Dinamik inkişafın yeni mərhələsi

 

2003-cü ildə İlham Əliyevin Baş nazir təyin olunmasına razılıq verən Milli Məclis əslində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna, dövlət quruculuğu konsepsiyasına yeni nəfəs verəcək strateji qələbələri hədəf seçmişdi. Prezident İlham Əliyevin Baş nazir təyin olunmasından 8 il keçdi...

 

Tarixi müraciətin təntənəsi

 

Ulu Öndər Heydər Əliyevin Özü qədər inandığı İlham Əliyevin 2003-cü ildə Baş nazir təyin olunması ilə bağlı Milli Məclisə müraciəti millət vəkilləri tərəfindən böyük razılıqla, rəğbətlə qarşılandı. Azərbaycanın işıqlı sabahına, daha güclü gələcəyinə olan inamın ifadəsi olan bu tarixi müraciət ali qanunvericilik orqanında müzakirələrdən sonra təsdiqini tapdı. İlham Əliyevin Baş nazir təyin olunmasına razılıq verən Milli Məclis əslində Ümummilli Lider Heydər Əliyevin siyasiiqtisadi kursuna, dövlət quruculuğu konsepsiyasına yeni nəfəs verəcək strateji qələbələri hədəf seçmişdi. Çünki bu təyinata qədər Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini, büro üzvü, ARDNŞ-nin I vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti kimi mühüm postlarda əlahiddə harizması ilə böyük nailiyyətlər əldə etmişdi. 2003-cü ilin avqustun 4-də Baş nazir təyin olunması ilə cənab İlham Əliyevin qlobal fəaliyyəti mahiyyətcə yeni keyfiyyət mərhələsinə keçdibu, ilk növbədə, xalqın iradəsilə müəyyənləşdi:

- Cənab İlham Əliyevin Baş nazir təyin edilməsi xalqın iradəsinin ifadəsi idi;

- Bu təyinat xalqın Heydər Əliyev siyasi kursuna olan inamından və sədaqətindən doğurdu;

-  Bu təyinatı ölkədəki ictimai-siyasi sabitliyin qorunması və davamlı olmasına xidmət edirdi;

-  Müstəqilliyimizin dönməzliyinin təmin edilməsində İlham Əliyev şəxsiyyətinə olan xalqın inamı idi...

 

Dünyada qəbul edilən lider

 

Azərbaycan xalqının iradəsi isə uzaq və yaxın xaricdə öz pozitiv nəticələrini çox gözlətmədi. ABŞ prezidenti, Türkiyənin Baş naziri, Rusiyanın prezidenti, İran hökuməti, Gürcüstan prezidenti və digər ölkələr İlham Əliyevin Baş nazir təyin olunmasını çox uğurlu seçim kimi qiymətləndirdilər və Onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər...

2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə prezident seçilən dövlət başçısı İlham Əliyev bir çox cəhətləri ilə çoxlu sayda yerlixarici ekspertlərin diqqətini cəlb etdi. Onun Liderlik dövrünü olduqca əhatəli təhlil etdikdə, ekspertlər haqlı olaraq, Prezident İlham Əliyevi yeniliklərə həssaslıq göstərən, rasional keyfiyyətləri özündə cəmləşdirən müasir Lider kimi xarakterizə edirlər. Dövlət başçısında bu cür rasional, əlahiddə keyfiyyətlərin cəmləşməsi xarici siyasətdə və eləcə də, ölkədaxili demokratik proseslərin gedişində əsas leytmotiv təşkil edirdi ki, bu da beynəlxalq münasibətlər sistemində Azərbaycan üçün mühüm faktorlardan biri, bəlkə də, birincisi idi. Nəticədə Azərbaycan həm daxili siyasətdə, həm də beynəlxalq birliyə inteqrasiya olunmaqda əməli nəticələrə nail oldu.

 

Daha nəhəng işlərin başlanğıc nöqtəsi

 

İctimai-siyasi sabitlik davamlı xarakter aldı və bunun nəticəsi olaraq ölkədə qlobal layihələr gerçəkləşdi. Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmaqla, regiondadünyada aparıcı dövlətlərdən birinə çevrildi. Davamlı sosial-iqtisadi inkişaf regionların dinamik tərəqqisinə stimul verdi. Ölkədə demokratik proseslər dərinləşdi və bununla da, Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası keyfiyyətcə yeni mərhələyə yüksəldi...Regional və beynəlxalq əməkdaşlığı prioritet seçən Prezident İlham Əliyev qısa müddət ərzində mürəkkəb geosiyasi şəraitdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu yaradıcılıqla gerçəkliyə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft, ardınca isə Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin həyata vəsiqə alması bu istiqamətdə daha yeni işlərə yol açdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsinə start verilməsi isə bu mənada, ən yaxşı nümunədir. İllərlə müzakirə olunan bu transmilli layihə Prezident İlham Əliyevin qətiyyəti sayəsində kağız üzərindəki layihə çərçivəsindən çıxaraq yeni reallıq müstəvisinə keçdi... Bu gün artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi inandırıcı görünmür. Bu isə ölkənin iqtisadi qüdrəti və beynəlxalq aləmdəki nüfuzu ilə müəyyənləşir. Bütün bunlar isə Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə, 2003-cü ilin avqustunda söylədiyi “Mən İlham Əliyevə özüm qədər inanıram” fikrindən güc alır.

 

 

Rövşən Rəsulov

 

Səs.- 2011.-  5 avqust.- S. 2.