XXI ƏSRİN BÖYÜK QADINI

 

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, böyük, kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə olmalısan - bax, budur bizim həyatımız. Ona görə özgələrin rollarını obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən , dünyada yerin yeganə bənzərsizdir”.

 

MEHRİBAN ƏLİYEVA

 

Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Krans Montana Forumunun Qızıl Medalı təqdim olunub. Brüssel şəhərində təqdim edilən  Krans Montana Forumunun qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun qızıl medalına layiq görülməsi Onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir. Krans Montana Forumunun prezidenti Jan Pol Karteron da təqdimat zamanı bir daha vurğulamışdı ki, biz bu mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə veririk.

Bir-birindən vacib əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanım Əliyevanın özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi artıq çoxdandır ki, ənənə halı almışdır. Deyirlər insan həyatda vətənini, yaşadığı zamanı mənsub olduğu ailəni seçə bilməz. Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın alın yazısı olsa da həyat yolunu fəaliyyət dairəsini o, özü müəyyənləşdirmişdir, xeyirxahlıq yolunu seçmişdir.

Uşaqlara qayğı diqqət, gələcək nəslin fiziki mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il ərəfəsində müxtəlif orta məktəblərin təhsildə fərqlənən şagirdləri, uşaq evləri internat məktəblərində tərbiyə alan, qaçqın məcburi köçkün ailəsindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənlik təşkil edilir. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Təhsil sahəsində fondun ən böyük irimiqyaslı işi - “Yeniləşən Azərbaycana yeni məktəbProqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə istiqamətlənmişdir. Bu proqram paytaxtla yanaşı, regionlarda da icra olunur. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasındaTəhsilə dəstəklayihəsi birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə, məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlmişdir. Fond hər yeni tədris ilində silsilə aksiyalar keçirməklə bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfə verir. Heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın ən böyük mükafatı Milli Məclisin deputatı ictimai xadim kimi xalqın məhəbbətini qazanmasıdır. Milli Məclisin deputatı olaraq, o, az vaxt ərzində millət vəkili seçildiyi paytaxtın Xəzər rayonunu verdiyi vədlərə uyğun olaraq nümunəvi məkana çevirmişdir. Mehriban xanım Əliyeva xalqın elçisi adına layiq olduğunu əməlləri ilə bir daha sübut etmişdir. Mehriban xanımın genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi onun deputat kimi fəaliyyətində yaddaqalan məqamlardan biridir.

Azərbaycan xalqının mədəni irsinin keşiyində duran Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində incəsənətimizin bir çox sahələri, xüsusilə , muğamlarımız Azərbaycan sərhədlərini aşaraq dünya miqyasında sevilmişdir. Mehriban xanım Əliyevanın səyi ilə muğam YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məscidlər minarələr ucaldan Mehriban xanım Əliyeva kilsələrə, sinaqoqlara da diqqət qayğı ilə yanaşır. Azərbaycanın birinci xanımının fəaliyyət göstərdiyi daha bir sahə ölkənin idman ictimaiyyətinin xahişi ilə rəhbərliyə gəldiyi Gimnastika Federasiyasıdır. Nəticədə idmanın bu növündə artıq ciddi dönüş müşahidə edilir. Bədii gimnastika üzrə Avropa dünya çempionatlarının Bakıda keçirilməsi respublikamızın yüksək idman potensialına malik bir ölkə kimi müsbət imicinin formalaşmasına çox ciddi təsir göstərmişdir. Mehriban xanımın Azərbaycan idmanına qayğısının bir epizodunu da xatırlamaq yerinə düşərdi. Pekində keçirilən son Olimpiya oyunlarında qızıl medal qazanan cüdoçumuz Elnur Məmmədlinin anasına telefon açaraq, bu ailəni təbrik etməsi Onun sadə alicənablığının bariz nümunəsi idi.

Unutmaq olmaz ki, xalqın qayğılarına öz qayğıları kimi yanaşan Azərbaycanın birinci xanımı həm üç övlad anasıdır. Çoxşaxəli, həmçinin, gərgin ictimai fəaliyyətinə baxmayaraq, bu gözəl qadın sözün əsl mənasında, ailəsinin xanımıdır. Mehriban xanım Əliyeva öz analıq borcunu da unutmur. Övladlarına dost olmaqla yanaşı, onları ölkəmizin əsl vətənpərvər vətəndaşları kimi tərbiyə edir. Azərbaycanın birinci xanımı dövlətimizin başçısının ən yaxın silahdaşı kimi xalqımızın rifahı naminə çətin gərəkli yoldadır. Bu yol Azərbaycanımıza yeni uğurlar gətirəcək zəfər yoludur.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 13 avqust.- S. 3.