Azərbaycanda turizm bazarı açıq və şəffafdır

 

Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bunun həllinə lazımi şərait yaradır. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”  ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsinə yönəlmişdir.

Məlumdur ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin inkişafına münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən turizmlə bağlı qəbul edilən qərarlar, turizmin idarəçiliyinin nazirlik səviyyəsində təmsil olunması, turizm anlayışının dövlət proqramlarının mühüm tərkib hissəsinə çevrilməsi bu sahənin dayanıqlı inkişafını təmin edib. 2001-ci ildən bugünədək qəbul edilən bütün iqtisadi inkişafyoxsulluqla mübarizə proqramlarında, sərmayə qoyuluşu layihələrində, regionların inkişafı ilə bağlı olan proqramlarda turizm infrastrukturunun yaradılması öz əksini tapıb. Ötən müddətdə turizm mühüm inkişaf yolu keçib.

Azərbaycanda “2011-ci ilinTurizm ilielan olunması turizmin inkişafına xüsusi təkan oldu. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Əvvəlki illərlə müqayisədə fəaliyyət göstərən mehmanxanamehmanxana tipli müəssisələrin sayı 4 dəfədən çox artmışdır ki, bu da turistləri qəbul edilməsi baxımından əhəmiyyət malikdir. Turizm zonalarına gələnlərin sayında artım müşahidə olunmaqdadır. Təkcə Qəbələyə bu ilin 6 ayı ərzində 16 mindən çox turist gəlmişdir. Bu yay turizm mövsümündə istirahət mərkəzlərində xidmətlərə görə qiymətlər ötən illə müqayisədə xeyli aşağı enmişdir. Rayona gələn turistlər arasında xarici ölkə vətəndaşlarının da sayı yetərincədir. Bunun əsas səbəblərindən biri Qəbələ III Beynəlxalq Musiqi Festivalı ilə bağlıdır. Hazırda Qəbələdə 1377 yerlik 12 mehmanxanamehmanxana tipli yerləşdirmə obyekti fəaliyyət göstərir.

Qəbul olunmuş Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir ki, artıq bu sahədə irəliləyişlər mövcuddur. Dövlət Proqramına əsasən, daxilixarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədilə bu sahədə təşviqləndirici investisiyabiznes mühiti formalaşdırılır. Turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilir. Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə müxtəlif tədbirlər görülür. Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması əsas vəzifələrdəndir. Bu məsələ Dövlət Proqramında da əksini tapıb. Azərbaycan Turizm Assosiasiyası yaxın günlərdə ölkəmizdə fəaliyyət göstərən hotellərin 20 nəfər əməkdaşını Türkiyənin BodrumAntalya bölgələrində 2 ay müddətində təcrübə keçməyə göndərib. Qardaş ölkəyə göndərilən qrupda hotellərdə ofisiantqeydiyyat şöbələrində çalışan işçilər yer alıblar.

Müasir dövrümüzdə  əldə olunan uğurlar bizə deməyə əsas verir ki, Azərbaycanda turizmin inkişafı yeni mərhələyə qədəm qoyub. Turizm sektoru iqtisadiyyatın ən dayanaqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilib. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Azərbaycanın daxili turizm potensialının geniş şəkildə təqdim edilir. Azərbaycanın turizm imkanları dünyada tanıdılır. Hər bir regionun milli koloriti təbliğ olunur. Xarici dövlətlərdə Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olurlar. Azərbaycanın daxili turizm imkanlarının sistemləşdirilməsi baxımından da onun təbliği məqsədəyönlüdür.

Dövlət Proqramında Azərbaycanda turizm zonalarının yaradılmasına xüsusi önəm verilir. Bu gün Azərbaycanda iri turizm kompleksləri inşa olunur. 2002-ci ildə ölkə iqtisadiyyatı turizmdən 432 milyon manat gəlir götürdüyü halda, bu gün bu rəqəm 1 milyard manatı ötüb.

Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Hazırda yeni mehmanxana komplekslərinin inşası davam edir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfədən çox artıb.

Bu, Azərbaycanda  turizm bazarı açıq, şəffaf, azad rəqabətli meydan kimi təqdim olunur. Turizm sənayesində heç bir inhisarçılıq yoxdur. Bu gün hər bir adamı bu sahəyə sərmayə qoyaqanun çərçivəsində sərbəst fəaliyyət göstərə bilər. Eyni zamanda, bizdə bu sərmayələrin yerləşdirilməsinə, beynəlxalq standartlara uyğun müəssisələrin yaradılmasına xüsusi önəm verilir. Turist yerləşdirmə obyektlərinin sayı artırılır. Bu obyektlər nə qədər çox olsa, xidmətin səviyyəsi nə qədər yüksək olsa, ölkəmizə turist axını da bir o qədər artacaq.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.-  5 avqust.- S. 6.