"Bakı-Brüssel
(Azərbaycan-Avropa İttifaqı münasibətləri)"
kitabı çapdan çıxıb
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin
2011-ci ildə üçüncü nəşri -
"Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı
münasibətləri)" kitabı çapdan
çıxıb. Mərkəzdən SİA-ya verilən məlumata
görə, kitab Azərbaycan Respublikası ilə Avropa
İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq
haqqında sazişin imzalanmasının 15 illiyinə həsr
olunub. 1996-cı il aprel ayının 22-də imzalanan bu sənəd
Azərbaycanla Avropa İttifaqı arasında
qarşılıqlı münasibətlərin
hüquqi-normativ əsasını təşkil edib. Faktın
özü isə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev tərəfindən "Azərbaycan
dövləti üçün çox böyük əhəmiyyəti
olan tarixi hadisə" kimi səciyyələndirilib. Bu sənəd
əməkdaşlığı möhkəmləndirmək
üçün müvafiq mexanizmlər təmin etməklə,
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə
yeni təkan verib. Saziş siyasi dialoq, insan hüquqları,
ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər
əməkdaşlıq sahələrində
genişmiqyaslı əməkdaşlığı nəzərdə
tutur.
Avropa
İttifaqı ilə çoxşaxəli əməkdaşlıq
Azərbaycanın xarici siyasət doktrinasında mühüm
istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin
təbii sərvətləri və geniş nəqliyyat
infrastrukturunun mövcudluğu Azərbaycanın Avropa
üçün əhəmiyyətin daha da artırır.
"Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı
münasibətləri)" həm də Mərkəz tərəfindən
"Azərbaycan-beynəlxalq təşkilatlar" seriyası
ilə nəşr edilən növbəti kitabdar. Daha öncə,
Mərkəz tərəfindən ölkəmizin ATƏT,
İKT, NATO, BMT və Avropa Şurası ilə münasibətləri
haqqında kitablar nəşr etdirilib. Azərbaycan və
ingilis dillərində nəşr olunan kitabın ön
sözünün müəllifi Azərbaycan Respublikası
Milli Məclisinin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynlidir.
"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin
nəşrləri" seriyasının məsləhətçisi
akademik Asəf Nadirov, kitabın elmi məsləhətçiləri
Belçika Parlamentinin üzvü, Azərbaycan-Belçika
parlamentlərarası dostluq qrupunun rəhbəri Filip
Blanşar, Milli Məclisin üzvü, Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin üzvü
Elxan Süleymanovdur. Kitab Heydər Əliyev İrsini
Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin rəhbərlik
etdiyi yaradıcı heyət tərəfindən ərsəyə
gətirilib.
Səs.- 2011.- 23 aprel.- S. 9.