Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət nəticəsində Azərbaycan polad
magistralı özünün
sürətli inkişaf mərhələsindədir
"Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Əsgərovun yap.org.az-a müsahibəsini
qısaldılmış şəkildə təqdim edirik
Dəmir
yolu sahəsinin Azərbaycanda dərin kökləri və
böyük ənənələri var. Dəmiryolçular həmişə
çox intizamlı olublar. Dəmir yolunun özü çox
intizam tələb edir. Keçmişdə belə bir ənənə
var idi ki, saatları həmişə dəmir yolunun
saatları ilə düzəldirdilər. Çünki dəmir
yolunun saatı həddindən artıq dəqiq işləyən
saat idi.
(Ulu
öndər Heydər Əliyevin Keşlə stansiyasında dəmiryolçularla
görüşdəki nitqindən. 6 dekabr 1998-ci il)
-
Arif müəllim, bugünlər respublikamızın hər
bir guşəsində Ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibətilə
tədbirlər keçirilməkdədir. Məlum olduğu
kimi, ölkəmizdə bütün sahələrin
inkişafı Heydər Əliyev siyasətinin uğurları
ilə bağlıdır. Bu baxımdan, Azərbaycan polad
magistralının inkişafında Heydər Əliyev siyasətinin
uğurları haqqında fikirlərinizi bilmək istərdik...
- Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, anadan olmasının 88 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız Ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.
İyirminci əsrin 90-cı illərində Ümümmilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmir yoluna rəis təyin etdi. Bu dəmir yolunun tarixinə dönüş ili kimi daxil oldu.
Polad magistralda çalışan insanlar yaxşı bilirlər ki, istər keçmiş İttifaq illərində, istərsə də müstəqillik illərində bu dahi şəxsiyyət dəmir yoluna, onun inkişafına daim diqqət və qayğı göstərmişdir. Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirməklə həyata keçirilən möhtəşəm islahatların uğurla nəticələnməsinə imza atmışdır.
Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf temrinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən dəmiryol sisteminin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək, uğurla davam etdirilir və bu sahədə ararılan ardıcıl islahatlar ölkənin bu nəqliyyat sahəsini də ən perspektivli sahələrdən birinə çevirmişdir. Ötən il bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi dəstəyi sayəsində nail olunmuşdur. Ölkəmizdə 2010-cu ildə ümumdaxili məhsulun həcmi 41,6 milyard manata bərabər olmuş, onun tərkibində nəqliyyat xidmətlərinin həcmi 2,9 milyard manat və yaxud 6,0 faiz təşkil etmişdir. İl ərzində bütün növ nəqliyyat vasitələri ilə 196.3 milyon ton, əvvəlki ilə nisbətən 3,1 faiz çox yük daşınmışdır. Yüklərin 22.2 milyon tonu dəmir yolu nəqliyyatı ilə daşınmışdır.
- Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə dəmir yolu nəqliyyatında həyata keçirilən tədbirlərin miqyası haqqında nə demək mümkündür?
- Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Aşağıda təqdim etdiyimiz qısa xronologiya Ümummilli liderin qayğısı və nəzarəti ilə reallaşan tədbirlərin hələ tam siyahısı deyil:
1969-1999-cu illəri Azərbaycan dəmiryolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
Sovetlər ittifaqında rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir. 1970-ci ildən başlayaraq şəhərətrafı qatarları müasir tələblərə cavab verən, yeni seriyalı ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlandı.
1970-ci illərdə Sumqayıt şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Poylu stansiyalarında yeni vağzal binaları məhz o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilmişdir. Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun istismar fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.
1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 7 stansiyada 33 yoldəyişdirici mərkəzləşdirilmiş, 5 keçid avtomatlaşdırılmış, yarım avtobloklama 33 km. xəttin 8 stansiyasında quraşdırılmışdır.
Ulu Öndər Heydər Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilmişdir. Respublikanın şimal-qərb zonasının iqtisadi inkişafında böyük əhəmiyyətli işlərdən biri də onun böyük nüfuzu sayəsində 1980-ci ildən başlanan Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi olmuşdur. Bütün tikinti işləri 1985-ci ildə başa çatdırılmışdır.
1970-1985-ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmir yolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılmışdır.
1970-1987-ci illərdə Ulu Öndər Heydər Əliyevin qayğısı ilə yüzlərlə Azərbaycanlı gənc respublikadan kənara oxumağa göndərildi. Hazırda dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən mütəxəssislərdir. Onu deyim ki, həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc mütəxəssis kimi bu gün polad magistralda çalışanların sayı 180 nəfərə yaxındır.
1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi. 1996-cı ildə Şirvan, 1997-ci ildə Culfa və İmişli vaqon depoları yaradılmışdır. Dübəndi terminalı və neftdoldurma stansiyası 1998-ci il yanvarın 4-də açılmışdır.
1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə başlanılıb.
1998-ci ildə Azərbaycan Dəmir yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur.
Azərbaycan dəmir yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969-cu ildən sonra başlamışdır. Belə ki, 1969-cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda, hal-hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət göstərir. Bundan əlavə 1998-ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlamışdır.
Keçmiş SSRİ respublikalarının cəmi bir neçəsində konteynerlərin təmiri üzrə depo olduğu halda, 1975-ci ildə Bakıda konteynerlərintəmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib istifadəyə verilmişdir.
Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Böyük öndər hələ o vaxt demişdir: "Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin böyük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir".
4 dekabr 1997-ci ildə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxıldı. Yüksək standartlara cavab verən bu qatar dəmir yolunun daxili imkanları hesabına qısa müddət ərzində təmir olunaraq istismara verilmişdir. Kupe, plaskart vaqonlardan və vaqon-restorandan ibarət olan qatarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Ondan sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt-Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxıldı.
28 dekabr 1996-cı ili bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azəraycan Dövlət Dəmir Yolunun ilk firma qatarlı olan Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verildi.
4 mart 1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxıldı. 1996-cı ildən başlayan yeniləşmə prosesi sonrakı illərdə də davam etdirildi. 1999-cu ildə Bakı-Gəncə istiqamətində "Ekspres" tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.
16 may 2001-ci ildə Azərbaycan dəmir yolu Sərnişin Daşıma İstehsalat Birliyi sərnişinlərə göstərilən xidmət sahəsini genişləndirərək bu günlərdə Naxçıvan-Şərur istiqamətində yeni növ sərnişin qatarını xəttə buraxmışdır.
1999-cu ildə Bakı-Gəncə istiqamətində "Ekspres" tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.
7 mart
2002-ci ildə "Mingəçevir-Bakı"
"Ekspres" tipli
firma sərnişin qatarı istimara verildi.
7 aprel 2003-cü ildə Bakı-Dərbənd (indi
Bakı-Mahaçqala) "Ekspres"
qatarı sərnişinlərin istifadəsinə
verildi.
Müxtəlif istiqamətlərə hərəkət edən sərnişin qatarlarının
sayının artması
ilə əlaqədar,
sərnişinlərə bilet
satışının tezləşdirilməsi,
əl əməyinin yüngülləşdirilməsi, mövcud narazılıqların
aradan qaldırılması
məqsədilə 1997-ci il sentyabrın 1-dən
etibarən Bakı vağzalında bilet satışı tam kompüterləşdirilmişdir.
1999-cu ilin dekabrında
bu sistem daha da təkmilləşdirilmiş
və eyni zamanda Gəncə vağzalında da tətbiq edilmişdir.
1998-ci ildən başlayaraq
Bakı lokomotiv deposunda elektrovozlvarın və elektrik qatarlarının əsaslı
və II həcmli (qaldırma) təmiri texnologiyası təcrübəyə
tətbiq edildi.
Səs.- 2011.- 29 aprel.- S. 10.