Türkiyənin problemlərinin həllində Azərbaycan ictimaiyyəti öz dəstəyini əsirgəmir

 

YAP 24 aprel - qondarma "erməni soyqırımı" ilə bağlı tədbir keçirib

 

Məlum olduğu kimi, bu il yenidən ermənilər qondarma erməni soyqırımının növbəti ildönümünü qeyd etməyə hazırlaşırlar. Onların iddia etdiklərinə görə, aprelin 24-də baş vermiş soyqırımı hadisəsini ermənilər bu dəfə də beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarmaqla  bununla bağlı aparılan siyasətə haqq qazandırmaq məqsədi güdürlər. Bundan irəli gələrək, onlar məsələdə Türkiyə tərəfini ittiham edir və soyqırımının törədilməsi ilə bağlı onun cəzalandırılmasına çalışır. Əslində, olmayan bu saxtauydurma "soyqırımı"na qarşı isə təkcə Türkiyə tərəfi deyil, eyni zamanda, dostqardaş ölkə olan Azərbaycan tərəfindən də mübarizə aparılır.

Dünən Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən tədbir də məhz 24 aprel - qondarma "erməni soyqırımı" ilə bağlı keçirilmişdir. Azərbaycan parlamentinin üzvlərinin, ayrı-ayrı partiyaların təmsilçilərinin, Yeni Azərbaycan  Pariyasının fəallarının və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirin məqsədi bu yalana qarşı mübarizə aparan, mücadilə göstərən dost, qardaş ölkə olan Türkiyə ilə həmrəy olduğumuzu bir daha nümayiş etdirmək idi. Tədbiri giriş sözü ilə açan YAP İcra katibi, millət vəkili Əli Əhmədov, həmçinin, tədbirdə digər bir məqsəd isə bütün bəşəriyyəti erməni saxtakarlığına qarşı çıxmağa səsləmək olduğunu nəzərə çatdırdı. Ə.Əhmədov, həmçinin, bildirdi ki, bu tədbir Azərbaycan cəmiyyətinin erməni saxtakarlığının ifşa edilməsi ilə əlaqədar kifayət qədər açıq, eyni zamanda, sərt mövqeyini ortaya qoymaq niyyətini isbat edir. "Tarixdə çox yalanlar və saxtakarlıqlar olub. Lakin bunlar həmin saxtakarlığın üstü açılana qədər yaşayıb. Elə yalan və saxtakarlıqlar da olub ki, bəlkə də onun üstünü açmağa ehtiyac yoxdur, çünki elə başlanandan onun üstü açıqdır. Ancaq onu müxtəlif üsul və vasitələrlə nəfəs verərək, yaşatmağa çalışanlar tapılır, yaşatmaq üçün addımlar atılır. Erməni soyqırımı adını almış yalan və saxtakarlıq, düşünürəm ki, bu kateqoriyaya aid ediləcək ən klassik yalan və saxtakarlıq nümunəsidir. Başlanğıcı da yalan üzərində qurulub, saxtakarlığa istinad edibdirbu günə qədər də saxtayalan üsullarla yaşadılması uçün çox böyük səylər göstərilir. Mən məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gün erməni saxtakarlığı, yalanı və uydurmasının üstünün açılması üçün çox ciddi səylər göstərilir. Bəzi hallarda ola bilsin ki, bu səylər bizim istədiyimiz qədər öz təsirli effektini verə bilmir. Amma açıq şəkildə bizi məmnun edən bir tendensiya görünməkdədir. Türkiyənin mövqelərinin güclənməsi, dünyada rolunun artması erməni yalanının və saxtakarlığının təkcə üstünün açılması yox, yaşamasının çətinləşməsi üçün açıq şəkildə və təsirli fəaliyyət göstərən amilə çevrilməkdədir. Mən bunun bir nümunəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə gün bundan əvvəl, Fransanın Konstitusiya Məhkəməsi bir neçə il əvvəlcədən Fransa Senatının uydurma erməni soyrıqırımını tanımayanlara qarşı cəza tətbiq edilməsi haqda qəbul etdikləri qərarı qüvvədən salmaqla hesab edirəm ki, sadəcə, bu qərarın absurdluğunu etiraf etmək zorunda qalmayıb, həm də erməni soyqırımının saxta olduğu etiraf etmək zorunda qalıb. Düşünürəm və inanıram ki, bu etiraf yeganə etiraf olmayacaqdır, bunun arxasınca digər etiraflar da gələcək. Ən azından Türkiyənin və Türkiyənin qardaşı Azərbaycanın, bütün sahələrdə olduğu kimi, bu sahədə də birliyinin, qardaşlığının və birgə fəaliyyətinin möhkəmlənməsi, hesab edirəm ki, bu saxtakarlığın yaşamasını çətinləşdirən və mümkünsüz edən amil kimi öz əhəmiyyətini, rolunu artıracaqdır. Mən belə hesab edirəm ki, biz məsələyə təkcə Azərbaycan və Türkiyə mövqeyindən yox, bütövlükdə, dünya mövqeyindən baxmağı və təqdim etməyi bacarmalıyıq və bunu geniş şəkildə tətbiq etməliyik. Bu yalan, sadəcə olaraq, Azərbaycana və Türkiyəyə qarşı çevrilmiş yalan deyil. Bu yalanlar üzərində təcavüzlər qurulur. Bu yalanlar dövlətlərarası münasibətə saxtalıq, gərginlik, ağırlıq gətirir və bütövlükdə, beynəlxalq həyatın normal prinsiplər əsasında fəaliyyət göstərməsini çətinləşdirir. Belə olan halda, bəşəriyyəti də bu bəlaya, bu yalanabu saxtakarlığa qarşı qaldırmaq yox, sözün həqiqi mənasında, bəşəriyyətin ədalət səsini ucaltmaq istiqamətində addımlar atmaq bizim vəzifəmiz və borcumuzdur".

Daha sonra tədbirdə digər millət vəkilləri də çıxış edərək, məsələ ilə bağlı öz fikirlərini bildirdilər. Millət vəkili Fazil Mustafa Ermənistanın uzun müddətdir öz təbliğatını apardığı məkanın Azərbaycan və Türkiyə tərəfindən daraldığını qeyd etdi. "Son dövrlər bizim və Türkiyənin soyqırımı iddilarına qarşı hücum siyasəti həyata keçirməyimiz öz səmərəli nəticəsini verməyə başlayır. Fransa Konstitusiya Məhkəməsinin qərarı çox ciddi bir geriləmədir. Həmin qərarda göstərilir ki, başqa ölkələrin Fransaya qarşı bu cür iddilarla çıxış edə biləcəyi ehtimalı daha böyükdürbu, Fransanın özünün təhlükəsizliyi üçün ciddi bir xəbərdarlıq kimi səsləndirildi. Bununla da təbliğat məkanını ermənilər üçün Azərbaycan və Türkiyə daralda bildi. On ildir ki, Ermənistan rahat bir məkanda istədiyi şəkildə bu iddianı həyata keçirə bildi. İndi isə bu məkan daralıbdı. Mənə elə gəlir ki, bu, uğurlu siyasətdir".

Millət vəkili Qənirə Paşayeva isə öz çıxışında bu tədbirin keçirilməsinin  ermənilər və ümumilikdə, dünya birliyinə qarşı bir mesaj olduğunu bildirdi. "Bu, çox önəmli məsələdir ki, Azərbaycan bu mövzunu yalnız 24 aprel öncəsi qaldırmır. Yəni Azərbaycan özünün diaspor ilə bağlı siyasətində həmişə bu mövzunu gündəlikdə saxlayır. Təbii ki, burada bizim Türkiyə ilə ortaq mövqedən çıxış eləməyimiz çox önəmlidir. Əgər 10-15 il öncə dünyada kütləvi şəkildə qondarma soyqırımını tanıma prosesi gedirdisə, son illərdə bu tendensiyanın əksi müşahidə olunur. Bu, həm Türkiyənin bu məsələdə səylərini daha da gücləndirməsi ilə yanaşı, Azərbaycanın xaricdə yaşayan insanlarının, diasporasının fəallığının artmasının nəticəsidir".

Digər bir millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bu sahədə əldə olunan uğurlara baxmayaraq, görüləcək işlərin hələ də çox olduğunu bildirdi. "Ayrı-ayrı beynəlxalq təşkilatların məsələyə münasibətində konkretliyi bu güngörmürük. Necə etmək lazımdır ki, dünyanın aparıcı dövlətləri sözdə bir, əməldə başqa mövqe tutmasınlar? Yəqin ki, bu təkcə siyasətçilərin işi deyil. Bu gün Azərbaycanın hər bir ziyalısının, xüsusilə, alimlərin mövqeyi ortaya qoyulmalıdır. Bütün türk dünyasının alimlərinin bir mövqedən çıxış etməsi lazımdır".

Milli Məclisin Sədr müavini Bahar Muradova bu gün bu erməni saxtakarlığına qarşı mübarizənin əsasında ulu türk gücünün dayanmalı olduğunu xüsusilə vurğuladı. "Bu yalan və saxtakarlıq ümumiyyətlə tarixi, mədəniyyəti, yaşayışı, mövcudiyyatı, gələcəyi, hədəfləri yalana aparan bir millətin öz xislətini göstərməsinə xidmət edir. Bu gün bu yalan qarşısında real, gerçək həqiqət dayanmalıdır. Bu həqiqət isə ulu türk gücüdür".

Tədbirin sonunda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç "bir millət - iki dövlət" ifadəsini işlədərək, qardaş ölkədə belə bir tədbirin keçirilməsindən çox şad olduğunu bildirdi. "Bu tədbir, həqiqətən də, dünyaya mesaj olmalıdır. "Erməni soyqırımı" əsrin yalanıdır, əsrin saxtakarlığıdır. Bu gün bu cür yalanlardan yox, Xocalı qətliamından danışılmalıdır. Bu hadisə dünən, yəni çox yaxın tarixdə baş verib. Lap gedib 1918-ci il martın 31-də baş verən qətliama baxın. Bunlar hər kəsin bildiyi qətliamlardır".

Tədbirdə, həmçinin, digər millət vəkilləri Sabir Rüstəmxanlı, Fəttah Heydərov, Xanhüseyn Kazımlı və Asəf Hacıyev də çıxış edərək, qondarma erməni soyqırımının təbliğatına qarşı aparılan siyasətin daha da gücləndirilməsinin tərəfdarı olduqlarını bildirdilər.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2011.- 23 aprel.- S. 4.