Hacı Tofiq Seyidzadə beynəlxalq dərəcəli alim tituluna layiq görülüb

 

Tanınmış yazıçı, publisist Hacı Tofiq Seyidzadə daim axtarışları ilə yeni məzmunda nümunələrini oxuculara təqdim edir. Uzun fərdi olaraq yaradıcılıq yolu keçən yazıçı müxtəlif mükafat adlara layiq görülmüşdür. Onun 26 kitabı, həmçinin 40-a qədər qəzet və jurnal məqalələri Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq Araşdırmalar Akademiyasına göndərilib və o  bu günlərdə o, beynəlxalq dərəcəli alim tituluna layiq görülüb.

Məlumat üçün deyim ki, Hacı Tofiq Seyidzadə Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hacı Tofiq Seyidzadə müəllimlik edə-edə dövri mətbuatda da fəaliyyətini davam etdirib, bu gün publisist məqaləri dərc olunur.  Publisist məqalələri, mütəmadi olaraq, "Bakinski raboçi", "Azərbaycan müəllimi", "Şərqin səsi", "Şərurun səsi", qəzetlərinin redaksiyalarında dərc edilir. Bu siyahıda başqa mətbu orqanların da adı var. Yaradıcı şəxs kimi bəzən o, yorulmaq bilmədən fasiləsiz işləyir. Elmi, ədəbi-publisistik yazılarını dövri mətbuatımızın müxtəlif qəzet və jurnalları dərc etmişdir.

"Sədərək dünya coğrafiyaşünaslarının, diplomatlarının və alimlərinin gözü ilə" kitabında müəllifin dünya alimləri, böyük mütəfəkkirləri tərəfindən Naxçıvanın flora-faunasına, yeraltı-yerüstü təbii sərvətləri, mədəniyyəti,   infrastrukturu  cəhətdən yüksək səviyyədə quruculuğu, memarlıq baxımından ecazkar füsunkarlığının geniş diqqətə layiq bilinməsi bir daha elm aləminə, həmçinin, ictimai baxışlara dolğun fikirlər aşılayır.

Ordu xidmətində olarkən Rusiyanın "Na rubejax Rodinı",  "Sın Rodinı",  "Krasnaya  zvezda",  "Uralskie raboçie" başqa qəzetlərində,   "Aqitator"  jurnalında   geniş   məzmunlu məqalələrlə   çıxış   edib. Bütün bu xidmətlərilə əlaqədar orduda "Əla xidmətə görə", "Xidmət əlaçısı" döş nişanları, "Qələbənin |20 illiyi" medalı  ilə təltif edilib.   1976-cı   ildə "Azərbaycan SSR Maarif Nazirinin Fəxri Fərmanı",  1983-cü ildə  isə Naxçıvan  MSSR-in  Ali Sovet Rəyasət Heyətinin "Fəxri Fərman"ı  ilə təltif olunub. "Sosializm yarışının qalibi" döş nişanları ilə mükafatlandırılıb. 70 illik yubileyi AYB-nin "Natəvan" adına klubunda qeyd edilib. Yubiley münasibəti ilə ona "Əsrin ziyalısı", ailələrə dəstək təşkilatının "Humanist diplom", ziyalılar təşkilatının "Zirvə" Fəxri Fərmanı, ANTK-nin əskinaz mükafatı ilə təltiflənib.

Hacı Tofiq Seyidzadə BVM iştirakçıları haqqında tarixi əsər məqalələrə görə, 2010-cu ilin noyabr ayında RBŞ-nin "Fəxri Fərman"ı ilə təltif edilib. RVŞ-nin təqdimatı ilə 14 sentyabr 2010-cu ildə "408 sədərəkli Vətən uğrunda" adlı kitabı barədə canlı yayım olub. 2010-cu ilin 21 noyabrında isə o, "Qızıl qələm" mükafatı laureatı olaraq, fəxri ada layiq görülüb. 2011-ci ildə 42-ci - "Orta məktəb illəriunudulmaz bir tarixdir" əsəri işıq üzü görüb. Bu nəsrdə o, 1949-1950-ci illərdəki sinif yoldaşlarını, həmçinin, onlara dərs deyən müəllimləri xatırlayır.

 

 

Zümrüd

 

Səs.- 2011.- 22 aprel.- S. 12.