etdirilib, Müsüslü-Qazyan avtomobil yolunun 15 kilometrlik
hissəsində, Yuxarı Şilyan, Boyat, Qazıqumlaq,
Qarabörk kəndlərində, şəhərin
ayrı-ayrı küçələrində 276900 kvadratmetr
asfalt vurulmuş, ərazilərdə və magistral avtomobil
yollarının kənarlarında 15000 ədəd müxtəlif
ağac və gül kolları əkilmiş, təmizlik
işləri həyata keçirilmişdir.
Rayonun iqtisadi imkanları artır
Görülmüş
işlər nəticəsində rayonda kənd təsərrüfatı
bitkilərinin əkin və istehsal həcmi xeyli artmış,
cari ildə 11837 hektar sahədə taxıl, 204 hektar sahədə
qarğıdalı, 337 hektar sahədə çəltik, 405
hektar sahədə kartof, 1845 hektar sahədə tərəvəz,
235 hektar sahədə bostan, 340 hektar sahədə pambıq
bitkisi əkilmiş, 24152 ton taxıl, 382 ton
qarğıdalı, 512 ton çəltik, 3726 ton kartof, 14246
ton tərəvəz, 2080 ton bostan, 503 ton pambıq məhsulu əldə
edilmişdir ki, bu da 2009-cu ildəkindən 6,5 ton çox
qarğıdalı, 16,1 ton çox çəltik, 162 ton
çox kartof, 127 ton çox tərəvəz, 35 ton çox
bostan, 26 ton çox pambıq məhsulu deməkdir.
Qeyd
olunan dövrdə rayonda iribuynuzlu mal-qaranın sayı 1648
baş artaraq 57214 başa, xırdabuynuzlu heyvanların sayı
2885 baş artaraq 49525 başa çatdırılmış, ət
istehsalı 1035 ton, süd istehsalı 4413 ton, yumurta
istehsalı 3 milyon 350 min ədəd artmış, 599 baş
inək və düyələrdə süni mayalanma
aparılmış, süni yolla mayalanmış inək və
düyələrdən 422 baş mələz bala
alınmışdır.
Yeni məktəblər və xəstəxanalar
tikilir
Rayonun
təhsil, səhiyyə, eləcə də, digər sosial və
mədəni strukturları öz fəaliyyətlərini tələblər
səviyyəsində qurmağa çalışırlar. Ötən
il ərzində rayonun pedaqoji kollektivləri və şagirdlər
möhtərəm Prezidentimizin qayğısını daim
öz üzərlərində hiss etmiş, regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
"Yeniləşən Azərbaycana-yeni məktəb"
devizi altında rayonda 3 orta məktəbin, o cümlədən,
360 şagird yerlik Qazqumlaq kənd, 240 şagird yerlik Alpı kənd
və 360 şagird yerlik şəhər 4 saylı orta məktəbi
binalarının, həmçinin, rayon Şahmat Məktəbi
binasının tikintiləri aparılmış və qeyd
olunan bütün binaların cari ildə təhvil veriləcəyi
planlaşdırılıbdır.
Ötən
il rayon tibb işçiləri də zamanın tələblərinə
uyğun şəkildə işləməyə
çalışmış, əhalinin
sağlamlığının qorunmasına öz töhfələrini
verməyə səy göstərmişlər. Ötən ildə
rayonun tibb müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi işləri
davam etdirilibdir. Həmçinin, Heydər Əliyev Fondunun dəstəyi
və vəsaiti ilə rayon uşaq xəstəxanasının
dünya standartları səviyyəsində əsaslı təmir
olunması, rayon mərkəzi xəstəxanası
üçün 118 çarpayılıq yeni xəstəxana
binasının tikintisinə başlanılmasıdır.
Ümumiyyətlə,
bütün bu işlər, onu deməyə əsas verir ki,
Ucar rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin
ideyalarını uğurla həyata keçirən ölkə
Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini,
birmənalı olaraq, dəstəkləyir və müdafiə
edirlər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 22 aprel.- S. 10.