Müasir dövlətdə qadın siyasəti
və hüquqları
Bu gün Azərbaycanın sosial, siyasi və mənəvi inkişaf tarixində, həmçinin, XX-XXI əsirlərin kəsişməsində qadın hüququ, imkan və azadlıqlarının reallaşması gender bərəbərliyi strategiyasına əsaslanır. Reallıqda Azərbaycan hökumətinin və xalqının müasir dünyaya inteqrasiyası və qloballaşma proseslərində seçdikləri mövqe, həm milli mentalitetin, həm də ölkədə gender münasibətlərinin inkişafına güclü təsir göstərir.
Ali qanunvericilikdə gender siyasəti
Bu kontekstdə
Azərbaycan Konstitusiyası qadınların kişilərlə
bərabər hüququnu və demokratik dövlət
quruculuğu prosesində onların fəal
iştirakının hüquqi bazasını təşkil
edir, yəni gender bərabərliyi qorunur. Konstitusiyanın
25-ci maddəsində deyilir ki, kişi ilə qadının
eyni hüquqları və azadlıqları vardır. İrqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq, hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə dövlət təminat verir.
Konstitutsiyanın 55-ci maddəsində göstərilir ki, Azərbaycan
vətəndaşlarının, eləcə də,
qadınların dövlət orqanlarına seçmək və
seçilmək hüququ, eləcə də, referendumda
iştirak etmək hüququ var. Qadınların siyasi və
ictimai sahələrdə daha aktiv iştirakı
üçün, mövcud olan steriotiplərin, qaydaların dəyişilməsi
və demokratik, dünyəvi və hüquqi dövlətin
yaradılması Azərbaycanda 2006 ildə “Gender haqqında”
qanunun qəbul edilməsilə nəticələndi. Bu qanunun
həyata keçirilməsi son illər ərzində ölkəmizdə
bütün sahələrdə bir çox mühüm dəyişikliklərə
səbəb olmuşdur. Respublikada gedən islahatlarda
qadınlarımızın təmsilçiliyi və fəal
iştirakı artmışdır. Onlar məhkəmə
sistemində, Prezident və Ombudsman Aparatında, rəhbər
icra orqanlarında, Milli Məclisdə və bələdiyyələrdə
təmsil olunurlar.
Azərbaycan qadınının
bariz nümunəsi
Azərbaycan
qadını mətindir, sadiqdir və qeyrətlidir, əməksevərdir
və ədalətlidir, təşəbbüskar və
işgüzardır. Demək mümkündür ki,
bütün bu layiqli xüsusiyyətlər Heydər Əliyev
Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili, ölkənin birinci
xanımı Mehriban xanım Əliyevaya məxsusdur. Mehriban
xanım Əliyevanın gördüyü böyük işlər
Azərbaycan qadınının ölkə üçün nə
qədər mühüm işlər görə bilmək əzminə,
bacarığına malik olduğuna gözəl bir numunədir
və ölkənin hər bir qadını üçün
bir örnəkdir.
Bu
gün hüquq və imkanların bərəbərlik prinsipi
praktik olaraq universal və regional səviyyələrdə qəbul
edilən bütün beynəlxalq və ölkədaxili sənədlərdə
öz əksini tapıb. Bununla belə, qadınların vəziyyətinin
yaxşılaşdrılması sahəsində tərəqqinin
əldə olunmasına, onların hüquqların genişlənməsinə
baxmayaraq, hələ də, problemlər mövcuddur və
öz həllini gözləyir.
Bütövlükdə geniş mənada dünyaya nəzər saldıqda da görürük: o ölkədə ki, qadınlar ölkənin idarə olunmasında, ictimai-siyasi həyatında kişilərlə yanaşı addımlayır, mühüm, aktiv rol oynayırlar, orada bütün sahələrdə, bütün sferalarda yüksək irəliləyişlər özünü göstərir. Azərbaycanda da qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən, ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məqamlardandır və bu, bizim gələcək inkişafımız üçün çox önəmlidir.
İnstitusional və inteqrativ
inkişaf dövrü
Dövlətin idarə olunmasında 1999-cü ildən bu günə kimi əhatə olunan institusional və inteqrativ inkişaf dövrü daha geniş sosial təbəqənin iştirakına vüsət vermiş və yerli demokratiyanın quruculuğunda vətəndaşların iştirakını təmin etmişdir. Bu dövrdən etibarən yerli idarəetmə orqanları yalnız infrastruktur deyil, həm də iqtisadi və sosial ehtiyaclarının ödənilməsinə cəhd göstərirlər. Məhz sosial məsələrin həllinə, yerli problemlərin müəyyən olunmasına və onları aradan qaldıran yerli qərarların qəbuletmə proseslərinə vətəndaş təşəbbüskarlığının və iştirakçılığının təminatından başlayaraq, böyük ictimai işlərin idarə edilməsinə və onların fəaliyyətinə qadınların cəlb olunması bugünün prioritet məsələlərindən biridir. Bu gün qadınlarımızın bütün sahələrdə, o cümlədən, bələdiyyələrdə sayının, rolunun artmasına böyük ehtiyac vardır. Çünki yüksək intellektə, savada, təşkilatçılıq qabiliyyətinə malik qadınlar var ki, onlar öz sahələrində uğurlara, irəliləyişlərə imza atıb, bələdiyyədə təmsil oluna biləcək kadrlar kimi yetişiblər.
Bu gün əhalinin rifahı və bütövlükdə ölkə inkişafına dair məsələlərə gender prizması ilə yanaşmalı, hüquq və vəzifələr, onların təminatı və qorunmasının hərtərəfli təşkilinə nail olmaq üçün qadın təmsilçiliyi və iştirakı nəzərə alınmalı və qadınların öz tam potensialına çatmaq və istifadə etmək istiqamətindəki məhdudiyyətlər aradan qaldırmalıdır. Bu məsələlər ümumilikdə cəmiyyətin qadın üzvlərinin hüquq və vəzifələrini özündə təcəssüm etdirir. Məhz buna görə də qadınların aktiv iştirakı cəmiyyətin inkişafı ilə sıx əlaqədardır. Çünki əsil inkişaf etmiş cəmiyyətdə heç kəs, xüsusilə də, qadınlar nəzərdən qaçırılmamalı, başqa sözlə, ayrıseçkiliyə məruz qalmamalıdırlar.
Qadın iştirakı şərtləndirən əsas amillərdən biri Azərbaycanda yerli səviyyədə dövlətin idarə edilməsinin və yerli demokratiyanın quruculuğu proseslərinin inkişafının yeni mərhələyə qədəm qoymasıdır. Bu mərhələdə yerli əhəmiyyətli məsələlərin müzakirəsində və həllində qadın təşəbbüskarlığının və iştirakının təmin edilməsi imkanları günü-gündən genişlənir. Qadının idarəçilikdə iştirakı incə və taleyüklü məsələ olduğundan, onun effektiv formada təşkili çox çətin və vaxt tələb edən prosesdir. Ona görə buna çox həssas və sistemli, eyni zamanda, planlı şəkildə yanaşmaq lazımdır.
Qadın siyasətinin
əsas meyarı
Qadın cəlbetmənin əsas konseptual prinsipləri inkişaf etmiş dünya ölkələrinin təcrübəsindən götürülmüşdür. Bunlar, adətən, həmin ölkələrin sosial cəlbetmə startegiyası sənədinin, başqa sözlə, desək, siyasətinin əsas meyarlarıdır:
- qadın iştirakına dair məsələlərə inteqrasiyalı - əlaqələndərilmiş və hərtərəfli yanaşılmalıdır;
- yerli idarəetmə sahəsində gələcək problemlərin yaranmaması və ya dərinləşməməsi üçün preventiv (qabaqlayıcı) tədbirlər həyata keçirilməlidir;
- aidiyyatı dövlət siyasəti və müvafiq proqramları sosial iştiraklılıq üzərində qurulmalı və həyata keçirilməlidir;
- sosial iştirakçılığı təbliğ və təşviq edən bütün fəaliyyətlər qadınların öz həyatlarına nəzarət və imkanlarının genişləndirilməsinə xidmət etməlidir.
İnsan hüquqları təminatı və müdafiəsinin təşkili təkcə dövlət əhəmiyyətli inkişaf proqramları ilə məhdudlaşmır. Qadınların yerli demokratik proseslərə cəlbetməyə, eyni zamanda, onların iştirakına tam və hərtəfli nail olmaq mümkündür. Bu da həm gender münasibətlərinin, həm də yerli demokratik islahatların inkişafına qoyulmuş ən nəcib və uzunmüddətli investisiyadır. Qeyd edək ki, dövlətin yerli səviyyədə idarə olunmasının institusional orqanları - bələdiyyələr və digər sahələrinin problemlərinin həllində kifayət qədər səlahiyyətlərə malik qurumlardır.
Qadınlar və seçkilər
Taleyüklü
proseslərdə - seçkilərdə və digər əhəmiyyətli
hadisələrdə qadınların, ümumilikdə, əhalinin
aktivliyi və seçkilərin şəffaflığı
ölkəmizdə demokratiya quruculuğunda çox əhəmiyyətli
rol oynayır. Təcrübə göstərir ki, sosial həyatın bütün sahələrində
ağırlığı çiyinlərində
daşıyan qadınları ictimai-siyasi
proseslərə cəlb etməklə demokratiya
quruculuğunu sürətləndirmək olar. Qadınların seçkilərdəki rolu buna mühüm
bir fürsət verir.
Bu gün diskriminasiyanın aradan
qaldırılması, cəmiyyətdə şəxsiyyətin
özünü reallaşdırması, onun sosiallaşması üçün
nisbətən bərabər şəraitin yaradılması
baxımından siyasi mədəniyyəti
artırmaq istiqamətində həyata keçirilən əhəmiyyətli
işlər davam etdirilir.
Qeyd edək
ki, yerli
özünüidarə orqanlarının son
fəaliyyətinə münasibətini, vətəndaşların
yerli özünüidarəetmə orqan seçkilərinə
hazırlığı və onların bu
prosesdə iştirakını öyrənmək məqsədilə
aparılan araşdırmalar və tədqiqatlar göstərir
ki, “Seçici fəallığının artırılması üçün nə edilməlidir?”
sualına respondentlərin böyük əksəriyyəti
“maarifləndirmə işi genişləndirilməlidir”,
müəyyən çoxluğu isə
“seçkilərin demokratik keçiriləcəyinə
inam yaradılmalıdır”
cavabını verir. Aparılan
sorğular nəticəsində məlum olur ki, istər dövlət
qurumları, istərsə bələdiyyələr,
qeyri-hökumət təşkilatları, siyasi
partiyalar və KİV öz
səylərini birləşdirərək ölkədə seçici aktivliyinin
artırılması yönündə fəaliyyəti
genişləndirməlidirlər. Ölkədə
keçirilən seçkilərdə nisbi
uğurlar qazanmaq üçün əhalinin böyük
faizini əhatə edən
qadınların aktivləşdirilməsi yönündə dəstək
fəaliyyəti artırılmalıdır. Belə ki, Azərbaycanda konstitusion
baxımdan hüquq bərabərliyi mövcud olsa da, qadınların imkan bərəbərliyinin
təmin olunmasına nail olmaq
zəruridir, qadınların seçmək və seçilmək
imkanları genişləndirilməlidir. Qadınlar
arasında birtərəfli təbliğatın
aparılmasının qarşısı alınmalı, obyektiv seçki uğrunda mübarizənin əhəmiyyəti
aşılanmalı, qadın namizədlərin seçkilərdə
iştirakına və onların seçki
kampaniyasına dəstək verilməsinə şəraitin
yaradılması sahəsində geniş
tədbirlər davam etdirilməlidir.
Demokratik, azad və ədalətli seçkilər uğrunda mübarizənin alternativsizliyi ideyasını aşılamaq və bunun üçün qadınların maariflənməsi işinin təşkili və seçki qanunvericiliyi ilə bağlı zəruri bilgilərin öyrədilməsi tədbirlərinin davamı vacibdir. Hamımıza bəllidir ki, qadınların kişilərlə bərabər qərar qəbuletmə prosesində iştirak etməsi, insan hüquqlarının və sosial ədalətin ayrılmaz hissəsi olmaqla yanaşı, həmçinin, demokratik cəmiyyətin inkişafını təmin edən amillərdən biridir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı əhəmiyyətlidir. Belə ki, yerli orqanların fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu sosial yük bizim cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların çiynindədir. Qadın öz problemini daha yaxşı bilir və bu problemlərin aradan qaldırılması üçün daha çox can yandıranın qadın olacağına şübhə yoxdur. Bəli, qadınlar fəallaşmalıdırlar və özünüidarəetmədə aktiv iştirak etməlidirlər, Azərbaycan qadını, ümumilikdə, ölkənin fəal vətəndaşına çevrilməlidir və öz taleyində öz rolunun mahiyyətini ortaya qoymalıdır. Çünki Azərbaycan qadını cəmiyyətin həyatında bu və ya digər formada öz sözünü deyə bilib, ölkəmizin inkişafı və güclənməsi naminə öz töhfəsini veriblər.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 3 avqust.- S. 8.