RAGT Rusiya məkanında Azərbaycanın aydın səsinə çevrilib

 

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, onun imicinin formalaşmasında diaspor nümayəndələrin, təşkilatların rolu danılmaz faktordur. Azərbaycanı kənarda dövlət olaraq yaşatmaq, onun milli-mənəvi dəyərlərini təbliğ etmək istiqamətində diaspor təşkilatlarının üzərində böyük məsuliyyət var. Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini, xalqımızın qəhrəmanlıq tarixini, onun coğrafi-ərazisini tanıtmaq baxımından həyata keçirilən layihələr əhəmiyyətlidir. Azərbaycanın sürətli inkişafı, dünya dövlətlərində təbliği onun imicinin daha da yüksəlməsinə  səbəb olur. Bu gün çiçəklənən və inkişaf edən Azərbaycan dünya dövlətlərinin diqqətindədir.

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə,  humanitar əlaqələrin qurulmasına öz töhfələrini verən Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində də böyük uğurlara imza atır. RAGT-ın uğurları, onun beynəlxalq proseslərə inteqrasiyası Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Rəhbərlik etdiyi qurumun sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfəsi diqqətdədir. Bu gün RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətini alır.

RAGT olduqca lazımlı və faydalı fəaliyyət formalarından istifadə edərək, mədəni-maarif və sosial layihələr vasitəsilə vətəndaşlıq şüurunun inkişafına şərait yaradır. RAGT-ın iki tərəfə hərəkəti körpü rolunu oynayır. Belə ki, “Gənclər Sivilizasiyaların Alyansı uğrundaqlobal hərəkatın yaradılması və inkişafı ideyasının reallaşmasında Leyla xanımın rolu danılmazdır. Həm RAGT-ın üzvləri, həm də bütün azərbaycanlı gənclər fəxr etməlidirlər ki, məhz Azərbaycan təmsilçisi Leyla xanım Əliyeva Sivilizasiyalar Alyansının Gənclər Məsləhət Şurasına seçilmişİKT-nin 57 ölkəsini burada layiqincə təmsil edir. Bu təşəbbüsün uğur qazanması həm Azərbaycan, həm də Rusiya üçün maraqlıdır.

Leyla xanım Əliyeva Rusiya kimi bir dövlətdə fəaliyyətini müxtəlif sahələrə şaxələndirib, böyük layihələri həyata keçirməklə böyük bir missiyanı reallaşdırır. Bu kimi işlər Leyla xanım Əliyeva şəxsiyyətinə qısa bir zaman məsafəsində imic yaradıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya “Tərəqqi” medalı xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə təqdim olundu.

Leyla xanımın Rusiyadakı fəaliyyəti və əlaqələrin qurulmasındakı rolundan həmin ölkənin rəsmi nümayəndələri də qürurla danışırlar. Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva ilə görüşündə bu əlaqələrin mövcudluğundan məmnunluğunu ifadə edərək, bildirib ki, belə mədəni layihələr vasitəsilə xalqlarımız bir-birinə daha yaxın olur, gənclər daha fəal surətdə dostluq edirlər. Peterburq Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında tarixən mehriban dostluq əlaqələrinin inkişafında maraqlıdır. Qubernator Heydər Əliyev Fondunun və RAGT gənclər təşkilatının təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək təşəbbüsünü dəstəkləmişdir. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 nömrəli orta məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Rəhbərlik etdiyi qurum 163 nömrəli orta məktəbdə ölkələr arasında dostluq münasibətlərini əks etdirən mədəni təhsil mərkəzini yaratmağı da planlaşdırır.

Sankt-Peterburq Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində Leyla Əliyevanın gördyü işlər təqdirlayiqdir. Bu görülən işlərin davamı olaraq Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. Bu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq administrasiyasının daha bir layihəsidir. Fondun nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalarNizaminin əsərlərindən fraqmentlər təsvir olunmuş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. Sankt-Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin adı verilmişdir. Bu bağ Azərbaycan və Rusiya arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir.

 RAGT fəaliyyətə başladığı qısa zaman məsafəsində xeyli görülmüş, kifayət qədər yaxşı nəticələr əldə edilmişdir. Leyla xanımın sözləri ilə desək, RAGT-ın coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə MoskvadaSankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilat gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə etməyə çalışır. Qurumun mühüm layihələrindən biri və ən başlıca aksiyası “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. Kampaniyanın məqsədi Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Qurum təhsilə və Azərbaycanın təbliğinə böyük diqqət yetirir. RAGT Rusiya gənclərini, o cümlədən, ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir. Sevindirici haldır ki, Rusiyanın bir çox regionlarında Azərbaycan bazar günü məktəbləri açılır. Yaxın günlərdə Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan otağı açılacaqdır. Burada təkcə Azərbaycan gənclərinin nümayəndələrinə deyil, həm də maraqlanan bütün şəxslərə Azərbaycan haqqında informasiya təqdim olunacaqdır.

 Bununla yanaşı, RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Artıq bir neçə ildir keçirilən “Qanın milləti yoxdur” aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin, “Sağlamlığına əmin ol - xəstəliyə “YOX” de” aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə, müvafiq leksiyalarla regionları dolaşırlar.

 RAGT idmana da xüsusi diqqət yetirir. Leyla Əliyevanın təşəbbüsü ilə üç ildir ki, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı keçirilir. Artıq çempionat iştirakçılarının sayı getdikcə çoxalır regionların nümayəndələri ona qoşulurlar. 

RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar lazımlı strukturu kimi təqdim edib. Qurumun rəhbəri Leyla Əliyevanın fəal mövqeyi təşkilatçılıq bacarığı sayəsində RAGT fəaliyyət göstərdiyi zamandan ucsuz-bucaqsız Rusiya məkanında Azərbaycanın aydın səsinə çevrilibdir. Hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli lazımlı vasitəsinə çevrilmişdir.

İki ölkənin gəncləri arasında mövcud olan münasibətləri bundan sonra da möhkəmləndirmək istiqamətində qarşıda böyük vəzifələr durur. Bu gün Rusiyanın azərbaycanlı gəncləri qarşısında elm, mədəniyyət təhsil əlaqələrini möhkəmləndirmək üçün imkanlar açılır.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs- 2011.- 3 avqust.- S. 3.