"Müəlliflik hüququ, mədəni hüquqlarinsan haqları: erməni riyakarlığı" adlı konfrans keçirildi

 

Dünən Hökumət Evinin iclas zalında Müəllif Hüquqları Agentliyi İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Apparatı birgə YUNESKO tərəfindən elan olunan 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ, 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş tədbir keçirdi.

Ənənəvi olaraq ölkəmizdə geniş şəkildə qeyd olunan günlər münasibəti ilə keçirilən tədbir "Müəlliflik hüququ, mədəni hüquqlarinsan haqları: erməni riyakarlığı" mövzusunda təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirdi ki, Müəllif Hüquqları Agentliyi bu əlamətdar günlər münasibətilə hər il silsilə tədbirlər keçirir, əqli mülkiyyətin yaradıcılarının elmə, mədəniyyətə və iqtisadiyyata verdikləri töhfələri təntənəli şəkildə qeyd edir: "Konfransın "Müəlliflik hüququ, mədəni hüquqlarinsan haqları: erməni riyakarlığı" mövzusuna həsr edilməsi təsadüfi deyil. Erməni ədəbi oğurluqlarının ifşa edilməsi, bu sahədə  işlərin  sistemli,  ardıcıl    peşəkar  səviyyədə  aparılması agentliyin  fəaliyyətinin  ən  vacib istiqamətlərindən biridir. Bununla əlaqədar erməni plagiatçılığını ifşa edən "Gəldim, gördüm... mənimsədim" kitabı ingilis fransız dillərində yenidən nəşr edilmişdir. Agentliyin məsləhəti və dəstəyi ilə "Azərbaycan musiqi alətləri" "Uydurulmuş tarix (erməni soyqırımı)" kitabları isə Azərbaycan, ingilis, rus türk dillərində çapdan çıxmışdır. "Armyanskiye inarodnıe skazki" (Erməni yadelli nağılları) kitabı rus ingilis dillərində yenidən çap edilmişdir. Yaxın vaxtlarda bu kitab Azərbaycan və türk dillərində nəşr olunacaqdır."

Azərbaycan folkloru nümunələrinin azı iki yüz ildən bəri ermənilər tərəfindən oğurlanması faktları ilə əlaqədar agentlik tərəfindən dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, YUNESKO-ya digər beynəlxalq təşkilatlara etiraz məktubları göndərildiyini bildirən sədr bu sahədə tədbirlərin davam etdiyini bildirdi:"Azərbaycan dünyanın ilk dövlətləri sırasında əqli mülkiyyət sahəsində Uzunmüddətli Milli Strategiya əsasında müəlliflik hüququ digər oxşar əqli mülkiyyət hüquqları sahəsində 2011-2014-cü illər üzrə Dövlət Proqramının qəbul edilməsinə hazırlaşır. Milli Strategiya Dövlət Proqramı ÜƏMT və Avropa Komissiyasının əqli mülkiyyət üzrə mütəxəssislərinin iştirakı ilə müzakirə edilmiş bəyənilmişdir".

Agentliyin sədri müəlliflərə, hüquq sahiblərinə, ictimai birliklərə və müəllif-hüquq məsələləri ilə maraqlanan vəkillərə kömək məqsədilə agentlikdə ictimai əsaslarla "Hüquq məsləhətxanası" yaradıldığını bildirdi. Agentliyin "Qaynar xəttinə ötən il 700-dən çox müraciət daxil olmuşdur. Bu müraciətlərin hər biri üzrə müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyatını həyata keçirən ilk ölkələrdən biridir. Agentlikdə kompyuter proqramları da daxil olmaqla 8 min ədəbi, bədii, elmi s. növ əsər qeydiyyatdan keçirilmişdir. Yalnız 2010-cu ildə qeydiyyatdan keçirilmiş əsərlərin və əlaqəli hüquqların obyektlərinin sayı 600-dən çox olmuşdur.

Tədbir çıxış edən İnsan Hüquqları üzrə Dövlət Müvəkkili Elmira Süleymanova kitaba olan diqqət məhəbbətinin uşaqlara aşılanmasının əhəmiyyətinə toxundu. O bildirdi ki, Azərbaycanda sürətlə gedən inkişafın nəticəsi olaraq hər bir sahədə islahatlar aparılmışdır. O cümlədən, insan hüquqlarının müdafiəsi istiqamətində də böyük işlər görülüb. Ombudsman mədəni hüququn tərkib hissəsi olan əqli mülkiyyətə diqqəti yönəldərək, Azərbaycanda bu istiqamətdə görülən işləri nəzərə çatdırdı. O, belə bir tədbirin Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümü ərəfəsində keçirildiyinin əhəmiyyətinə də toxundu. Heydər Əliyevin fəaliyyət istiqamətinin  bir qolunun mülkiyyətə, mədəniyyət siyasətinə  həsr olduğunu bildirdi. Elmira xanım ermənilər tərəfindən törədilən cinayət tərkibli məsələlərə də nəzər saldı. Belə bir beynəlxalq əhəmiyyətli tədbirdə dünya əhəmiyyətli abidələrin ermənilər tərəfindən dağıdıldığını və işğal altında olduğunu bildirdi. O, işğal altında olan abidələrin bugünkü vəziyyətini və dağıdıldığını söylədi. Statistikaya müraciət edən E.Süleymanova işğal olunmuş ərazilərdə daşınmaz tarix mədəniyyət abidələrinin erməni işğalçılarının əlində olduğunu bildirdi. Erməni təcavüzkarları Azərbaycan ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş, milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar. O, təkcə Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirildiyini bu şəhərdə 8 muzeyin, 31 kitabxananın və digər mədəniyyət ocaqlarının dağıdılıb, viran edildiyini xatırlatdı.

O, müasir dövrümüzdə mədəniyyətimizə olan diqqətə nəzər yetirdi. Heydər Əliyev Fondunun sədri, YUNESKO və İSESKO-nun xoşməramlı sədri Mehriban Əliyevanın Azərbaycan milli mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərə nəzər salaraq, ölkəmizdə Onun təşəbbüsü ilə reallaşan beynəlxalq tədbirlərin böyük mahiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə "Müəllif hüququ digər əqli mülkiyyət hüquqları müasir mərhələdə" adlı video-çarxın təqdimatı keçirildi. Millət vəkillərinin, QNT nümayəndələrinin, elm mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müəlliflik hüququ, mədəni hüquqlar, insan haqları erməni riyakarlıqları ilə bağlı məruzələr dinlənildi, müzakirələr aparıldı.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 23 aprel.- S. 7.