“Azərbaycan qadınının cəmiyyətdə roluyeri"

 

Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə

 

Tarix ayrı-ayrı zamanlarda, dahi şəxsiyyətlər yetişdirir. Belə şəxsiyyətlər zəkalarını və iradələrinin gücü ilə mənsub olduqları, xalqı milləti ən ağır dövrlərdə çətin sınaqlardan müvəffəqiyyətlə çıxmaqla, həmin xalqın tarixinə yeni parlaq səhifələr yazmışlar. Hər bir insan özünə məxsus rəngarəng bir ömür yaşayır. Yaşadığı illər ərzində öz ömür salnaməsinə layiqli izlər salan insanların əməlləri zaman-zaman yaddaşlarda əbədi həkk olunur, xatirələrdə yaşayır.

Azərbaycan qadınları çoxəsrlik mənəvi-əxlaqi dəyərlərimizin, milli adət-ənələrimizin qoruyucusu kimi, dünya sivilizasiyasına öz töhfələrini vermişlər. Aliülvi hissləri uğrunda, zəhmət və fədakarlıq, müdriklik dolu bir ömür yaşayan qadınlarımız doğma ocağın istisinə sığınaraq övlad tərbiyəsinə, layiqli övladlar yetişdirməyə daim önəm vermişlər. Azərbaycan qadınları tarixən ailə problemlərinin həllində, ailənin maddi-mənəvi sütunlarının möhkəmlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, mənəviyyatın formalaşmasında özünü təsdiqləyib, öz sözünü deyibdir. XX  sonlarında məmləkətimiz erməni təcavüzkarlarının növbəti işğalçılıq siyasəti ilə üzləşəndə, mənfur qonşularımız  əzəli tropaqlarımıza göz dikəndə, Azərbaycan qadınları da əsil vətənpərvərlik nümunəsi göstərərək, kişilərlə bərabər ön cəbhəyə yollandılar. Yüksək bəşəri hissləri özündə birləşdirərək, Azərbaycan naminə işləmək, başqa xalqlara Azərbaycanın mədəniyyəti və tarixi haqqında həqiqətləri çatdırmaq, xalqımızın adət və ənənələri ilə tanış etmək, xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətini işıqlandırmaq, ümumtürk ideyalarını yaymaqöz vətəninə xeyir gətirmək, hər bir ziyalı Azərbaycan qadınının borcudur. Azərbaycan qadınlarının, respublikamızın müxtəlif sahələrində çalışan xanımlarımızın əməyi və fədakarlığı ölçüyə gəlməzdir. Qadınlarımız elm və incəsənətdə, səhiyyə və təhsildə yüksək nailiyyətlər qazanmış, yüksək zirvələri fəth etmişlər. Tarixən Azərbaycan qadınlarını fərqləndirən onların nikbinliyi və gələcəyə doğru inamla addımlaması olmuşdur. Qadın- ana olmaq məsuliyyətini öz üzərinə götürməklə yanaşı, həm də həkimdir, müəllimdir, mühəndisdir, ixtiraçı-alimdir. Peşələrinə məhəbbət, işə məsuliyyət, siyasiictimai işlərdə fəal iştirakı ilə bərabər, xanımlarımızın bir çoxu yüksək intellektual səviyyəsi, nəcibliyi, gözəl insani xarakteri ilə seçilir, müdrik ailə başçısı olmaqla yanaşı, eyni zamanda, ölkəmizin inkişafı naminə əvəzsiz və dəyərli xidmətləri ilə fərqlənərək, səmərəli fəaliyyət göstərirlər. Cəmiyyətdə gedən proseslərdə yaxından iştirak etmək, millətin, xalqın xoşbəxt gələcəyi naminə fəaliyyət göstərmək hər bir ölkə vətəndaşının, ziyalılarının, eyni zamanda, kişilərlə bərabər çiyin-çiyinə çalışan ziyalı qadınlarımızın ən  müqəddəs borcudur.

Cənnət anaların ayaqları altındadır, Ulu Peyğəmbərimizin buyurduğu kəlam anaya, qadına verilən qiymətin ən yüksək zirvəsidir. Ülvi və bəşəri hisslərlə yaşayan, Ulu Tanrının seçib- dəyərləndirdiyi, elm aləmindəki xidmətləri ilə özünəməxsus nüfuz qazandıran Zərifə xanım Əliyeva şərəfli bir ömür yolu keçmişdir. Vətənini, xalqını dərin məhəbbətlə sevən, elm aləmində dəyərli xidmətləri olan Zərifə xanım Əliyeva  1976-cı ildə “Azərbaycanda kimya sənayesinin  bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Zamanın, dövrün tələbinə uyğun, elm aləmində dəyərli xidmətləri ilə fərqlənən Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiyasının əsl fədaisi olmuşdur. "Gözün hidrodinamik" sistemin anatomikfizioloji xüsusiyyətləri", "Sridodiaqnostika", "Şəkərli diabet zamanı gözün potologiyası", "Oftalmologiyanın aktual problemləri" və başqa monoqrafiyaları çap edilmişdir. İnsan övladı öz dəyərli xidmətləri ilə tarixin yaddaşında əbədi kök salır. Zərifə xanım Əliyeva ictimai də aparırdı. "Bilik" Ümumittifaq Cəmiyyətinin idarə heyətini üzvü Ümumxalq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyyətinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini olmuşdur. Mənəviyyatca zəngin, müqəddəs həkim qəlbinin döyüntüləri ilə neçə-neçə xəstəyə sağlamlıq bəxş edən Zərifə xanım Əliyava əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Elm, zəhmət və sənət fədakarlıq tələb edir. Elmlə məşğul olanlar, bəşəri hisslərlə yaşayanlar isə zamanın ən müdrik insanlarıdır. Mənən zəngin olmaq, şərəfli bir ömür yaşamaq hər insana xas deyil. Yüksək intellektual səviyyəyə malik,  qeyrətli və mübariz Azərbaycan qadını Zərifə xanım Əliyeva peşə xəstəlikləri üzərində apardığı bir sıra elmi axtarışlara görə, SSRİ Elmlər Akademiyası tərəfindən akademik M.İAverbax adına mükafatla təltif edilmişdir. 2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna Zərifə xanım Əliyevanın adı verilmişdir. Elmlimübariz Azərbaycan qadınları tariximizin ən qiymətli inciləri, elimizin çırağıdırlar. Elm, ədalət, səxavət, səbr, həya - bu beş hikmət ziyalı Azərbaycan qadınlarının həyat simvoluna çevrilmişdir. Xalqımız hər bir qeyrətli və mübariz, vətənpərvər Azərbaycan oğul və qızının əməyinə həmişə hörmət edib və yüksək qiymətləndirib.

Azərbaycanın bütün ziyalı xanımlarını ölkəmizin inkişaf etməsi naminə fədakarlıqlara səsləyirəm. Qoy bu müqəddəs yolda Tanrı bizə yar olsun.

“Həyatın mənası çoxyaxud az yaşamaqdan ibarət deyil, onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, başqaları üçün nümunə olmaqdır” (Ulu Öndər Heydər Əliyev).

 

 

Almara Hümbətova

 

Səs.- 2011.- 29 aprel.- S. 7.