Cənubi Qafqazda sosial-iqtisadi durum

 

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda yaranan müstəqil dövlətlər fərqli siyasi, iqtsiadisosial kurs götürdülər. O zaman bunlardan hansının hansı perspektiv vəd etməsi haqda müxətlif fikirlər və rəylər səslənsə də, hər şeyi zamanın göstərəcəyi qeyd olunurdu. Budur, artıq zaman keçdi və 3 Qafqaz ölkəsindəki siyasi, iqtisadisosial durum göz önündədir.

 

Azərbaycanda iqtisadi və sosial yüksəliş davam edir

 

Azərbaycanda son 10 ildə böyük iqtisadi sıçrayış, bütün sahələrdə sürətli inkişaf müşahidə olunur. Ölkənin ÜDM istehsalı 42 milyard dollara, dövlət büdcəsi 20 milyard dollara, strateji valyuta ehtiyatları 35 milyard dollara çatıb.

Son 7 ildə orta inkişaf tempi 10 faiz təşkil edir. Ölkədə orta əməkhaqqı 400, orta pensiya 150, adambaşına düşən gəlir 6000 dollara yaxındır. Bütün sosial proqramlar yerinə yetirilib, yoxsulluğun səviyyəsi 5 dəfə azalaraq 10 faizdən aşağı enib. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır.

Son 7 ildə ölkədə 1 milyona yaxın yeni yeri yaradılıb. Daha çox (85%) yeri bölgələrdə açılıb. Azərbaycan kənd təsərrüfatının əsas məhsulları ilə özünü, demək olar ki, təmin etməyə başlayıb.

Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər Azərbaycanın inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir. Azərbaycan artıq investisiya yatırılan ölkədən, investisiya yatıran ölkəyə çevrilir.

Təkcə onu demək kifayətdir ki, Azərbaycan Ordusunun büdcəsi 3 milyard dollardan artıqdır ki, bu da Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Son illərdə Azərbaycanda tikilən yeni zavod, fabrik, sosial obyektlər, idman kompleksləri, mədəniyyət müəssisələri digər infrastruktur obyektləri Gürcüstan Ermənistan birlikdə götürüldükdə 3 dəfə çoxdur.

 

Gürcüstanda hər şey bahalaşır, sosial problemlər artır

 

Son vaxtlar Gürcüstan bazarlarında qiymətlər sürətlə artır. “Regnum” agentliyi xəbər verir ki, bu, özünü həm ərzaq məhsullarının, həm istehlak xidmət növlərinin qiymətində büruzə verib. Hökumət rəsmiləri bununla bağlı yayılan məlumatlara heç bir şərh vermirlər, ya şərh verməkdən çəkinirlər, yaxud da ki, bütün bunların həqiqətə uyğun olmadığını bildirirlər.

Bir çox hallarda isə, məmurlar qeyd edirlər ki, ölkədə hər hansısa məhsul ərzaqa defist halları rast gəlinməyib. Bu cür bəyanatlardan sonra isə qiymətlərin qalxması yenidən davam edir.

Şəkər 15 faiz bahalaşıb, çörəyin qiyməti qalxmasa da, çəkisi azalıb. Bu isə, o deməkdir ki, artıq çörəyin qiyməti artıb. Ötən ay Tbilisidə şəhərdaxili nəqliyyatda gediş haqqı da bahalaşıb. Ölkədə kommunal xidmətlər bahalaşıb, “su pulu”, “işıq pulu”, “zibil puluartıb.

Son zamanlar Gürcüstanda baş verən bahalaşmanı dünya bazarlarında yaranmış vəziyyətlə bağlayırlar, çünki Gürcüstan idxalçı dövlətdir. Bütün bu hallar isə əhalinin əsas hissəsinə mənfi təsir göstərir. Artıq ekspertlər yaxında ölkədə sosial partlayışın olacağını istisna etmirlər.

Ölkədə hələ xeyli uşaq yoxsulluq içində yaşayır. Onların təhsil imkanı yoxdur, səhiyyə xidmətləri əlçatan deyil. Bu cür uşaqlar 28 faiz təşkil edir. Küçə uşaqlarının da sayı artır. Bu istiqamətdə dövlət strategiyası yoxdur. Minlərlə uşaq küçələrdə dilənir.

Ümumiyyətlə, Gürcüstanın dövlət büdcəsi 4 milyard dolları ötmür. Tbilisi maliyyə çatışmazlığından 2011-ci il üçün hərbi xərclərini azaldıb. Ölkənin 2011-ci il üçün hərbi xərcləri 366 milyon təşkil edir. Bu da ötən ilə nisbətən 50 milyon azdır. Məlumat üçün bildirək ki, 2008-ci ildə Gürcüstanla Rusiyanın hərbi münaqişədə olduğu bir vaxtda ölkənin hərbi xərcləri 1 milyard olaraq ÜDM-in 9,7 faizini təşkil edib.

 

Ermənistanda sosial fəlakət yaşanır

 

Ermənistanda yoxsul təbəqə sürətlə genişlənir. ErmənistanınAyots aşxarqəzeti yazır: “Ölkədə insanların hər 3 nəfərdən 2-i yoxsul, 1-i isə çox yoxsuldur. Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər artıb. Hazırda  2,5 milyon əhalinin 2 milyona yaxını yoxsuldur.

Bu isə Ermənistanın hansı fəlakət qarşısında qaldığını aydın göstərir. Ölkədə işsizlik getdikcə artır, əhali sürətlə ölkəni tərk edir. Uzağa getmək imkanı olmayanlar isə, Gürcüstanın yaxın bölgələrində hamballıq edirlər. Müstəqillik əldə etdikdən keçən 20 ildə Ermənistanda 1 milyon yarımdan artıq vətəndaş xaricə köçüb.

Ermənistanda onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Ötən il, ÜDM-in həcminin rekord səviyyədə- azı 15% düşdüyü artıq faktdır.

Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır. Bu ilin sonuna kimi Ermənistanda xarici borcun ÜDM-ə nisbəti ortalama 50 faiz olacaq. Dövlət Statistika Xidmətinin məlumatına görə, ölkənin 4 milyard dollara yaxın borcu var.

İşğalçı ölkədə iqtisadi durum daha ümidsiz şəkil alıb. Bu ilin sonuna kimi Ermənistanda xarici borcun ÜDM-ə nisbəti 50 faizdən çox olacaq. Ölkənin xarici borcu son 2 ildə 2 dəfə artıb. Ermənistan rəsmiləri yalnız bir funksiyanı yerinə yetirirlər. Onlar yalnız korrupsiya ilə məşğul olurlar. Yerevan ölü şəhər görünüşü verir.

 

 

Cənubi Qafqazda  kiçik sosial-iqtisadi müqayisə

 

Azərbaycanın  2011-ci il üçün dövlət büdcəsinin parametrləri Gürcüstan Ermənistanın  dövlət büdcəsinin ümumi parametrlərindən bir neçə dəfə çoxdur. Qeyd edək ki, Azərbaycanda 2011-ci ildə dövlət büdcəsinin xərcləri  $20  mlrd, Gürcüstanda $4 mlrd, Ermənistanda  $3 mlrd. proqnozlaşdırılıb. Beləliklə , Azərbaycanın regionda ən güclü iqtisadi mərkəzə çevrildiyi ortadadır.

2010-cu ildə MDB ölkələri arasında ən kiçik illik inflyasiya da Azərbaycanda qeydə alınıb- 5,7%. Beynəlxalq maliyyə təşkilatları Ermənistanda ötən il inflyasiya tempinin 15 faizdən çox olduğunu qeyd edirlər. Bu il isə həmin rəqəmin bundan yüksək olacağı proqnoz edilir.

Göründüyü kimi, postsovet məkanında ölkələrin sosial iqtisadi durumu ortadadır. Respublikalarda qlobal böhrana davam gətirmə səviyyəsi aşağıdır. Azərbaycanda isə durum fərqlidr.

Qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması buna əyani sübutdur.

Beləlilə aydın olur ki, Cənubi Qafqaz ölkələrinin içində yeganə inkişaf edən dövlət Azərbaycandır. Gürcüstan çoxsaylı problemlər içindədir, Ermənistan isə, faktiki olaraq, sosial-iqtisadi fəlakətə düçar olub. Bu kiçik müqayisə Azərbaycanın bölgənin lider dövləti olduğunu bir daha təsdiq edir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 12 avqust.- S. 11.