Bakı Musiqi Akademiyasının 90 illiyi qeyd olunub

 

Dünən Bakı Musiqi Akademiyasının 90 və akademiyanın nəzdində fəaliyyət göstərən məktəb-studiyasının 30 illiyinə həsr olunmuş pedaqoji forum keçirildi. Pedaqoji forumda BMA və BMA-nın məktəb-studiyasının müəllimləri ilə yanaşı, həmçinin, Milli Konservatoriya nəzdindəki musiqi kolleci BMA-nın məktəb-studiyasının tələbələri də iştirak edirdilər.

Forumun təşkilində məqsəd ifaçıların metodiki elmi-praktiki məsələlərə qarşı marağın artırılması idi.

Forum, BMA və məktəb-studiyada, mütəmadi olaraq, keçirilən elmi-ifaçılıq müsabiqələri və konfranslar kimi, məktəb-studiyanın əsas strateji ideyasının (elm və incəsənətin, ifaçılıq nəzəriyyəsi və təcrübənin yaxınlaşması, müasir musiqiçinin hərtərəfli kompleksli tərbiyə edilməsi ideyasının təkrar-təkrar tətbiqi) effektivliyini sübut etməyə yönəldilmişdir.

Tədbirdə məktəb-studiyanın müəllimi Mədinə Tuayeva məktəb-studiyanın 30 illik yaradıcılıq təcrübəsinə həsr olunmuş dissertasiya tədqiqatının əsas nəticələrindən söz açdı.

Tədbirdə, həmçinin, müxtəlif elmi-metodiki elmi-praktiki məsələlərə dair müzakirələr təşkil olunmuşdur. Forumda Esmiralda Cəbrailbəyova, Nərmin Əliverdizadə, Nuranə Zeynalova, Lalə Hüseynova, Zərif Kərimova, Elmira Pənahova bir çox başqaları çıxış etdilər.

Pedaqoji foruma peşəkar müəllimlərlə yanaşı, müxtəlif ixtisaslı musiqiçilər də qonaq qismində iştirak edirdilər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 27 aprel.- S.  12.