Gənclər Azərbaycanın
müasir inkişafında
böyük rola malikdir
Əli Əhmədov:
"YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin
müasirləşməsi və modernləşməsində
Azərbaycan gəncliyi yaxından iştirak etməlidir"
Aprelin
28-də Naftalan şəhərindəki "Çinar" sanatoriyasında
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı
ilə partiyanın gənc fəalları üçün
"Azərbaycan gəncliyi və müasirlik"
mövzusunda konfrans keçirilib.
Konfransda
çıxış edən Yeni Azərbaycan
Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov
bildirib ki, Azərbaycan gəncliyi ölkənin qürurlu
inkişafının fəal iştirakçısıdır.
Azərbaycan gəncliyinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin apardığı siyasətin fəal
dəstəkçisi olduğunu deyən YAP-ın Sədr
müavini bu siyasətin müdafiəçilərinin ildən-ilə
artdığını vurğulamışdır.
Əli
Əhmədov qeyd edib ki, partiya rəhbərliyi ilə gənclərin
dünyagörüşü fərqlidir və bu
dünyagörünüş pozitiv mənada fəqrlənir. Natiq
Azərbaycanın moderləşdiyini və modern Azərbaycanın
gələcəyinin sağlam düşünən gənclərsiz
təsəvvür etmənin mümkün
olmadığını vurğulayıb.
"YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub" - deyə o vurğulayıb. Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin borcudur. Çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsl üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun.
"Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar"- deyə YAP Sədrinin müavini vurğulayıb.
Azərbaycanın daha da inkişaf edəcəyini deyən Əli Əhmədov bildirib ki, gələcək Azərbaycanın idarə olunması üçün bugünkü gənclər hazır olmalıdır. O, vurğulayıb ki, Azərbaycanı gələcəyə aparmaq üçün bugünkü sabitliyi qorumaq lazımdır: "Müəyyənləşmiş siyasətin həyata keçirilməsi yolları gənclərin fikirlərinə, dünyagörüşünə maksimum uyğunlaşdırılmalıdır".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədovun sözlərinə görə, bu proqramda gəncliyin inkişaf maraqlarını nəzərdə tutan və bu inkişafı təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP Sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Ramil Məmmədov Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün möhtəşəm tədbirlər həyata keçirdiyini bildirib. R.Məmmədov həmçinin bildirib ki, Azərbaycan gəncləri onlara göstərilən qayğının qarşılığını vermək üçün daha da fəal olmalı və Prezident İlham Əliyevin uğurlu siyasətinə daha fəal dəstək verməlidirlər.
YAP Gənclər Birliyi Şurasının üzvü Sitarə Cabbarlı da çıxışında Azərbaycan gəncliyinə hər cür dəstək verildiyini bildirib. Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün yeni bir mərhələyə qədəm qoyduğunu deyən S.Cabbarlı gənclər siyasətinin həyata keçirilməsi üçün Dövlət Proqramı ilə bağlı sərəncam verdiyinə görə təşəkkürünü bildirib. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin gənclərlə görüşünü xatırladan Gənclər Birliyinin üzvü bildirib ki, bu görüş gənclərin ən böyük hamisinin Prezident İlham Əliyev olduğunu bir daha sübuta yetirir. O, qeyd edib ki, Azərbaycan gənclərinin inkişafı üçün geniş potensialı var və gənclər müasir dünyanın mütərrəqqi təcrübəsindən yararlanmalıdırlar.
Gənclər Birliyinin fəallarından Qabil Qafarov çıxışında Azərbaycanın digər vətəndaşlarına nisbətən gənclərə daha çox dövlət qayğısının olduğunu söyləyib. Azərbaycan gəncliyinin müasirləşmə yolu tuduğunu deyən Q.Qafarov tarixi keçmişin də unudulmamalı olduğunu deyib.
Dövlətin gənclərə xüsusi qayğısının olduğunu və bunun onlarda böyük ruh yüksəkliyinə səbəb olduğunu bildirən YAP Gənclər Birliyinin üzvü Fidan Hüseynova qeyd edib ki, dövlətin gənclərə diqqət və qayğısı yetərincədir və gənclər bunun qarşılığı olaraq ölkənin inkişafında daha fəal iştirak etməlidir. Çıxışlarda radikal müxalifətin aksiya cəhdləri də xatırlanıb və bu cür hərəkətlərin yolverilməz olduğu bildirilib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz
Qurbanlı, Milli Məclisin vitse-spikeri, YAP İdarə
Heyətinin üzvü Bahar
Muradova, MM-in deputatlarından YAP Siyasi Şurasının üzvü
Məlahət İbrahimqızı, Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin
müavini Elmar
Qasımov və başqaları konfransda iştirak ediblər.
Səs.- 2011.- 29 aprel.- S. 5.